NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

"Zero Waste" sərgisi çərçivəsində bağlı tədbir keçirildi

Ülviyyə Mahmudun rəhbərliyi altında fəaliyyət göstərən NARGIS Nəşriyyat Evi sosial və ekoloji layihələrə böyük önəm verir. Beş ildən artıqdır ki, NARGIS Nəşriyyat Evi ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ edir, insanların fəaliyyətinin mənfi təsirləri haqqında ictimaiyyəti maarifləndirməyi və istehlak mədəniyyətinə təsir göstərməyi hədəfləyir. Bu müddət ərzində dörd böyük ekoloji sərgi təşkil edilib: "Make the Earth Smile" (2019), "Reduce, Reuse, Recycle, Respect" (2021), "Planet Calling" (2022) və "Go Green" (2023).

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


2024-cü ildə "Zero Waste" adlı yeni mühüm ekoloji layihə təqdim olundu. Bu təşəbbüs, tullantıları azaldaraq, materialların optimal istehlakı və yenidən istifadəsi ilə ətraf mühiti qorumağı məqsəd qoyur.
4 dekabr tarixində Müasir İncəsənət Muzeyində təqdim olunan "Zero Waste" sərgisi çərçivəsində bağlı tədbir keçirildi. Qonaqlar "Wild Life" foto layihəsi ilə tanış oldular və onun müəllifi, fotoqraf Aleksey Lyokin ilə görüşdülər. "Wild Life" layihəsi Azərbaycanda müxtəlif bölgələrdə yaşayan nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şəkillərindən ibarətdir.
Bundan əlavə, layihə NARGIS üçün təkrar emal edilmiş tullantılardan hazırlanmış və dünyaca məşhur dizayn əsərlərindən ilhamlanan ekomebel sərgisini də əhatə edir. Daha öncə "Zero Waste" fotosərgisi və ekomebel COP29 çərçivəsində Green Zone-da yerləşən NARGIS pavilyonunda təqdim edilmişdi.

Tədbirdə "Sounds of the Ocean: A Mindful Underwater Journey" adlı immersiv film də nümayiş olundu (layihənin müəllifləri – Joshua Sam Miller və Alice Lane).

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


“Zero Waste” sərgisi 25 dekabr tarixinədək davam edəcək.