NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Chef Nargis: Nigar VS. Farhad Aşurbəyli

Bəli, bəli, bəli! Siz istədiniz – biz etdik! Qarşılayın: Chef NARGIS rubrikasının ikinci mövsümü.

Nigarın rəqibləri getdikcə daha da güclənir, ona görə də, qələbə uğrunda daha çox mübarizə aparmalı olur. İkinci mövsümün ilk qonağı isə... peşəkar qastroturist Fərhad Aşurbəylidir.

Baş aşpaz Rafael qızğın kulinariya duelinin iştirakçılarına güzəştə getmədi və onların qarşısına çətin tapşırıq qoydu – onlar eyni anda iki yemək bişirəcəklər: Krudo qızılbalığı və Deep fried Camambert!


Mübarizə yeri dəyişməz olaraq qalır – The Cheese restoranının mətbəxi. Bu da səbəbsiz deyil! Çünki məhz "The Cheese" restoranı öz qonaqlarına xüsusi qayğı ilə yanaşır: burada hər bir yeməyin orqanizmə təsiri nəzərə alınaraq hazırlanır, restoranın mətbəxində istifadə olunan bütün məhsullar – orqanik, yüksək keyfiyyətli, aşpazın özü tərəfindən diqqətlə seçilir. Məhz burada ehtiyacınız olan vitaminlərlə dolğun yeməklərdən zövq alaraq başqa heç bir şey haqqında düşünməyəcəksiniz!