NARGIS
Ru En
NARGIS MAGAZINE
Nargis for Eco

“Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumu başa çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumu başa çatıb.

İki gün davam edən tədbir çərçivəsində tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların təşviqi, əməkdaşlığın gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə tullantıların davamlı idarəçiliyi, eləcə də bu istiqamətdə qlobal çağırışlar və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib.

Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların və xarici şirkətlərin nümayəndələri qatılıblar. Forumda ekoloji təşəbbüslərdə fəal iştirak edən Nargis Nəşriyyat Evi də qatılıb. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə beş il ərzində Nargis Nəşriyyat Evi tərəfindən görülən böyük işlərdən, xüsusən də keçirilən sərgilərdən danışıb və həmçinin ətraf mühiti qorumaq, optimal istehlak və təkrar istifadə hesabına tullantıları azaltmaq məqsədi ilə planlaşdırılan “Zero Waste” adlı növbəti ənənəvi ekoloji layihəyədən bəhs edib. Bu layihələr çərçivəsində şəhərimizi daha təmiz və gözəl etmək üçün təmizlik işləri baş tutub, məktəblilər üçün isə təlimlər təşkil edilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub”la birgə Bakının məktəb, lisey və gimnaziyalarında gənc nəslin ekoloji mədəniyyətinin formalaşmasına və inkişafına yönəlmiş tədbirlər keçirilib. Çıxışdan sonra görülən işləri əks etdirən video nümayiş olunub.

Forumun yekununda bir sıra şirkətkərlə “Sıfır tullantı” Bakı Təşəbbüsü imzalanıb. Təşəbbüsün məqsədi tullantıların səmərəli idarə edilməsi sahəsində infrastrukturun təkmilləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, hesabatlılığın artırılması və bu sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Forum çərçivəsində, həmçinin “Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

27-28 iyun tarixlərində Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının Sıfır Tullantı Fondunun prezidenti Samed Ağırbaş ilə görüşüb.

Görüş zamanı tullantıların səmərəli idarə olunması məsələsi müzakirə edilib və tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/