NARGIS
Ru En
NARGIS MAGAZINE
Nargis for Eco

Sıfır tullantı: NARGIS x Ekologiya və Təbii Sərvətlər Nazirliyi ikinci təmizlik aksiyası

Zero Waste layihəsi çərçivəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 29 İyun tarixində Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.

Təmizlik aksiyası zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.

Bu cür təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nargis Nəşriyyat evi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/