Brunello Cucinelli-nin qızı, eyni zamanda brendin Kreativ Direktoru və Prezidenti Carolina Cucinelli 14 aprel dəyərli müştəriləri ilə “Four Seasons” otelinin “Zafferano” restoranında görüş keçirdi. Carolina Cucinelli çıxışında Bakıya heyran qaldığından, özəl qonaqlarla ünsiyyət qurmaqdan məmnun olduğunu bildirdi.
Bu xüsusi gecənin dəvətli qonaqları arasında Brunello Cucinelli-nin loyal müştəriləri ilə yanaşı İtaliya səfiri Claudio Taffuri və xanımı, İtaliya Şirkətlərinin Təşviqi Agentliyinin sədri cənab Andrea Maccanıco, “NARGIS” jurnalının Baş Redaktoru Ülviyyə Mahmud, blogerlər Nərminə Həsənli və Farizə Mahmudova da iştirak etdilər.
Hər kəs Azərbaycan mətbəxinin Avropa şarmı ilə təqdimatından, seçilən ləziz təam və şirniyyatlardan və ziyafətin xüsusi ambiansından zövq aldılar. Dondurma, milli zəfəran və reyhan şərbətləri, qara kürü və şah plov həm yerli, həm də xarici qonaqlar tərəfindən çox bəyənildi. Nərgiz Əliyevanın klassik Azərbaycan və İtalyan sənət əsərlərinin royalda canlı ifası isə gecəyə rəng qatdı.