NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Lladro” ilə Ramazan: “Möhtəşəm Gecələr” Kolleksiyasında Şərq gecələri nağılı

Ramazanı “Lladro” ilə qarşılayın: “Möhtəşəm Gecələr” Kolleksiyasında Şərq gecələri nağılı

T

Dünyaca məşhur İspan brendi “Lladro”, öz nəfis çini əsərləri vasitəsilə Şəhrizadın sehrli nağıllarını ustalıqla canlandırıb. Azərbaycandakı premyerasını Ramazan bayramına uyğunlaşdırmaq üçün diqqətlə planlaşdıran “Lladro” çoxdan gözlənilən “Möhtəşəm Gecələr” kolleksiyasını təqdim edib. “Min bir gecə”nin füsunkar və mistik hekayələrindən ilhamlanan qlobal premyera 2024-cü ilin yanvarında Parisdə moda və həyat tərzi mövzularına olan diqqəti ilə məşhur olan nüfuzlu “Maison & Objet” sərgisində baş tutub. Azərbaycan isə öz növbəsində bu ecazkar kolleksiya ilə tanış olmaq imkanı əldə edən ilk ölkələrdən biri oldu.

“Möhtəşəm Gecələr” kolleksiyasında ağıllı və gözəl Şəhrizadın ay işığına heyran olduğu əsas dekorativ motiv kimi nəfis Şərq dekorasiyaları yer alıb. Ev əşyaları seriyasına dörd boşqablı tutacaq, ətirli şamla birgə şamdan, büxur diffuzoru və simsiz lampa daxildir. Qədim Şərq nağıllarının məkan və zaman anlayışından kənar ab-havası evinizin divarlarını bəzəyir: havaya ədviyyat və ətir qoxusu hopub, şamın alovu zərifcə işıldayır, bu işıq da zərif çini üzərində oynaq şəkildə parlayır.

Xüsusi şərq naxışları eksklüziv olaraq “Möhtəşəm Gecələr” kolleksiyası üçün nəzərdə tutulmuşdur və “Lladro”nun istedadlı ornamentasiya rəssamlarından ibarət komandası tərəfindən diqqətlə əl işi ilə hazırlanmışdır. Bütün parçalar bir simvolik naxışla bəzədilib. Dekorasiya üçün yaşıl rəngin geniş çalarları seçilib və qübbələrdə tətbiq edilib, bunların hamısı qızılı parıltılı aypara ilə taclanıb. Şamlar və simsiz lampalar üçün şəffaf çini seçilmişdir ki, bu da işığın isti və incə şəkildə parıltı yaymasına imkan verir. Bu, incə bir atmosfer yaradır və zərif şərq naxışlarını simvolizə edir.

  •  
  •  
  •  
  •  
  •  
/

Şəhrizadın qədim nağılları gözlə görünən formalara çevrilir, füsunkar rənglərə qərq olur və sehrli qoxular yayır. Hər cür hissi əhatə edən bu nağıllar insanın romantik əhval-ruhiyyəsini qaldırır, eyni zamanda təxəyyülünü genişləndirir. Tərkibində diffuzor olan ətir büxur və mirranın qarışığıdır, şamdan isə xüsusi şərq ətri, “Secret Orient” ətri yayılır.

“Möhtəşəm Gecələr” anı yaxalamaq üçün unikal bir şans təqdim edir, eyni zamanda onu valehedici bir nağıla çevirir. İştirak etməklə, hər gecə yenidən xatırlayacağınız sehrli bir nağılın həmmüəllifi olmaq şansınız var.

Ramazan bayramı zamanı “Lladro”nun “Möhtəşəm Gecələr” kolleksiyası bayram süfrəsini bəzəmək, evdə xoş ab-hava yaratmaq üçün mükəmməl seçimdir, eyni zamanda, bu müqəddəs ayda sevdiyiniz insanlara ala biləcəyiniz gözəl bir hədiyyədir.

Prestijli “Lladro” butikində “Möhtəşəm Gecələr” kolleksiyasının təqdimatı ilə zərif və gözəl bir dünyaya addım atın. İstənilən məkanın ab-havasını müsbət mənada dəyişdirə biləcək dekorativ və tətbiqi sənət nümunələri ilə müasir şah əsərlərinin cazibəsinə dalın. Sizi bu müasir möcüzələri kəşf etməyə və ətrafınıza yeni nəfəs gətirməyə dəvət edirik.

“Italdizain”, “Lladro” şirkətinin Azərbaycandakı eksklüziv nümayəndəsi kimi xidmət etməkdən qürur duyur.


Ünvan: 28 May küçəsi, 7A, Bakı, Azərbaycan.
Telefon: +994 (12) 498-00-53
“Lladro” və onun incə kolleksiyaları haqqında daha ətraflı məlumat əldə etmək üçün sizi vebsaytımıza daxil olmağa dəvət edirik.
https://italdizain.az/ru/brands/lladro

“Italdizain” haqqında
1996-cı ildə ticari təşkilat kimi yaradılmış “Italdizain” Azərbaycan bazarını yüksək keyfiyyətli italyan mətbəxi nümunələri ilə təchiz edir. Bu illər ərzində şirkət öz biznesini şaxələndirmiş və yeni sahələrə genişlənmişdir. Bu gün “Italdizain” zərgərlik məmulatlarının, saatların, lüks qab-qacaqların, ev dekorasiyası və interyer dizaynının satışı üzrə ixtisaslaşmış onlarla butikləri birləşdirən görkəmli holdinq kimi fəaliyyət göstərir.
“Lladro” haqqında:
1953-cü ildə Valensiyada qurulan “Lladro” dünyanın aparıcı çini sənət nümunələri ərsəyə gətirən ispan brendidir. Dizaynerlərinin, rəssamlarının və heykəltəraşlarının misilsiz təcrübəsinə görə beynəlxalq şöhrət qazanmışdır. Bütün “Lladro” çini dəstləri və kolleksiya nümunələri Valensiyada yerləşən eksklüziv fabrikdə diqqətlə və əl işi ilə hazırlanır. Bu incə parçalar daha sonra dünyanın 120-dən çox ölkəsində yerləşən premium butiklərə, şəxsi kolleksiyalara və nüfuzlu muzey sərgilərinə paylanır.

Hər bir elemenet heykəltəraşlar və sənətkarlar tərəfindən incə dəqiqliklə və ən yüksək səviyyəli sənətkarlıqla hazırlanır. “Lladro”nun ustaları qədim texnikaları simvolik rəng palitraları ilə qarışdırırlar. Brend, ənənələri qorumaqla bərabər öz bədii imzasını davamlı olaraq təkmilləşdirir, eyni zamanda yaradıcılığını daha da artırmaq üçün tanınmış müasir sənətkarlar və dizaynerlərlə əməkdaşlıqlarını gücləndirir.
2016-cı ildən “Lladro” İspaniyanın özəl kapital fondu olan “PHI Industrial Acquisitions”ın bir hissəsi kimi fəaliyyət göstərir. “Lladro”nun çeşidli təklifləri kolleksiya nümunələri, yemək dəstləri, heykəltəraşlıq kompozisiyaları, işıqlandırma əşyaları, dekorativ parçalar və moda aksesuarlarını özündə cəmləşdirir. Bütün dünyaya yayılmış geniş butikləri və distribyutorlar şəbəkəsi, 1200-dən çox satış nöqtəsinə malik olan “Lladro”, müasir İspan incəsənəti və sənətkarlığının təmsilçisi kimi mövqeyini möhkəmləndirir.