NARGIS
Ru En
NARGIS MAGAZINE
HADİSƏLƏR

Sərhədsiz dad. “Costa Coffee” beynəlxalq qəhvəxana şəbəkəsi Azərbaycanda filialını açdı!

Dünyaca məşhur “Costa Coffee” brendi 1971-ci ildə Londonda Sergio və Bruno Costa qardaşları tərəfindən təsis edilib. 2019-cu ilin yanvar ayında “Costa Coffee” şirkəti 4,9 milyard dollara satıldı; “Coca Cola” şirkəti onun yeni sahibi oldu. “Costa Coffee” zəncirinin hazırda Böyük Britaniyada 2700-dən çox, digər 32 ölkədə isə 1100-dən çox qəhvəxanası mövcuddur. İndi də paytaxtımızın sakinləri və qonaqları incə qəhvə və onunla mükəmməl uyğunlaşan qəlyanaltılar və xəmir məmulatlarından həzz ala biləcəklər: panini, tostlar, moruqlu-badamlı biskvitlər, kök tortları, qaragiləli kekslər, şokoladlı tiffinlər və brauni.

“Costa Coffee”-nin ilk Bakı filialı “Globus Center”-də açıldı. Yaxınlıqda çoxlu ofislər və yaşayış binaları var ki, bu, şübhəsiz ki, məkanın geniş populyarlığını təmin edəcəkdir – isti gündə bir fincan sevimli içki ilə dincəlmək istəyənlər çoxdur! Gözəl havada eyvanda da otura bilərsiniz.

Qəhvəxananın təntənəli açılışında ISR Holdinqin baş direktoru Rauf Xəlilov, “EMENA Retail Costa Coffee” şirkətinin marketinq şöbəsinin rəhbəri Luiza Brey və françayzinq şöbəsinin rəhbəri Ceymi Odri çıxış etdilər. Onlar bütün qonaqlara iştiraklarına görə təşəkkür edib, onlara xoş vaxt keçirməyi arzulayıb və maraqlı faktları bölüşərək brendin yaranma tarixindən bəhs ediblər. Xüsusilə, “Costa Coffee” tərəfindən istifadə olunan bütün qəhvə dənələri və kakao paxlası yalnız “Rainforest Alliance” tərəfindən sertifikatlaşdırılmış təsərrüfatlardan alınır; ekoloji təmizliyə böyük əhəmiyyət verilir. Beləliklə, qəhvəxana ziyarətçiləri əmin ola bilərlər: “Costa Coffee” brendini seçməklə onlar ətraf mühiti qoruyan təsərrüfatları dəstəkləyirlər!

“Qəhvə sənayesində yarım əsrlik təcrübəmizlə biz azərbaycanlı istehlakçılara yeni dad təcrübələri təklif edə biləcəyimizə əminik. Biz bilirik ki, yerli bazar artıq bir çox qəhvə şəbəkələri tərəfindən mənimsənilib, və biz onlarla rəqabət aparmağa hazırıq. İnanırıq ki, qəhvə həvəskarlarının alternativləri nə qədər çox olsa, bu sənaye bir o qədər intensiv inkişaf edəcək”, - deyən brendin nümayəndələri içki və un məmulatlarını Azərbaycan ictimaiyyətinin zövqünə uyğunlaşdırdıqlarını bildiriblər.

Tədbir zamanı qonaqlar onlara təqdim olunan təamlardan və ətirli qəhvə içkilərindən dadıblar. İştirakçılar süd köpüyü ilə qəhvənin səthində rəsm çəkmək sənətini peşəkar baristanın rəhbərlik etdiyi master-klassda məşq etmək imkanını əldə etdilər.

Brendin Azərbaycandakı françayzinq sahibləri “Moonwake” investisiya şirkəti ilə birlikdə ISR Holdinqdir.

Şirkət yaxın 5 il ərzində Azərbaycandakı şəbəkəsini 30 qəhvəxanaya qədər genişləndirməyi və 200-dən çox iş yeri yaratmağı planlaşdırır. Paytaxtımızın Gənclik Mall, Nargiz Mall, Dəniz Mall, eləcə də bir sıra biznes mərkəzlərində “Costa Coffee” qəhvəxanalarının açılması planlaşdırılır.