NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Freak Cocktail Event" – "Ulysse Nardin"in ən cəsur kolleksiyasının şərəfinə şənlik

İlk dəfə 2001-ci ildə "Freak" provokativ adı ilə təqdim edilən saat modelləri İsveçrə emalatxanası "Ulysse Nardin"in nüfuzunu artıraraq əsl sensasiya yaratdı. Divanəlik həddinə çatmış cəsarətli eksperiment saat istehsalçıları üçün əsl zəfərə çevrildi: bu gün "Freak" kolleksiyası məşhur İsveçrə brendi üçün flaqmandır. Saat istehsalı aləmində "Freak", haqlı olaraq, innovasiya hesab edilir: saata rəsm tablosu və ya incəsənət obyekti kimi baxan modelin yaradıcılarının yanaşması dünyanın müxtəlif yerlərindən İsveçrə saat istehsalı sənətkarlığının biliciləri və həvəskarlarının zövqü ilə uyğunlaşdı.

"Freak" kolleksiyasının konsepsiyası brendin "Italdizain" şirkəti tərəfindən təmsil edildiyi Azərbaycanda da, yenilikçi texnologiyaların və cəsarətli dizayner işlərinin ideal birləşməsi kimi, yüksək qiymətləndirilir. 26 sentyabr tarixində "4LOFT Speakeasy Bar"da "Freak"in cəsur və qeyri-adi estetikası şərəfinə təşkil edilmiş şənlik saat istehsalı sənətkarlığına, həqiqətən, dəyər verənləri, yəni "Ulysse Nardin"in əfsanəvi kolleksiyasının modelləri ilə bağlı bütün təfərrüatları öyrənmək fürsəti qazanmış kəsləri – brendin müştərilərini və tərəfdaşlarını, influenserləri və KİV nümayəndələrini bir araya toplayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


  •  
  •  
  •  
  •  
/


Rəngarəng tədbirin keçiriləcəyi məkan gecənin əsas qəhrəmanlarına – "Freak" kolleksiyasının yeni üzvlərinə uyğun olaraq seçilib: "4LOFT Speakeasy Bar"ın sirli ab-havası və qeyri-adi mühiti kultlaşmış kolleksiyanın mədəniyyəti və estetikasına qərq olmaq üçün ideal dekorasiya yaradıb.

Rəssam-qraffiti sənətçisi Emil Məcnunun irihəcmli işi gecənin parlaq, kreativ vurğusuna çevrildi. Xüsusi olaraq, tədbir üçün hazırlanmış 7 metrlik eksklüziv qraffiti "Freak" kolleksiyasına şöhrət qazandırmış avanqard işlər qarşısında əzəmətli reverans idi.
Məkanın miksoloqları kolleksiyanın motivlərindən ilham alaraq xüsusilə "Freak Cocktail Event" üçün müəllif kokteylləri kvartetini hazırlayıblar: "Freakin' Fresh", "Freakshake", "Freakaholic" və "Total Freak Out". Tematik qəlyanaltılar gecənin əsas süjetini daha da genişləndirir və "Freak" fəlsəfəsinə çoxşaxəli qərqolmanın yeni çalarlarını yaradaraq tədbirə xüsusi qastronomik kolorit qatırdı. Gecənin musiqili proqramı DJ Nasa (inherroom) tərəfindən təqdim olunub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


"Italdizain" şirkəti "Ulysse Nardin" brendinin Azərbaycan ərazisindəki eksklüziv distribütorudur. "Ulysse Nardin" brendinin saatlarını aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində əldə edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4 və Niyazi küçəsi, 5B.
Əlaqə nömrələri:
+994 (12) 498-00-53, +994 (12) 492-76-42.
"Ulysse Nardin" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/ulysse-nardin.

"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti 1996-cı ildə İtaliya mətbəx mebellərinin Azərbaycan bazarına tədarükü ilə məşğul olan kommersiya təşkilatı qismində təsis edilmişdir. Öz fəaliyyəti müddətində o, yeni istiqamətlər yaratmış və biznesini genişləndirmişdir. Hazırda "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Ulysse Nardin" brendi haqqında
"Ulysse Nardin" şirkəti 1846-cı ildə Ulis Nardin tərəfindən İsveçrənin Le-Lokl şəhərində təsis edilmişdir. Brendin baş ofisi hələ də orada yerləşir. "Ulysse Nardin SA", ilkin olaraq, dəniz xronometrlərinin, ticarət gəmiləri və hərbi gəmilər üçün dəqiq dəniz naviqasiya cihazlarının istehsalçısı kimi məşhurlaşmış "lüks" sinfə mənsub İsveçrə saatlarının yaradıcısıdır. 2001-ci ildə brend qol saatlarının inqilabi modelini – siferblatı, yay mexanizmi başlığı və əqrəbləri olmadan 7 günlük fırlanma ehtiyatı ilə təchiz edilmiş karusel turbiyonu sayəsində diqqəti cəlb edən "Freak"i təqdim edib. "Freak" 2002-ci ildə innovasiya üzrə nominasiyalar kateqoriyasında "İlin saatı" adını qazanıb. "Freak" iki versiyada buraxılır: "Freak Out" və "Freak Vision". "Trilogy of Time" kolleksiyası özündə astronomik saatların üç fərqli modelini birləşdirirdi. Birinci model adı məşhur astronomun şərəfinə seçilmiş, 1985-ci ilə aid "Astrolabium Galileo Galilei" idi. Bu saat yerli vaxtı və günəş saatını, Ayın və Günəşin orbit və tutulma vaxtlarını, eləcə də böyük ulduzlardan bəzilərinin yerini göstərir. Model 1989-cu ildə ən çətin mexanizmə malik qol saatı olaraq, "Ginnesin rekordlar kitabı"na salınıb. Şirkət "Astrolabium" saatından sonra astronomik saatların daha iki modelini buraxıb: 1988-ci ildə "Planetarium Copernicus" və 1992-ci ildə "Tellurium Johannes Kepler".