NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

VALENTINO PARTY KOLLEKSİYASI QAYITDI.

Bu dəfə Valentino bayram əhval-ruhiyyəsini pret-a-porte geyimləri və Valentino Garavani aksesuarlarında əks etdirir.

Yalnız seçilmiş müştərilərini özəl “Valentino Party” adlı tədbirinə dəvət edən İtalyan Moda Evi yeni kolleksiyasını təqdim etdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


Gecədə qonaqlar DJ Tim-in performansından və ləziz italyan təamlarından zövq alaraq yeni Valentino The Party Collection 2022 geyim və aksesuarlarını kəşf etdilər! Kolleksiya cəsarətli qızıl detallar və rəng partlayışı ilə cəlbedici hekayədən bəhs edir. Bənövşəyi, zümrüd yaşılı və sarı tonları mərkəzi yer tutaraq bayram əhval-ruhiyyəsini təcəssüm etdirir, hamını birliyi qeyd etməyə dəvət edir.