NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Əsrarəngiz 13 rəqəmin iki tərəfi

Bir çox insanlar bu rəqəmin 13-cü Cümə gününə görə uğursuzluq gətirdiyinə inanır, amma aydınlaşdırım ki, əslində bu rəqəm çox müsbət enerji daşıyır!

Bulgari B.zero Rock earings; Bulgari Serpenti Viper necklace

Müqəddəs 13 ədədi çox karmik sayılır və ilahiyyatla əlaqələndirilir. Bunu qəbul edənlərə - imanı və gücü idarə etmək bacarığı olanlara uğur və firavanlıq gətirdiyi deyilir. 1 və 3 rəqəmləri kök rəqəmlər olmaqla bərabər, kamilliyə çatmış insanların rəqəmi də 1 sayılır. Bu ədəd yeni, qorxusuz bir başlanğıca zəmin yaratmaq qabiliyyətinə malikdir. Bundan əlavə, 13 “qadın” rəqəmi hesab olunduğuna görə dəyişikliklər, sevgi və yeni başlanğıcları da simvolizə edir.

Valentino cashmere jumper

Bulgari Octo Finnisimo Automatic watch

Məhz 13 sayda həvari olmasına rəğmən 13 bir çox hallarda uğursuz rəqəm kimi qəbul edilir. Ümumilikdə məna olaraq şeytani sehrlə əlaqələndirilən 13 ədədi heç də hər zaman mənfi mənaya gəlmir. Numerologiyada bu ədəd sevgi anlayışını dərk etməyə çalışan insan ruhunun təcəssümüdür. Xristianlıqda isə bu ədəd Kainatın simvolu kimi qəbul olunur. 13 ədədinin təsirinə qarşı mübarizə aparmamağı tövsiyə edirəm, çünki ondan qaçış yoxdur. Bunun əvəzinə, parlaq tərəflərinə fokuslanın, situasiyanı öz xeyrinizə çevirərək bu ədədi dostunuza çevirin.

Ulviyya Mahmud

Editor-in-Chief

Created in partnership with @bulgari and @cabinet.12