"PilatesLife" şirkəti Türkiyənin SEAM Akademiyasının dəstəyi ilə 30 yanvar tarixində Su İdmanı Sarayında “1-ci Azərbaycan Pilates Konfransı” təşkil edib.
Bu tədbirin keçirilməsində məqsəd ölkəmizdə məşqçilərin təlim üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı idman sahəsində peşəkarlığın artırılmasıdır. İdmana marağın, həvəsin və sağlam həyat tərzinin artırılması da təşkilatçıların əsas prioritetlərindəndir. 100-dən çox insanı birləşdirən konfrans nəzəriyyə ilə praktikanı bütünləşdirərək ölkəmizə yenilik gətirdi.
Konfransın hər il keçirilməsi planlaşdırılır. Tədbirdə müxtəlif idman mərkəzlərinin nümayəndələri, fizioterapevtlər, dietoloqlar və sağlam həyat tərzinə dəyər verənlər və digər qonaqlar iştirak ediblər.
Konfransın spikerləri Türkiyədən dəvət olunmuş, öz sahəsində ən yaxşı mütəxəssislər idi.
Barış Çunguroğlu - bütün peşəkar təlimləri İtaliyada "Wellness Institute TECHNOGYM"də keçmiş hərtərəfli beynəlxalq pilates ustasıdır. Pilatesdən əlavə Bosu, 4D Pro®, LesMills, Trx, Gravity, EMS, Triggerpoint və s. idman avadanlıqları üzrə təlimçidir. 20 ildən artıq təcrübəyə malikdir.
Tılsım Okay - ilk türkiyəli qadın məşqçidir, ustalığı Amerikanın Pilates Metodları Alyansı (PMA) tərəfindən sertifikatlaşdırılmışdır. 10 ildən artıq təcrübəyə malikdir.
Nihan Şahingöz - uzun illərdir ki, bədii gimnastika üzrə Türkiyə yığmasının üzvüdür. O, gimnastika sahəsində, eləcə də uşaqlıqdan bəri 30 ilə yaxındır ki, pilatesdə ad qazanıb.
Korporativ sosial məsuliyyətə böyük önəm verən, sağlam həyat tərzinə həsr olunmuş layihələri dəstəkləyən brendlərə bu tədbirə verdiyi dəstəyə görə minnətdarıq.
Baş sponsorlar: Go Sport, Technogym, Aquatic Palace, Dashlı Bulaq MMC
Təşkilati dəstək: Aquatic Palace, Kapital Bank, Push30, Baltica 0, PH Azerbaijan
@azerbaijan_sport_events
@pilateslife_baku