NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Zərif Güc

Bərabərlik və inklüzivlik üçün qadınların iqtisadi inkişafı Visa – nın əsas prioritetlərindən biridir. Visa öz şəbəkəsi, brendi və maliyyə qaynaqlarından, həmçinin She’s Next Empowered by Visa qadın sahibkarlığı qlobal təşəbbüsündən istifadə edərək qadınların arzularına çatmasına vəsilə olmağa can atır. Bundan başqa, uğurlu qadınların ilhamverici nümunələrini nümayiş etdirərək qadın liderliyinə dəstək verir. Bugünkü dəyişkən iş həyatında rəhbər rolunu öz üzərinə götürən və uğur əldə edən qadınlara daha çox rast gəlinir. Öndər mövqelərə layiq görülən qadınlar, digərlərini ilhamlarıdır və gələcək nəsillər üçün cığır açır. Onların uğuru biznes sahəsində olan qadınların gücü və potensialının sübutudur. Visa ilə ortaq layihə çərçivəsində, sizə bu möhtəşəm Azərbaycan qadınlarının müsahibəsini və onlar haqqında ətraflı məlumatı təqdim edir, onların yollarını və gələcəyə etdikləri təsiri nümayiş etdiririk. Özünüifadənin güclü silahına çevrilmiş dəb, bu qadınların təsirini daha da gücləndirir, onların liderliyini formalaşdırır və əks etdirir. Bu məqalənin qəhrəmanları – uğurlu qadınlardır: Nigar Biləndərli (“Xalq Bank” – da Baş Direktor müavini – Baş Maliyyə Direktoru), Aynur Süleymanlı (ABB İdarəedici direktor) və Şirin Əliyeva (Azercell Telecom MMC – də hüquq, etika və normativ tələblərə əməl edilməsi üzrə baş direktor).

Nigar Biləndərli
İdarə Heyətinin sədri - Baş icraçı direktorun müavini, Baş kommersiya inzibatçısı

Karyera yolunuzun necə başlaması haqqında danışa bilərsinizmi?
Mən bankdakı karyerama, Azərbaycan Dövlət İqtisad Universtitetində oxuyaraq, dərslərdən sonra SSRİ Vneşekonombankda işləyərək başlamışam. Öndə gedən banklarda müxtəlif vəzifələrdə çalışaraq yavaş – yavaş bank işinin bütün xırdalıqlarına yiyələnmişəm. 2005 – ci ildə isə, o zaman yeni əsası qoyulmuş, bu il isə 20 illik yubileyini qeyd edən “Xalq Bank” – da işə başladım. Menecer kimi formalaşmağım əsasən burada çalışdığım illərə təsadüf edir. Bundan başqa, mənimlə biliklərini bölüşən və çətinlikləri yenməmə yardım edən rəhbərlərimin əməyini də yüksək qiymətləndirirəm. 2012 – ci ildə Birləşmiş Krallıqda Warwick Business School-da MBA proqramı üzrə məzun olmuşam.

Karyeranızda əhəmiyyətli təsiri olan hansı həlledici qərar qəbul etmisiniz?
MBA dərəcəsi almaq menecer kimi inkişafımda əsas məqam oldu. Təcrübəmə baxmayaraq, mənə liderlik, qərarların qəbul edilməsi və vaxtın idarə edilməsi sahəsində peşəkar bacarıqlar lazım idi. MBA proqramı xüsusi olaraq biznesdə liderləri hazırlayır, innovasiyalar aşılayır və korporativ sosial məsuliyyətə təşviq edir. O, həmçinin bütün dünyada müxtəlif tələbələr qrupunu bir araya gətirirdi. Bu, unudulmaz bir təcrübə oldu və mən hələ də birlikdə təhsil aldığım yoldaşlarımla sıx ünsiyyət saxlayıram.

Uğur qazanmağınıza kömək edən əsas xüsusiyyətiniz hansıdır?
Daxili intizam mənim üçün ən vacib xüsusiyyətdir – əhval – ruhiyyəmdən və ya istəyimdən asılı olmayaraq işlərimi axsatmadan yerinə yetirmək üçün özümü məcbur edirəm. Bu xüsusiyyət sayəsində prioritetlərimi effektiv şəkildə müəyyən edir və diqqətimi həqiqətən də vacib olan məsələlərə yönəldirəm. İntizamlı insan nəyin vacib olduğunu və nəticəyə necə nail olacağını bilir. Həmin an çətin olsa da, daha yaxşı nəticələrə can atmaq mükəmməlliklə nəticələnir.

Scarf EMPORIUM @EMPORIUMBAKU

Əsl lider olmaq üçün nə lazımdır və hansı keyfiyyətlərə sahib olmaq zəruridir?
Əfsanəvi NFL kouçu Vince Lombardi dediyi kimi, “Liderlər doğulmur, liderlər yaradılır”. Əsl lider olmaq, lider vəzifəsini tutmaqdan daha fərqli anlayışdır; bu anlayış, başqalarını ruhlandırmaq və istiqamətləndirmək bacarıqlarını təcəssüm etməklə bağlıdır. Əsl lider aydın vizyona malik olmalı və bu vizyonu komandasında rezonans doğuran şəkildə yönəltməli və komandasını motivasiya etməlidir. O, incəlik və səriştəliklə digərlərinə öz məqsədlərinə çatmağa kömək etməlidir. Bu yolda dürüst və qətiyyətli olmaq, həmçinin empatiya qura bilmək bacarığına sahib olmaq çox vacibdir.

Məqsədlərə nail olan zaman komandanızın motivaisya və diqqətini necə dəstəkləyirsiniz?
Uğurlu idarəetmə üçün komandanın motivasiya və diqqətliliyi həlledici əhəmiyyət kəsb edir. Hər kəsin məqsədləri və onlara gedən yolda öz rolunu anlaması vacib məsələdir. Açıq ünsiyyət özgüvəni artırır. Yeni fikirlər verən, təşəbbüs nümayiş etdirən və digərləri ilə çalışa bilənləri diqqət mərkəzində saxlamaq mühüm məsələdir. Onların səylərinin nəticəsini görmək motivasiya verir və gələcək uğurlara ruhlandırır.

Qadın xoşbəxtliyini qoruyub saxlamaq üçün hansı prinsipləri rəhbər tutursunuz?
Düşünürəm ki, rəhbər vəzifədə çalışan qadınlar üçün peşəkar karyera və ailə həyatı arasında balansın saxlanması böyük əhəmiyyət kəsb edir. Dəqiq sərhədlərin müəyyən olunması ailə ilə, yaxınlarla, dostlarla keyfiyyətli zaman keçirməyə və ya bu zamanı şəxsi məqsədlərlə istifadə etməyə imkan verir. Mən, məni dəstəkləyən və ruhlandıran pozitiv insanlarla əhatə olunmağa üstünlük verirəm. Mən ailəmlə səyahət etməyi çox sevirəm və oğullarımla keyfiyyətli zaman keçirməyi, onlarla müxtəlif mövzularda müzakirələr aparmağı sevirəm və bu zaman onların məndən daha fərasətli olduqlarını açıqca qəbul edirəm.

Gənc qadınlara verə biləcəyiniz üç məsləhət?
Məqsədlərini müəyyən edib və özlərinə inanaraq onlara doğru getsinlər. Hər zaman aktiv, maraqlanan və məlumatlı olmaq üçün yeni biliklər axtarışında olsunlar və yeni texnologiyalara yiyələnsinlər. Prioriteti özlərinə qayğıdan yana istifadə etsinlər və iş və şəxsi həyat arasında sağlam balansı qoruyub saxlasınlar. Ən əsası səhv etməkdən qorxmasınlar - banal görünsə də, hər bir səhv sizə dəyərli dərs verir və yeni təcrübə yaşadır.


Aynur Süleymanlı
ABB – də idarəedici direktor

Karyera yolunuzun necə başlaması haqqında danışa bilərsinizmi?
Karyeram insanlara qarşı böyük maraqla, HR (İnsan Resursları) sahəsindən başlamışdır. Mən başlanğıc səviyyəli HR işçisi olaraq işə başlamış və əməkdaşların təcrübəsinə həqiqətən də təsir etmək imkanları axtararaq tədricən yüksəlmişdim. Bu təcrübə sayəsində, sonradan tutduğum müxtəlif rəhbər vəzifə xüsusiyyətlərinə yiyələndim. C – səviyyəli rəhbərə çevrilmə səyahətim kadrlar strategiyasının biznes məqsədlərinə uyğunlaşdırmağa can atmağımla formalaşmışdır.

Karyeranızda əhəmiyyətli təsiri olan hansı həlledici qərar qəbul etmisiniz?
Əvvəllər çalışdığım şirkətdən ABB – yə keçməyim karyeramda həlledici addım oldu və mənə, Azərbaycanın ən böyük bankında insan resurlarını idarə etməyimə şərait yaratdı. ABB – də işə başlamağımdan qısa zaman sonra, bu sahənin top işəqəbul edənlərindən birinə çevrilmək üçün dəyişikliklərə başladım. Bu məqsədlə biz, 2019 – cu ildə layihə tətbiq etdik və mən fəxr edirəm ki, bu gün ABB bir işəgötürən brendinə çevrilmiş, işçilərinə bərabər imkanlar təqdim edən və ən yaxşı iş yeri olaraq tanınan bir şirkətdir.

Uğur qazanmağınıza kömək edən əsas xüsusiyyətiniz hansıdır?
Əzmkar əmək, mənim bütüm nailiyyətlərimin əsasını təşkil edir. Mən inanıram ki, əzmkar əmək, hətta bütün çətinliklər və uğursuzluqlara baxmayaraq, bütün qapıların açarına çevrilə bilər. Lakin məsələ yalnız əzmlə işləməkdə deyil – məsələ, görüdüyünüz işə qarşı bəslədiyiniz təəşşüqdədir. Mən hər zaman yalnız, işi yerinə yetirməyə deyil, işi həvəslə, peşəkarlıqla və fədakarlıqla yerinə yetirməyə çalışmışam.

Total look EMPORIUM @EMPORIUMBAKU

Əsl lider olmaq üçün nə lazımdır və hansı keyfiyyətlərə sahib olmaq zəruridir?
Əsl lider hətta qeyri – müəyyənlik şəraitində inamlı qərarlar qəbul etmək üçün vizyon sahibi olmalı, ilham verməyi bacarmalı və dürüst olmalıdır. Komandanın qeydinə qalmaq və onlara nümunə olmaq çox vacibdir. ABB – dəki təcrübəmə istinadən deyə bilərəm ki, hazırlıqlı olmaq, dəyişiklik katalizatoru olmaq və problemləri üstünlüyə çevirmək bacarığı - əsl liderin vacib xüsusiyyətləridir.

Qadın xoşbəxtliyini qoruyub saxlamaq üçün hansı prinsipləri rəhbər tutursunuz?
Balans və prioritetlərin müəyyənləşdirilməsi – rəhbər tutduğum prinsiplər bunlardır. Həm işdə, həm də şəxsi həyatda prioritetlərin müəyyənləşdirilməsini hər zaman çox vacib hesab etmişəm. Bu sərhədlərin müəyyənləşdirilməsi və ailəyə, hobbilərə, özünə qulluğa zamanın ayrılması, peşəkar həyatımda daha effektiv və məmnun olmağıma kömək edir. Sevdiyim işlə məşğul olmaq, həm komanda, həm da şəxsi həyatda özünü dəyərli hiss etmək və əzmkar işimin müsbət nəticələrini görmək – xoşbəxtliyin əsas mənbələridir.

Karyeranızda olan ən çətin məqam hansı olub və bu problemi necə həll etmisiniz?
Transformasiya dövründə mədəni dəyişikliklərə nail olmaq vacib sınaqlardan idi. Komandanın özünü dəyərli hiss etməsi üçün empatiya, strateji düşünmə qabiliyyəti və güclü ünsiyyət bacarığı tələb olunurdu. Mən diqqətimi şəffaflıqda və əməkdaşlarımız üçün yeni vərdişlərə sərmayə edilməsində cəmləşdirdim. Tədricən edilən dəyişikliklər uzunmüddətli effekt verdi. Mən fəxr edirəm ki, biz öz korporativ mədəniyyətimizi möhkəm dəyərlər üzərində qurmuşuq.

Komandanızı necə motivasiya edirsiz və maliyyə məqsədlərinizə nail olmaq üçün necə fokuslanırsınız?
Mən, dəqiq, ölçülə bilən məqsədlər qoyaraq və bu məqsədlər yolunda əldə etdiyimiz nailiyyətləri açıq şəkildə müzakirə edərək öz komandama motivasiya verirəm. Ünsiyyət həlledici əhəmiyyət kəsb edir – insanlar, şirkətin daha böyük miqyaslı məqsədlərinə çatması yolunda işlərinin hansı rol oynamasından agah olmalıdırlar. Həmçinin, bildirmək istərdim ki, biz uğurlarımızı qeyd edir və çətinliklərdən nəticə çıxararaq daimi təkmilləşmə və özünütəsdiq mədəniyyətiniz formalaşdırırıq.

Gənc qadınlara verə biləcəyiniz üç məsləhət?
Biliklərə yiyələnməkdən heç vaxt usanmayın. Problemləri öz öhdənizə götürün. Əlaqələr qurun. Hər bir təcrübəni inkişaf və əlaqələr üçün bir imkan kimi dəyərləndirin.

Şirin Əliyeva
Azercell Telecom MMC – də hüquq, etika və normativ tələblərə əməl edilməsi üzrə baş direktor

Karyera yolunuz və necə başlamağınız haqqında məlumat verə bilərsinizmi?
Mən karyerama neft – qaz sahəsində başladım, sonra isə qızıl mədəninə keçdim. Ölkənin ən böyük banklarından birində İdarə heyətinin üzvü vəzifəsində çalışaraq təxminən 10 il bank və maliyyə xidmətləri sahəsində işləmişəm. Bu gün mən, ölkənin ən böyük telekommunikasiya şirkəti olan “Azercell Telecom” MMC – də hüquq, etika və normativ tələblərə əməl edilməsi üzrə baş direktor olaraq fəaliyyət göstərirəm.

Karyeranızda əhəmiyyətli təsiri olan hansı həlledici qərar qəbul etmisiniz?
Universtiteti bitirdikdən sonra, biznesin ayrılmaz parçası olan korporativ biznesə hüquqi dəstək sahəsində çalışmağa qərar verdim. Karyeram boyunca bu qərarın doğru olduğuna əmin oldum - mən lider olaraq, biznes məqsədlərini dəstəkləyərkən daha effektiv və enerji dolu oluram. Lider olaraq mən, biznes strategiyalarının, texnoloji innovasiyaların və transformasiya layihələrinin işlənib hazırlanmasında iştirak edirəm.

Uğur qazanmağınıza kömək edən əsas xüsusiyyətiniz hansıdır?
Nəticə yönümlülüyü; empatiya qura bilmək bacarığı; aktiv dinləmə qabiliyyəti; yalnız öz məsuliyyətimə daxil olan işlərin deyil, iş mühitində olan bütün məsələlərin nəzərdən keçirilməsi və hər birinə xüsusi qayğı ilə yanaşılması; işlədiyim biznesi anlamağım və onun dəyərlərinə qarşı sadiqliyim.

Əsl lider olmaq üçün nə lazımdır və hansı keyfiyyətlərə sahib olmaq zəruridir?
İnsanlar sizə etibar etdikdə ardınızca gəlir. Buna görə də, fikrimcə liderin əsas xüsusiyyətləri dürüstlük, nümunə ola bilmək bacarığı, gördüyü işə inam və özünə olan güvən hissdir. Bundan başqa, şəxsi və korporativ dəyərləri qoruya bilmək, status – kvoya meydan oxuya bilmək üçün cəsarətli olmaq, ardınızca apardıqlarınızın haqlarını qoruya bilmək və imkanlarını genişləndirmək və özünüdərketməni qoruyub saxlamaq kimi xüsusiyyətlər bir lider üçün çox vacibdir.

Qadın xoşbəxtliyini qoruyub saxlamaq üçün hansı prinsipləri rəhbər tutursunuz?
Həm peşəkar, həm də şəxsi həyatımda enerji və entuziazmı qoruyub saxlaya bilməyim üçün özümü analiz etməyimə və həyat yoldaşım və oğullarımla vaxt keçirməyimə ehtiyacım var.

Karyeranızda olan ən çətin məqam hansı olub və bu problemi necə həll etmisiniz?
Karyeramda ən çətin dönəm ana olduğum vaxtlarla mürəkkəb təşəbbüslərə qarşı rəhbərliyin tələblərinin balanslaşdırmaq olmuşdur. Bu çətinliklərin öhdəsindən gəlməyimdə ailəmin və həmkarlarımın dəstək və qayğısının həlledici rolu olmuşdur. Buna görə də, mən öz peşəkar həyatımda qadınlara dəstək olmağa, onların imkanlarını genişlətməyə və həm peşəkar fəaliyyətində, həm də şəxsi həyatlarında ən yüksək məqsədlərinə çatmalarına kömək etməyə çalışıram.

Komandanızı necə motivasiya edirsiniz və maliyyə məqsədlərinizə nail olmaq üçün necə fokuslanırsınız?
Mən biznesə dəstək sahəsinə rəhbərlik etdiyimə görə, komandamın, biznes – strategiyalarının aydın şəkildə anlaşılmasını və vacib qərarların verilməsində ayrılmaz tərkib hissəsi olmasına xüsusi diqqət yetirirəm. İmkan və öhdəliklərin genişlənməsi komandanın uğur qazanmasında həlledici rol oynayır. Bugünkü, durmadan inkişaf edən dünyamızda diqqətin yönəldilməsi və peşəkar tendensiya və texnoloji nailiyyətlərin izlənilməsi çətindir. Buna görə də, istedadlı kadrların inkişafı və saxlanılması bizim üçün əsas prioritetlərdəndir və biz, əməkdaşlarımızın təlim və inkişafı üçün yatırım edirik.

Gənc qadınlara verə biləcəyiniz üç məsləhət?
Hər zaman anın gücünə inanın və bu gün qəbul edəcəyiniz qərarlara, etdiyiniz hərəkətlərə və qarşısınıza çıxan imkanlara qarşı diqqətli olun. Özünüzə, ailənizə və ətrafınızdakılara dəyər verin. Böyük xəyallar qurun, çünki xəyallar gerçəkləşir.