NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Həyatın əsl mənası nədədir?

NARMEEN JEWELRY bəzək əşyaları

"Həyat - siz başqa planlar qurarkən başınıza gələnlərdir."


Con Lennon

Bu, həyatda öz əhəmiyyətini, hədəfini dərk etmək və ona nail olmaqdadır. Demək istədiyim budur: hər birimizin bu dünyaya niyə, nə üçün gəlməyində bir məqsəd var. Heç kim məqsədsiz doğulmur.

Həyatın əsas məqsədi nədir?
Əsas həyat məqsədiniz əsas motivasiyaedici hədəflərdən ibarətdir – uğrunda səhər qalxmaq istədiyiniz hər bir şey. Bu əsas məqsəd sizi bəzi vacib əməllər etməyə təşviq edə bilər, hansı istiqamətdə hərəkət etməyi, başqa hədəflər formalaşdırmağı və etdiyiniz hər bir şeyə məna verməyi təklif edə bilər. Bəzi insanlar üçün həyatın məqsədi onların vəzifələri ilə əlaqəlidir. Buna görə də, sizin üçün əziz olan insanlara dəyər verin, o zaman onlar da yaxşı olacaqlar!

Yaxşı həyat nədir?
Bu bizi azad edən, bizə azadlıq verən həyatdır. Bizi məmnun edən həyatdır, ən əsası isə xoşbəxtlik və sevinc dolu bir həyatdır. Yaxşı yaşamaq həm də layiqli bir həyat yaşamaq deməkdir, bu dünyaya müsbət bir töhfə verərək – insanlara, təbiətə və bütün planetimizə kömək etmək, eqoist olmamaqdır.

Yaxşı insan olmaq nəyə görə vacibdir?
Yaxşı bir insan olmağın üstünlüyünün yalnız görünüşünüzdə deyil, həm də həyatınızda əks olunduğu barədə düşünün! Hörmət qazanmaq çətin deyil, insanlar sizə etibar edə biləcəklərini başa düşsələr, fürsət qapıları sizin üzünüzə daha asan açılacaq və yolunuz daha aydın olacaq… Ən əsası: insanlar sizə hörmət edirsə və güvənirsə, siz də öz tərəfinizdən onların həyatına müsbət təsir göstərə, dəstək verə biləcəksiniz.

Həyatın əsas məqsədi xoşbəxtlik ola bilərmi?
Aristotel deyib: "Xoşbəxtlik - həyatın mənası və məqsədidir, insan varlığının ümumi və son məqsədi". Ancaq insan hər zaman özünü xoşbəxt hiss edə bilməz. Xoşbəxtlik daimi deyil, dənizdəki dalğalar kimi gəlir və gedir. Ümumiyyətlə, xoşbəxtlik nədir? Hər kəsin xoşbəxtliyi özünə görədir, kim olursa olsun, xoşbəxt olmağa haqqı var. Cavabım: bəli, xoşbəxtlik həyatımızın əsas məqsədidir, onsuz özünüzü və sizi əhatə edən hər şeyi məhv edə bilərsiniz.

Ülviyyə Mahmudova,
Baş redaktor