NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Нежный артистизм тигрового принта

Fransanın məşhur çini istehsalı ilə məşğul olan firması “Bernardaud” öz tarixində ilk dəfə olaraq azərbaycanlı sənətkar Fərhad Fərzəli ilə əməkdaşlıq edib. Sənətkar xüsusilə Azərbaycan üçün nəzərdə tutulmuş limitli saya malik “Tiger Collection” üçün rəsmlər çəkib. Bu məhdud buraxılış 25 çay dəsti, 50 ətirli şamdan, 50 dekorativ nimçə, 50 stəkan və 50 desert boşqabından ibarətdir. Əməkdaşlığın simvolu olaraq parlaq, göz oxşayan, yaddaqalan və bir qədər sürreal pələng təsviri seçilib. Mişel Bernardo və Fərhad Fərzəli ilə kolleksiyanın yaradılış prosesinin arxa planı haqqında söhbətimiz oldu.

Mişel Bernardo,
“Bernardaud”un beşinci nəsil baş icraçı direktoru:

Məhz Azərbaycanla bağlı əməkdaşlıq ideyasını həyata keçirmək üçün sizi ilhamlandıran nə oldu?
“Bernardaud”un dünyanın bütün ölkələrindən olan sənətkarlarla əməkdaşlıq etmək kimi uzun müddətdir davam edən ənənəsi var və bu ənənə çərçivəsində biz ilk dəfə azərbaycanlı bir sənətçi ilə əməkdaşlıq etməkdən son dərəcə qürur duyuruq. İpək Yolunun inkişafı səbəbindən Azərbaycanda keramika ilə bağlı tarixi zövq və zəngin mədəniyyət mövcuddur ki, bu da bu zövqlü materialın cazibəsinə əlavə dəyər və həssaslıq qatır.

“Tiger” Kolleksiyası haqqında bizə ətraflı məlumat verə bilərsinizmi?
“Bernardaud”la əməkdaşlıq çərçivəsində Fərhad Fərzəlinin motivləri “Tiger Force Member” adı qoyduğumuz seriya halında rəsmlərdən ibarətdir. Pandemiya zamanı hazırlanmağa başlayan bu kolleksiya rəssamın özü üçün də əhəmiyyətli bir hal aldı. Fərhad üçün bu dövr özü barədə düşünmək, özünü yenidən qiymətləndirmək, həmçinin sənətinin dərinliklərini yenidən kəşf etmək üçün dəyərli fürsət idi. Fərhad pələng prototipinə olan heyranlığını hərbi geyimlərin, replika dizaynerlərinin geyimlərinin üzərindəki pələng fiqurlarını toplamaq hobbisi vasitəsilə özlüyündə kəşf edir. Onun pələng mövzusulu yaradıcılıqlarını fərqli formalarda ərsəyə gətirir, bu sırada Azərbaycanın mədəni mirasını və bu qədimi simvolla bağlı öz fərah baxış bucaqlarını məharətlə birləşdirir. Fərhadın əsərlərində pələngə xas olan iki əsas xüsusiyyət – güc və çeviklik, yumşaqlıq və zərifliklə birləşərək kişilərə və qadınlara aid prinsipləri harmonik şəkildə birləşdirir, bu isə öz növbəsində müasir Azərbaycan mentalitetini təcəssüm etdirir.

Fərhad Fərzəli deyir: “Bu pələngləri pandemiya dövründə çəkdiyim üçün onlara xoşbəxtliyin – yaşamaq və yaratmaq istəyinin simvolu kimi də yanaşmaq olar. – Parlaq və rəngarəng əsərlər sanki həyatdan alınan zövqü var gücləri ilə bağırır. Bu əsərlərin öz sahiblərinə, hətta həyatlarında çətinliklər olsa belə, həyata ümidlə yanaşmaq, güclü olmaq və həyatın zəngin olması ilə bağlı xoş bir gündəlik xatırlatma kimi xidmət edəcəyinə ümid edirəm,”.

Brendiniz məşhur rəssamlarla əməkdaşlığı ilə tanınır. Diqqətinizi Fərhad Fərzəlinin yaradıcılığına cəlb edən nə oldu?
“Bernardaud” rəssamlarla yaradıcı əməkdaşlıqlara çox isti münasibət göstərir və illərdir ki, Kalderdən tutmuş Şaqala qədər bir sıra sənətçilərlə bu cür əməkdaşlıqlar həyata keçirib. Bunlar məhsulların keyfiyyəti ilə bərabər, onların sənətini də yüksəyə daşıyır. Məhz bu həssaslıq, işlərini gələcək nəsillərlə bölüşmək istəyi və tələbi “Bernardaud”u Fərhad Fərzəli kimi yaradıcı bir sənətkarla əməkdaşlığa yönləndirdi. Birincisi, bu addım Azərbaycan mədəniyyətini məhdud buraxılışlı premium kolleksiyada əhatələməklə yanaşı, incəsənət dünyasına işimizə ayırdığımız diqqəti ifadə etməyə kömək edir. Əlavə olaraq da, bu gənc rəssamla tərəfdaşlıq, həm də gənc nəslin digər nümayəndələrinin çini sənətinə olan marağını artırmaq və onları bu sahədə maarifləndirmək üçün qapı aça bilər. Nəhayət, inanırıq ki, pələng motivlərinin əlvan rəng çeşidləri ilə “Bernardaud Porcelaine”in saf bəyaz rəngi arasındakı təzad Fərhad Fərzəlinin sənət əsərlərində yer alan bütün detalları və mənaları xüsusi bir tərzdə əks etdirəcək.

  •  
  •  
  •  
/

Fərhad Fərzəli,
Sənətkar

“Bernardaud” ilə əməkdaşlığınızın hekayəsini danışa bilərsinizmi? Brendlə əməkdaşlığa sizi həvəsləndirən nə oldu?
Mənə “Bernardaud” tərəfindən əməkdaşlıq təklif olunanda dərhal razılaşdım. “Porcelain” ilə işləmək ideyası 2022-ci ildə Fransadan olan bir dostum mənə üzərində pələng görüntüləri olan xırda çinilərlə bəzədilmiş böyük Napoleon tortu hazırlamağı təklif edəndən sonra yaranmışdı. Bu təklif, müxtəlif ölkələrdə “Epiphany” festivalı zamanı təqdim olunan bir desert - "Magi tortu" və ya başqa adı ilə "padşahların qaletası" ənənəsinə əsaslanırdı. Reseptlər fərqli olsa da, hər biri xəmir məmulatı özündə kiçik bir sürpriz ehtiva edir, bu bir qızıl sikkə, toxumlar və ya kiçik keramik fiqurlar ola bilər. O vaxtdan sonra çinilərlə işləmək fikri həmişə beynimdə idi.

Kolleksiyanıza pələng motivləri daxil etməyə sizi nə ilhamlandırdı? Pələng şəxsən sizin üçün nəyi ifadə edir?
Pələng motivi ilk solo sərgim də daxil olmaqla 2015-ci ildən bəri yaradıcılıq həyatımın bir hissəsidir. Pandemiya dövründə bu sənətə yenidən qayıdaraq, “Bernardaud”un kolleksiyasına da daxil edilmiş bir sıra pələng portretləri çəkmişdim. Mənə görə pələng firavanlıq, zövq və dözümlülüyü təcəssüm etdirir.

HMədəni dialoqlar milli mirasın qorunmasına hansı yollarla kömək edə bilər?
Mədəni dialoqlar biliklərin bölüşdürülməsi ilə bərabər, müxtəlif ənənələrə hörmət edilməsi və milli irsin qorunmasında mühüm rol oynayır. Bu qarşılıqlı proses bir-birimizi daha yaxşı anlamağımıza, fərqli cəmiyyətlərin tarixi və mədəni irsinə dəyər verməyimizə səbəb olur. Zəngin mədəni mirasların qorunması və gələcək nəsillərə ötürülməsi üçün belə bir anlayışın mövcud olması çox vacibdir.