NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Bayram ilhamı: Zövqlü Yeni il dekorasiyası üçün beş tövsiyə

Bayram ərəfəsində ev tamamilə dəyişir: şam işığı, mövsümi rənglər və zövqlə seçilmiş dekorativ əşyalar xüsusi ab-hava yaradır. Villeroy & Boch ənənələri müasir dizaynla bir araya gətirən çini və dekorativ məhsulları ilə onilliklərdir ki, bu mövsümün ayrılmaz hissəsidir. Təqdim etdiyimiz beş tövsiyə evinizi Yeni ilin sehrli və bayram əhvali-ruhiyyəsi ilə necə asanlıqla doldura biləcəyinizi göstərir.

Ənənələrin sehri: xatirələr bayramın bir hissəsinə çevrildikdə
Toy’s Delight kolleksiyası uşaqlıq xatirələrinin sehrini bayram süfrəsinə gətirən əsl klassikadır. 15 ildən artıqdır ki, kolleksiyanın nostalji oyuncaq motivləri və klassik qırmızı, yaşıl və ağ çalarları xüsusi bayram ab-havası yaradır, nəsildən-nəslə ötürülən ənənələrin zamansız gözəlliyini əks etdirir.

Evinizi sizə sevinc bəxş edən detallarla bəzəyin
Mövzu bayram dekorasiyası olduqda heç bir qayda olmur və seçdiyiniz dekorasiyaların interyerinizə uyğun gəlməsi də mütləq deyil. "Christmas Toy’s Memory" kolleksiyasından olan oyuncaq ayı kimi fiqurlar, musiqi qutuları və klassik yaşıl, qırmızı və qızılı rənglərin ahəngi ilə evinizdə nostalji dolu bir ovqat yarada bilərsiniz. Ən əsası odur ki, bütün bayram mövsümü boyunca ətrafınızda sizə xoşbəxtlik gətirən əşyalar olsun.

Dekorasiya bayram həyəcanını artırır
Yeni il ərəfəsini əsl həyəcanla yaşamaq istəyirsinizsə, hazırlıqlara erkən başlayın və dekorasiyaları günbəgün, həftəbəhəftə əlavə edin. Zərif şamlar və parıldayan bəzəklərlə dekorasiya edilmiş advent çələngi hazırlıqlara başlamaq üçün gözəl seçim olmaqla yanaşı, hər advent bazar gününü kiçik bir rituala çevirir. "Christmas Toy’s Memory" kolleksiyasının nostaljik advent təqvimi sayəsində bayramı gözləmək belə, əsl təntənəyə çevrilir. Onun 24 kiçik qapısı arxasında məşhur "Toy’s Delight" kolleksiyasından olan, sevgi ilə hazırlanmış əşyalar, o cümlədən yalnız həmin təqvimdə yer alan 16 eksklüziv dizayn gizlənir ki, bu da hər gün evinizə yeni bir bayram detalı qatmaq üçün ideal seçimdir.

Kolleksiya toplayın, bəzəyin və hekayələr yaradın
Bayram dekorasiyaları özünəməxsus hekayə və ənənələrin bir hissəsinə çevrilə bilər. On ildən çoxdur ki, əsl qızıl detalları, qızılı altlıq möhürü və hər il yeni hekayə danışan nostalji dolu dizaynı ilə Annual Christmas Edition kolleksiyasi bayram mövsümünün ən parlaq məqamlarından biri olaraq qalır. 2026-cı ildə Şaxta baba qarla örtülmüş qış mənzərəsi üzərində möhtəşəm hava şarında elflərin müşayiəti ilə süzür və hədiyyələri onları səbirsizliklə gözləyən uşaqlara paylayır.

Ornamentlər: Böyük təəssürat yaradan kiçik detallar
Bəzən bir otağı bayram ruhu ilə doldurmaq üçün təkcə kiçik bir detal yetərli olur. "Christmas Classics" və ya "Nostalgic Ornaments" kolleksiyalarındakı kimi zərif ornamentlər çox kiçik toxunuşlarla qapı çələngini, küknar budağını və ya giriş qapısının yanındakı kiçik bir ağacı məkanda bayramın əsas diqqət mərkəzinə çevirir.

Bakıda yerləşən "Villeroy & Boch" butiklərində, eləcə də "Coincasa"dakı ("Gənclik Mall") eksklüziv guşədə bu brendlə birlikdə özünüzü bayramın sehrli ab-havasına qərq edin.


Ünvanlar və əlaqə nömrələri:
"Villeroy & Boch" butiki, 28 May küçəsi, 22A.
+994 12 4980333 / +994 51 244 52 67
"Villeroy & Boch" butiki, Hüseyn Cavid prospekti, 22.
+994 12 510 91 26 / +994 50 554 02 04
"Coincasa", "Gənclik Mall", Fətəlixan Xoyski, 14
+994 12 599 15 55 / +994 99 206 15 55

"Villeroy & Boch" brendinin Azərbaycandakı eksklüziv distribütoru "Italdizain" şirkətidir. "Villeroy & Boch" brendi və onun kolleksiyaları barədə ətraflı məlumat üçün aşağıdakı veb-sayta daxil olmağınızı xahiş edirik: https://italdizain.az/en/brands/villeroy-boch