NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

NARGIS CITY sərgisinin rəsmi açılışı baş tutdu

Dekabrın 14-də Port Baku Mall-da NARGIS CITY sərgisinin rəsmi açılışı baş tutdu. Bu il zəncəfilli şəhərciyin açılışı NARGIS jurnalının onuncu ildönümünə təsadüf edirdi. Layihənin ideyası NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmuda məxsusdur.

Açılışda müxtəlif şirkətlərin nümayəndələri, bloggerlər, NARGIS jurnalının tərəfdaşları və dostları, böyüklər və uşaqlar iştirak ediblər. Zəncəfilli şirniyyat və Yeni il açıqcaları şəklində hədiyyələr tədbirin ab-havasına istilik və şənlik qatdı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Zəncəfilli şəhərciyin yaradılmasında ölkənin ən istedadlı şirniyyatçıları iştirak ediblər. İnstalyasiyanın yaradılmasında 35 kq un, 12 kq yağ, 180 ədəd yumurta, 20 kq bal, 4 kq zəncəfil, 2 kq hil, darçın və s. – cəmi 101 kq zəncəfilli xəmir istifadə olundu.
Zəncəfilli evlər, balaca adamlar və küknar ağacları, buz meydançası və dəmir yolu, günbəzin altındakı buludlar və şarlar həm böyükləri, həm də uşaqları sevindirdi. İnstalyasiyanın şüşə şarla əhatə olunmuş yuxarı hissəsini Milad ağacı bəzəyirdi. Tədbir canlı musiqi ilə müşayiət olunurdu.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

NARGIS komandası Mastercard şirkətinə, Bakı Limanına, “Azərbaycan Dəmir Yolları” QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, ABB, Chenot Palace Gabala otelinə, Coca-Cola Azərbaycan, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, Azerbaijan Marine and Engineering Consultants LLC, Veysəloğlu, Referans Medical Group şirkətlərinə, Oxbridge Akademiyasına, Yango şirkətinə, ALOE Pharm and Beauty apteklər şəbəkəsinə, Megastore supermarketlər şəbəkəsinə, Bakı Nəqliyyat Agentliyinə, Peugeot Azərbaycan şirkətinə, “Bakı Metropoliteni” QSC-yə, Baku Roses şirkətinə verdiyi dəstəyə görə öz minnətdarlığını bildirir.
Bu genişmiqyaslı layihənin həyata keçirilməsində və şəhərin maketinin formalaşmasında əvəzsiz yardım göstərən və tədbirə hazırlıq zamanı daim bizə məsləhət verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xüsusilə qeyd etmək istərdik.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Sərgi üçün yer ayırdığına görə Port Baku Mall ticarət mərkəzinə, instalyasiya üçün şüşə konstruksiyanın hazırlanmasına görə İGLOO Azərbaycana, instalyasiyanın yaradılmasında əvəzsiz töhfələrinə görə Le Plaisir qənnadı butikinə, maketin bədii dekorasiyasına görə Rəşad Ələkbərova və texniki dəstək üçün Məcid İsabalayevə xüsusi təşəkkürümüzü bildiririk.

Ekspozisiya QR kodlar ilə müşayiət olunur – onların köməyi ilə siz partnyorlarımızın internet saytına daxil olaraq onlar haqqında qısa məlumat əldə edə bilərsiniz. Sərgi 15 yanvar 2023-cü il tarixinədək açıq olacaq. Giriş sərbəstdir.