NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Dom Pérignon Vintage 2013

Müxtəlif gözlənilməz hadisələrlə yadda qalan bir ildə “Dom Pérignon Vintage 2013” öz görkəmli mirası ilə yenidən bağlantı qurur. Bu müstəsna hal, 2004-cü il məhsulları xaric, iki məhsulların erkən toplandığı onilliyinin ortasında "Dom Pérignon"un yaradıcılıq prosesinin fundamental nöqtələrindən birini barəsindədir.

“Chef de Cave”in baxış bucağı və onun hər ilin müəyyən spesifik elementlərini birləşdirmək üzrə xüsusi bacarığı, onu xərclədiyi zamanın işinə təsirini təsəvvür etməyə və qabaqcadan təxmin etməyə şərait yaradırdı. İndi isə, təxminən on illik ixtisaslaşmadan sonra “Dom Pérignon Vintage 2013” təcrübəsi zamanla formalaşmış şəffaf, aydın və eyni zamanda zərif cizgilərin harmoniyasını ortaya qoyur.

“Dom Pérignon”un yaradıcılıq ambisiyası ecazkar bir harmoniyanın kəşf edilməsi üçün çıxılmış əbədi axtarış kimidir, o özlüyündə dəqiqliyi, qabarıqlığı, həssas duyğuları, mürəkkəbliyi, tamlığı və fərqli-fərqli tonların xüsusi formada göstərilməsini cəmləşdirir.

Hər bir yaradıcılıq prosesi müəyyən məhdudiyyətlərlə qarşı-qarşıya qalır. “Dom Perignon” üçün bu həmişə üzüm şərabı mənasına gəlir. Bu, həmçinin bir ilin məhsulunun yığımını edərkən çətinlik lərə məhəl qoymayaraq, hətta bir üzüm dənəsi götürə bilməsələr belə özünü bu işə həsr etməkdir.

“Dom Perignon” üçün zaman, işlərinin ən vacib hissələrindən biridir. Üzümlərin, zirzəmilərin qaranlıq hissələrində hazırlanmış yerlərdə aktiv şəkildə yetişməsi üçün vaxt lazımdır, bu da həmin üzümlərin ən yaxşı şəkildə yetişməsində rol oynayır. “Dom Pérignon Vintage 2013” üçün bu yavaş proses təxminən on il vaxt tələb edib.



GECİKMİŞ MƏHSUL

2013-cü ilin əvvəlində üzüm bağları soyuq, rütubətli qışa, ardınca isə normadan artıq yağışlı yaza məruz qalmışdı. Üzümlər bitkilərin standart həyat tsiklının başlanğıcından iki həftə geridə qalmışdılar və həmin dövr üçün heç vaxt bu gecikməni bərpa edə bilmədilər. Qönçələrin gec açmağı ilə bərabər, üzüm tənəkləri iyulun sonuna qədər ümumiyyətlə çiçək açmadı, bu isə öz növbəsində üzüm salxımlarının vaxtında əmələ gəlməsinə mane oldu.

Həddindən artıq rütubətin qeydə alındığı bu uzun ayların ardınca son iki onilliyin ən isti və ən quraq yaylarından biri müşahidə olunmuşdu. Bu hadisə üzümlərin maddələr mübadiləsinin normal şəkildə baş verməsinə bir daha mane oldu. Daha sonra sentyabr ayı boyunca güclü yağışlar yağdı, ardınca gələn şərq küləkləri isə üzümlər toplanana qədər möcüzəvi şəkildə onları olduğu kimi saxladı. Məhsul yığımı sentyabrın 28-dən oktyabrın 15-dək davam etmişdi. Meyvələrin dadına baxıldıqdan sonra məlum oldu ki, isti yay havasının təsiri nəticəsində üzümlərin qatılığı, həmçinin gec toplanan üzümlərə xas olan turşuluğ səviyyəsi arasındakı balans çox yaxşı şəkildə qorunub.

  •  
  •  
  •  
  •  
  •  
/

DƏQİQ “PINOTS NOIRS” VƏ MÖHTƏŞƏM “CHARDONNAYS”

Bir müddət quraqlıq, bir müddət isə həddindən artıq yağışla müşahidə olunan periodların xüsusi təsiri əraziyə görə fərqlənir. Üzüm bağlarının əksəriyyəti axar sular üçün bufer rolunu oynamaqla yanaşı, xüsusi tərkibli torpaqlardan bəhrələnmiş və beleliklə, “Dom Perignon”un “grands crus” və “premiers crus” üzüm bağları olduğu kimi qorunub saxlanmışdı. Bununla da, “Cote des Blancs”a xas olan üzüm növləri öz spesifik xüsusiyyətlərini, ecazkar zərifliklərini ortaya qoymuşdu. Daha qatı, “Montagne de Reims” bağlarından hazırlanmış “pinots noirs” şərabı xüsusi qatılığa və kəskinliyə malikdir, bu isə onun keyfiyyətinə xüsusi rəng qatır.

TOPLAYIN VƏ ZAMANIN TƏSİRİNİ GÖZLƏYİN

“Vintage 2013” həm də “Dom Perignon”un yaradıcı səylərinin ikili xüsusiyyətlərini vurğulayır.
Birincisi, 2013-ün eyni zamanda həm bir-birini tamamlayan, həm də bir-birinə əks olan aspektlərini, yəni qatılığı və turşuluğu özündə cəmləşdirir. Burada əsas yaradıcılıq tələb edən məsələ bu iki dadın birləşməsinin yaratdığı rezonansın əks etdirilməsində, müxtəlif ləzzətlərin balansının qorunub saxlanılmasındadır. 2013-cü il kolleksiyasının xüsusi edən də məhz bu iki təzad yaradan anlayışı bir-biri ilə birləşdirməsidir.

Bu yığımın ikinci və eyni dərəcədə əhəmiyyətli tərəfi isə onun dərin və uzaqgörən hesablanmasına əsaslanır. Bu hissədə, bir heykəltaraş və ya zərgər kimi gələcəkdə hazır olacaq heykəli və ya daş-qaş parçasını düşüncəsində formalaşdıran “Dom Perignon” vədənin nə zaman yetişəcəyini təxmin edir və zamanın bu yığımın üzərindəki təsirini qiymətləndirir. Bu isə onun sənətinin ikinci hissəsini təşkil edir.

Nəticə isə barizdir. Toplanıb təxminən on il saxlanıldıqdan sonra 2013-cü ilin bizə buraxdığı həmin ləzzəti dada bilərik: bu yeni “Vintage Dom Perignon”un zərifliyi, incəliyi, klassikasıdır.

ZƏRİF AYDINLIQ

“Vintage 2013”ün yaradılması “pinots noirs” və “chardonnays” arasında, həmçinin şərabın turşuluq və qatılığı arasındakı incə cizgini ortaya qoyur. Dəqiq, zərif və həssaslığa malik bu buket üç müxtəlif elementin qarışımından ibarətdir: əvvəlcə sitrus meyvələri, daha sonra əsasən bitki tərkibli məmulatlar və ən sonda ədviyyatlar. Bu dəqiqlik gözlə görürən, aydın zərifliyi ortaya qoyur, hansı ki, burada şərab, izaholunmaz bir aydınlıq hissinə təslim olmazdan əvvəl genişlənərək çiçək açır.

MÖVSÜMLƏR
2013-cü il şərabçılıq ili üzümlərin gec hasil olunduğu illərin xüsusi bir mənasının olduğunu yenidən təsdiqlədi. Soyuq, rütubətli keçən qışdan sonra gələn yaz ayları maraqsız, kifayət qədər sərin və həddindən artıq yağışlı keçmişdi. Üzüm sarmaşıqları son onilliyə əsaslanan ortalamadan təxminən iki həftə gec tumurcuqlanmağa başladı, bu gecikmə eyni zamanda məhsul yığımına qədər davam etdi. İsti və quraq keçən yay isə Şampan bölgəsində ən isti yay kimi qeydə alındı, bu isə öz növbəsində üzümlərin keyfiyyətinə müsbət mənada təsirini göstərdi. Sentyabrın əvvəllərində mövcud olan yağışlı hava şəraitinin tez bir zamanda şərq küləkləri ilə əvəzlənməsi üzümlər yığılana qədər onları çürüməyə qoymayaraq olduğu kimi saxladı. “Dom Pérignon”da məhsul yığımı sentyabrın 28-dən oktyabrın 15-dək davam etdi. Meyvələrin dadına baxıldıqdan sonra məlum oldu ki, turşluq və qatılıq balans çox yaxşı şəkildə qorunub.

NOSE” AROMASI
Zərif burun rəng növlərində öz əksini tapır. Evkalipt, nanə və vetivera yaşılı, mirabella gavalı növünün sarı-narıncı qarışığı rəngi, ərik və portağal çiçəyi, bibər, hil və şirinbiyan çubuqlarının qəhvəyi tonları və nəhayət, gümüşü şoran və tündləşdirilmiş rənglər.

DAMAQ DADI
Ağızdan alınan hissiyyat zərifdir, təmtəraqlı sadəliyi və dəqiqliyi ifadə edir. Bu, həmçinin hərtərəfli və həssasdır. Zərif və ipək kimi tonal krem ürəkdə daha aydın görünür. Ən sonda isə uzun müddət damaqda qalan həll olunma hissi üstünlük təşkil edir.