NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

The Watchmaker’s Soul

İşinizə yatırdığınız istedad və həvəs, peşəkarlıq və yaradıcı xüsusiyyətlərinizlə birlikdə daha da möhkəmlənərək ruhunuzun əsas ilham mənbəyini təşkil edir. Məhz bu duyğu və yanaşma Bvlgari Saatlar Bölməsinin İcraçı Direktoru Conatan Brinbaumun fəaliyyətinə də istiqamət verir.

Nargis Jurnalı üçün verilmiş bu müsahibədə, sizi Bvlgari yaradıcı dünyasına qərq olmağa dəvət edirik.

Peşəkar səyahətiniz necə başladı?

Mən karyerama tamamilə fərqli sahədən başlamışdım. İlk öncə, parfümeriya sahəsində çalışmışam, hal – hazırda isə saatlarla işləyirəm. Bu, sanki gözəlliyin yaradılmasına xidmət edən bir iş üzərində çalışmağa bənzəyir. Bilirsən ki, burada təkcə gözəllik deyil, həm də zəhmət var – bu mənim yaşadığım ən məmnunedici hisslərdən biridir. Zəhmət, sənətkarlıq və sevgi – müştərilərin də hiss etdiyi enerjidir.

Üç biznes marketinq qaydasının adını çəkin.

Bizi sərt qaydalar deyil, inandığımız dəyərlər istiqamətləndirir. Mənim isə üç əsas inancım var. Birinci: biznes və ya marketinq, sənətkarlıq və elmin vəhdətidir. Burada imkanları görə bilmək və müştərini dərindən anlamaq qabiliyyətləri arasına olan incə tarazlıq çox vacibdir. Bu aydın ünsiyyət bacarığı, yaradıcılıq, emosiyalar və bəzən də intuisiya hisslərini tətbiq etməyi tələb edir. Düşünürəm ki, ağıl və hisslər arasında balans yaratmaq çox önəmlidir. Bəzi qərarlar intuitiv verilsə də, ən yaxşıları fikirlər, emosiyalar və strateji düşüncənin birgə məhsulu olur.
İkinci: unutma ki, sən tək deyilsən. Mən münasibətlərin gücünə ciddi şəkildə inanıram – yaratdığınız komandalar, bəxş etdiyiniz inam və birlikdə işlədiyiniz, həmçinin xidmət göstərdiyiniz insanlar.

Üçüncü isə heç vaxt yeniliyin və meydana çıxan yeni fikirlərin qarşısını almamaqdır. Dəb – dəbə dünyasında ənənələrə böyük ehtiram bəslənir – məsələn, Bvlgari 141 illik mirasa sahibdir. Bu irsi təvazökarlıqla qoruyub saxlamaq vacibdir, eyni zamanda brendin yaşamasını və daim inkişaf etməsini təmin etmək də bir o qədər önəmlidir.

Yeni saatlar barədə nə deyə bilərsiniz?

Bu il biz iki yeni ikonamızı təqdim edirik. Birincisi Bvlgari Serpenti – dir. Zamanla, ilan bizim rəmzlərimizdən birinə çevrilmişdir. Bu təqdimat üçün biz ilan simvoluna daha abstrakt yanaşmanı araşdırmaq istədik – daha az fiqurativ, daha simvolik bir ifadə tərzi ilə. Tubogas və Seduttori daha klassik hisslər bəxş edərkən, bu yeni Serpenti tamamilə başqa bir mənanı ifadə edir. Fabrizio, ilan motivinə yenidən ruh verməkdə əsl ustaddır və mənim üçün bu yeni əsər “Serpenti” hekayəsinin daha bir güclü fəslidir.

İkinci yenilik isə bizim digər ikonik kolleksiyamız olan Octo – dur. Bvlgari saatı İtalyan dizaynı və İsveç saatsalığından daha mükəmməl olan əsərdir. Octo daha çox İsveç texnikasının təcəssümüdür. Son on illik ərzində biz davamlı olaraq sərhədləri sınamışıq: doqquz fərqli ultra-nazik mexanizm, xronoqraf və turbillonlara dair inqilabi yanaşmalar, həmçinin korpus və qolbaq quruluşlarının tamamilə yenidən düşünülməsi. Artıq on ildir ki, qaydalar yenidən yazılmışdır – və biz hələ bitirməmişik. İnnovasiya bizim saatsazlıq səyahətimizin qəlbidir.
Bvlgari Skeleton saatlarının arxasında gizlənən sirr nədir?

Skeleton saatlarımızın arxasındakı əsas ilham mənbələrindən biri – saatın içindən baxmaq imkanıdır; yəni sözün əsl mənasında onun daxili gözəlliyini üzə çıxarmaq. Müştərilərimizə qulaq asdıqca və onların mexanizmlərimizdə nəyi dəyərli hesab etdiklərini müşahidə etdikcə, bir şey daha da aydın oldu: “skeletonizasiya” onların ustalığa olan heyranlığını birbaşa əks etdirir.
Buna görə də skelet estetikası Finissimo kolleksiyası ilə mükəmməl uzlaşır – hərəkətin özünə bir pəncərə açır.

Bvlgari-də işləməyi sizin üçün xüsusi edən nədir?

Fikrimcə, şəxsi bağlılıq. Artıq on ildir ki, Bvlgari – də çalışıram və dürüst olsam, heç vaxt bu qədər müddət bir şirkətdə çalışacağımı düşünməzdim. Bu mənim köklərimlə bağlıdır – mənim əslim Fransadandır və Bvlgari komandasına qoşulmazdan öncə Romaya səyahət etmişdim. Şəhərin zənginliyi, irsi və mədəni dərinliyi məndə çox böyük təsir buraxmışdı. Roma Bvlgari – nin qəlbidir. Ərsəyə gələn hər bir ilham öz kökünü qeyri – adi şəhərdən alır və bu bağlılıq, mənim hər gün özümlə daşıdığımın bir bağlantıdır.

İkinci – və mənim ürəyimə daha yaxın olan – yaradıcılıqdır. Bvlgari – də etdiyimiz bəzi işlər, başqa heç bir yerdə sadəcə olaraq edilmir. Biz yaradıcılığa məhdudiyyətlər qoymuruq – biz bunu alqışlayırıq. Biz azadlıq bəxş edirik və bu azadlıq həqiqətən də gücləndirir. Bu cəhətimiz bizə, həm zinət əşyalar, parfümeriya, həm də saat işində yeni fikirləri həyata keçirməyə, mümkün olanları yenidən xəyal etməyə imkan verir. Xəyallar qurmaq, yaratmaq və davamlı olaraq sərhədləri genişləndirmək azadlığı – Bvlgari – ni mənim üçün xüsusi edən cəhətlərdir.

Komanda da işləmək bacarığınız nə dərəcədə güclüdür?

Komanda işi mənim üçün ən vacib amillərdən biridir. Doqquz ayda rekord qıran bir məhsulu bazara çıxarmaq istəyirsinizsə, yüzlərlə insanla effektiv əməkdaşlıq etməyi bacarmalısınız – bu, danılmaz bir həqiqətdir. Həvəs mükəmməl komanda işinin özəyidir – insanları bir amal uğrunda bir araya gətirmək. Bvlgari-nin uğur sirrlərindən biri də budur: biz insanları daim təəccübləndirən, yenilik yaradan və fərqli olan bir yaradıcı səyahətin iştirakçısına çeviririk – bu, bizim missiyamızdır.

Ən son saat təqdimatınızdan olan seçiminizi bizimlə bölüşün: favoritiniz hansıdır?
Bu uşaqlarım arasında seçim etmək qədər çətin sualdır. Birini seçməli olsam, bu tamamilə qızıl olan Serpenti Tubogas olardı. O zərifdir və xüsusi ilə onun üçün yaradılmış saatdan istifadə etməyi sevən qadınların şəxsiyyətini mükəmməl şəkildə tamamlayır – həm gözəllik, həm də quruluş cəhətdən unikaldır.

FOTO: press – materiallar