NARGIS
Ru En
NARGIS MAGAZINE
Travel blog

LOVE, NARGIS: COACHELLA 2019

Artıq altı ildir ki, Nargis redaksiyası Azərbaycanda və xaricdə müxtəlif tədbirlər keçirir. Bizim kreativ komandamız daim inkişaf edir, yeni janrları öyrənir və başqalarının geri çəkildiyi yerlərdə öz güclərini sınamaqdan qorxmur.

Yeni layihəmizi qarşılayın – Travel blog Love Nargis!

İl ərzində hər ay sizinlə dünyanın ən miqyaslı, möhtəşəm və populyar festivallarından ən yaxşı anları bölüşəcəyik. Kadr arxasında heç bir şey qalmayacaq - bizimlə birlikdə ən yüksək nöqtələrə qalxacaqsınız, isti səhraya səyahət edəcəksiniz və bütün hadisələrin içində olacaqsınız. Yeni bir şey öyrənəcəksiniz, ürəkdən güləcəksiniz, qorxmaz və yorulmaz səyahətçilərimizlə birlikdə gücünüzü sınayacaqsınız… Planetin ən mötəbər hadisələri - sizdən bir klik uzaqlıqdadır. Uzun uçuşları təkrar izləyin, marşrutlarınızı planlaşdırın... Həmişə dünyanın digər tərəfində olmaq arzusunda olmusunuz, amma bilmirsiz, bunu etməyə dəyər ya yox? - o zaman nəyə hazırlıqlı olmağı biz sizə öyrədəcəyik. Lüks təcrübədən - büdcəli sevinclərə qədər... İnternetdə yazılanların doğru olub-olmadığını biz yoxlayacayıq.

Bizim ilk səyyahımız Sona Məmmədova Şimali Amerika qitəsinin ən böyük musiqi festivalı olan Coachella-nı öz gözləri ilə görmək üçün 20 saatlıq uçuşu həyata keçirib!

Sponsorlarımıza təşəkkür edirik! Onların dəstəyi olmadan bu buraxılışımız ərsəyə gəlməzdi! Azercell sayəsində biz dünyanın ən uzaq guşələrindən ən maraqlı anları dərhal paylaşa bilirik, Paşa Bankın dəstəyi sayəsində biz valyuta mübadiləsi kassalarındakı növbələrdən yan keçirik - və nağd pul itkisi barədə narahat olmuruq.

Baxın və Nargis ilə birlikdə səyahət edin!

Sevgilərlə,