"Cartier forma və fiqurların saatsazıdır. “The Maison” dərhal tanınan formalar, onlara uyğun gələn siluetlərin dizaynı, hazırlanması və unikal formaların yaradılması ilə həmişə özünü digərlərindən fərqləndirir."
- Cyrile Vigneron, “Cartier International”ın prezidenti və baş icraçı direktoru
Fiqurlar üzərində oynamaq, reallıq və təxəyyül arasındakı sərhədləri aşmaq və ya şüşənin içərisindən keçmək: “Cartier” zaman anlayışına bir sehrbaz kimi yanaşır.
İllüziya? Metamorfoz?
“Cartier” zamanın möcuzəsini anlayır, onun gözəllik dərəcəsini öz saat repertuarı ilə ölçərək sirrini açır. “Cartier” özlüyündə ən formalından ən abstraktına, ən texnikisindən ən qiymətlisinə, ən cəsarətlisindən ən fantastikinə qədər hər cür kəşfiyyata açıq olan sonsuz bir yaradıcı sahəyə sahibdir. Bütün bu yaradıcılıqlar gözəgörünməz bir sehrlə izah olunur, tərz və enerji arasındakı əlaqəni göstərir.
Sehr, “Watches & Wonders 2024” buraxılışında sıx rastlaşacağımız bir anlayışdır. O, davamlı olaraq öz transformativ gücünü “Maison”un “Cartier Prive” kolleksiyasından bir parça olan “Tortue Monopoussoir Chronograph” saatı kimi daim yenidən dizayn olunan möhtəşəm klassiklərə aşılayır. Eyni zamanda o, “Cartier”in təbiətini dəyişdirən və standartlardan kənara çıxan daş-qaşlı saatlar kolleksiyası vasitəsilə fiqurasiya və abstraksiya anlayışları arasında daim hərəkət içərisindədir.
“Cartier” bizi zamanın sirri ilə oynamağa dəvət edir. Bəzən bu, insanı reallıqdan xəyal dünyasına keçirən “Reflection de Cartier” saatı kimi vizual bir görüntüdən ibarət olur. Bəzən isə əllərinizi saat əqrəbinin əksinə çevirməklə vaxtı geriyə çəkə biləcəyiniz “Santos-Dumont Rewind” saatı və ya eyni anda iki müxtəlif ərazidəki saatı bilməyinizə imkan yaradan “Santos de Cartier Dual Time” saatı kimi gözlənilməzdir.
“CARTIER PRIVE” KOLLEKSİYASI
“Cartier Prive” özünün səkkizinci illik nümayişini təqdim edir, bu dəfə məşhur “Tortue” saatının modern versiyası ilə qarşımızdadır. Bu ilin ən diqqətəlayiq məqamlarından biri də bu görkəmli saatın cazibəsini daha da artıran “monopoussoir” xronoqraf komplikasiyasının təqdim edilməsidir.
İlk dəfə 1912-ci ildə hazırlanmış “Tortue” saatı “Cartier”in əyri və dartılmış xətləri harmoniya halına salma vizyonunu təcəssüm etdirir. Yeni saat/dəqiqə versiyası ilə “Tortue” müəyyən dəyişikliklərə baxmayaraq öz mirasına sadiq qalıb. Uzatılmış bağlantıları və daha incə profili ilə bu saat zəriflik və yüngüllüyü ehtiva edir. Öz köklərinə sadiq qalaraq, alma formalı əqrəbləri və daha rahat oxunaqlılıq üçün relsli siferblat hissəsi bu saatda saxlanılıb.
Saat/dəqiqə versiyasının 200 ədəd və platin dəstli versiyanın cəmi 50 ədəd limitli sayda buraxılması hər bir saat üzərində “Cartier”in sənətkarlıq və innovasiyaya sadiqliyinin sübutudur.
İlk dəfə 1928-ci ildə təqdim edilən “monopoussoir” xronoqrafı, mavi rəngli polad əqrəbləri, içərisində kiçik boşluq olan saniyə əqrəbi və siferblatındakı mürəkkəb üçbucaq motivləri ilə yenidən interpretasiya olunub. Cəmi 4,3 mm qalınlığında olan mexanizmi isə “Cartier”in ultra-nazik xronoqraflar yaratmaq üzrə şücaətini nümayiş etdirir.
Pərdə arxasında isə arxa hissədə mürəkkəb dişli mexanizm mövcuddur, hansı ki, istehsal və tənzimlənmə əsnasındakı sənətkarlığı nümayiş etdirir. “Manufacture 1928 MC” mexanizmi incə “Kot de Genève” dekorasiyası və səliqəli son toxunuşları ilə “Cartier”in təcrübəsini nümayiş etdirir.
Limitli sayda buraxılışı və qüsursuz dizaynı ilə bu “Tortue” saatı “Cartier”in kimliyini təyin edən zamansız zərifliyi və dəqiqliyi təcəssüm etdirir.
precision that define Cartier.
“ANIMAL JEWELLERY” SAATLARI
1914-cü ildən bəri “Cartier”in ikonik kolleksiyaları markanın saat istehsalındakı təcrübəsini təcəssüm etdirərək, xarizması və ruhunu bizə təqdim edir. Bu il, zebra və timsahın birləşməsindən yaranan valehedici kimera mifoloji yaradılışın ilham mənbəyi kimi xidmət edir.
Qrafik və original, əl ilə laklanmış hər bir zolaq bu xəyali məxluqun siluetini bəzəyir, almaz formalı siferbatı zərifliklə əhatə edir. Hər bir rəngli daşın ətrafındakı zərif əl işi “Cartier”in misilsiz təcrübəsini əks etdirir.
"Bu yeni yaradıcılıqlar “Cartier”in heyvan simvollu saatlar silsiləsində təbiətin gözəlliyini bütün formalarda - obrazlı, abstrakt, realist və ya xəyali şəkildə nümayiş etdirərək zənginləşdirir. Onilliklər boyudur ki, bu mövzu davamlı olaraq inkişaf edib, onun estetik zənginliyi, cazibədar gücü və simvolik əhəmiyyəti araşdırılıb" - “Cartier”in imic, tərz və miras direktoru Pierre Rainero bildirir.
“REFLECTION DE CARTIER” KOLLEKSİYASI
Zamanın şüşənin hüdudlarından kənara çıxaraq müxtəlif görüntülərlə rəqs etdiyi bir dünyaya addım atın.
“Clash [Un]limited” və “Coussin” saatlarından sonra “Reflection de Cartier” saatı da mistika, illüziya və cazibə mövzusundakı səyahəti davam etdirir. Kolleksiyanın əsas məqsədi cəsarətli elementlər vasitəsilə zaman anlayışının müəmmasını kəşf etməkdir.
“Cartier”in forma və fiqurları kəşf etməsindən ərsəyə gəlmiş bu saat “Cartier”in saat ustalarının və zərgərlərinin təcrübəsini birləşdirir. Onun əsasını uzun xətlər və iti kənarlarla bəzədilmiş mürəkkəb iş və cilalanmış parlaq qızılın birləşməsi ilə ərsəyə gəlmiş gözoxşayan qolbaq təşkil edir. Zərif siferblatın öz əksi ilə qarşılaşması zaman tərsinə axırmış kimi bir illüziya yaradır. Almaza bənzər əyilmiş şüşə isə saatın siferblatını gözəl bir şəkildə əhatələyir, həmçinin saatın ikili kimliyini vurğulayaraq, incəliyi dəqiqliklə birləşdirir.
Ağ qızıldan hazırlanmış bu saat, “pave” texnikalarının birləşməsi ilə ərsəyə gətirilib və materialların qarşılıqlı təsirini simvolizə edir. Qar rejimi və tərsinə tənzimlənmə funksiyaları saatın həm cazibəsini artırır, həm də göz qamaşdıran parlaqlıq təqdim edir.
“SANTOS DE CARTIER” VƏ “SANTOS-DUMONT” KOLLEKSİYASI
Zamanın büküldüyü, cazibə qüvvəsinin işləmədiyi səmalarda səyahətə çıxın — aviator Alberto Santos-Dumontun öz cəsarətli mirası ilə “Santos” kolleksiyalarında yeni bir uçuşa başlayır. Bu kolleksiyalar qorxmaz pionerin ruhunu, tərzini və mistikliyini təcəssüm etdirir.
Aviatorun orijinallığına və yenilikçiliyinə sadiq qalaraq, “Cartier” bizim standart zaman anlayışımıza meydan oxuyan bu ikonik saatın yenidən interpretasiya olunmuş iki versiyasını təqdim edir.
Nəfis “Santos-Dumont Rewind” saatı ənənəvi zamanı göstərmə metodlarında inqilab edir, cəsarətli “Santos de Cartier Dual” saatı isə Alberto Santos-Dumontun özü kimi, məsafələrə rəğmən eyni zamanda iki müxtəlif saat qurşağına nəzarət etməyə imkan verir.
Öz mexaniki hərəkəti və avtomatik idarə olunması ilə “Santos de Cartier Dual Time” saatı davamlılığını və etibarlılığını qorumaqla iki müxtəlif saat qurşağını mükəmməl şəkildə birləşdirir. Onun parlaq polad dizaynı, lüminessent qılınc formalı əqrəbləri və boz rəngli ikinci saatı ilə tamamlanır, zəriflik və funksionallıq nümayiş etdirir.
Polad və ya dəri materiallı bilərzik, “Cartier”in patentləşdirilmiş “QuickSwitch” sistemi və “SmartLink” ölçü tənzimlənmə funksiyaları ilə mükəmməl universallıq təklif edir – heç bir səy göstərmədən özünüzə uyğunlaşdırmağa imkan verir.
Eyni zamanda, “Santos-Dumont Rewind” saatı məhdud buraxılışlı platin şah əsərini nümayiş etdirməklə yanaşı, “carnelian” siferblastı ilə zamanın gedişatını yenidən müəyyənləşdirir. Ənənəvidən fərqli olaraq düzülmüş qalın Roma rəqəmləri Santos-Dumontun sərhədsiz xəyal dünyasına ehtiramını bildirməklə sizi komfort zonasından uzaqlaşdırır.
Mexanik hərəkəti və tərsinə çevrilmiş idarəetmə hissəsi ilə, “caliber 320 MC” parçası hər iki istiqamətdə həkk olunmuş Santos-Dumontun imzası ilə 1904-cü ilə aid orijinal modelə əsaslanaraq hazırlanıb və Santos-Dumontun sarsılmaz yenilikçi ruhuna işarə edir.
Cəmi 200 ədəd nömrələnmiş parçası ilə məhdud sayda buraxılmış “Santos-Dumont Rewind” saatı “Cartier”in həm texniki mükəmməlliyin, həm də estetik gözəlliyin sərhədlərini aşmaq qabiliyyətini nümayiş etdirir.