NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Dəb – dəbə və mükəmməlliyin nişanı

Qüsursuz zəriflik və bənzərsiz rahatlıq ənənəsini qoruyan əfsanəvi Britaniya brendi Rolls – Royce - Ghost Series II təqdim edib – güclü, sürücü yönümlü və zərif bir versiya olan Ghost, tarixdəki ən məşhur Rolls-Royce modelidir.

Ghost Rolls – Royce – un əsas avtomobillərindən biridir. İlk nəsil 2009 – cu ildə, tamamilə yeni müştəri kategoriyasının tələblərini qarşılamaq üçün yaradılmışdır. Bu prisipləri təkmilləşdirərək 2020 – ci ildə ikinci nəsil Ghost avtomobilləri təqdim edildi. Avtomobil dizaynının mahiyyəti peşəkarlıqda inanılmaz mürəkkəblik və gücü gizləyən sadəlikdir. Təqdim edildiyi dövrdə, o, V12 mühərrikinə malik, texnoloji cəhətdən ən təkmilləşdirilmiş Rolls – Royce idi.

Bu günədək, Ghost Series II, dünyanın ən dəb – dəbəli avtomobillərdən biri reputasiyasını qoruyub saxlayır. Yalnız ən möhtəşəm materiallar, ən yüksək keyfiyyət və təbii ki, detallara verilmiş xüsusi diqqət. Avtomobilin xarici görünüşü daha da gözəlləşdi - böyüdülmüş radiator qəfəsi daha da ifadəli olub, avtomobilin möhtəşəmliyini vurğulayır, bir az daralmış daha incə işıqlar və yeni LED elementləri isə daha çox zəriflik qatır. Arxa işıqlar Rolls-Royce Spectre modelindən ilhamlanmışdır - onlar avtomobilin bu hissəsini daha tanınan və ifadəli edən iki parlaq şaquli xətlə fərqlənir. Xarici dizayndakı dəyişikliklər arasında, doqquz milli blokları olan yeni 22 düymlük təkərlər diqqətə layiqdir. Onlar avtomobilə daha dinamik görünüş bəxş edir.

Avtomobilin interyeri sadəcə - möhtəşəmdir! Avtomobilin daxilində mərkəzi yeri en boyu uzanan şüşə panel tutur. Buraya sürücü üçün virtual alətlər, informasiya və əyləncə ekranı daxildir. Avtomobilin rəqəmsal ekosisteminin əsasını SPIRIT proqram təminatı təşkil edir. Bu, avomobilin əsas funksiyalarını özündə birləşdirən multifunksional interfeysdir. 18 səsucaldıcı və 1400 vatt güclü electron gücləndiriciyə malik audio sistemi, Ghost Series II-nin interyerini əsl konsert salonuna çevirir. Ghost Series II mühəndisləri, xairici səsin izolyasiya edilməsi üçün xüsusi materiallardan və texnologiyalardan istifadə edərək kənar səslərin azaldılmasına xüsusi diqqət yetiriblər. Nəticədə, siz Ghost – un içində olduğunuzda, hətta yüksək sürətlə hərəkət edən zaman yolun və küləyin səsini eşitmir və musiqidən zövq ala bilirsiniz. Ghost həmçinin "Placed Perforation" adlanan maraqlı bir daxili dizayn təklif edir; burada 107,000 perforasiya oturacaqlardan istifadə edilib və Rolls-Royce-un Goodwood-dakı qərargahının üzərindəki buludların formasını təqlid edir.

Rolls-Royce Ghost Series II kapotunun altına əfsanəvi 6.75 litrlik ikili turbo ilə təchiz edilmiş V12 mühərriki yerləşdirilmişdir. Şirkət öz prinsip və ənənələrinə sadiq qalır və Ghost – un hybrid və ya elektrik versiyalarını təklif etmir. Mühərrik 563 at gücünə malikdir, bu isə möhtəşəm ölçülərə baxmayaraq etibarlı şəkildə sürətlənməni təmin edir. 100 km / saat sürətlənmə cəmi 4.8 saniyə tələb edir. Maksimal sürət limiti 250 km / saatdır.

Və təbii ki, avtomobilin Rolls-Royce ilə sinonimləşmiş inanılmaz dərəcədə yumşaq və hamar sürüşə malikdir. “Planar Suspension” sistemi, yolun nahamarlıqlarına baxmayaraq sürüşü çox rahat edir və avtomobilin sanki asfalt üzərində axmasını hissini bəxş edir. Maraqlı faktdır ki, sistem xəritə və GPS – dən naviqasiya məlumatlarını alır, bu isə yolda sürücü və sərnişinlərə rahatlıq bəxş edir.

Daha çox güc və dinamiklik axtarışında olanlar üçün Rolls – Royce Qara Badge Ghost Series II modelini təqdim edir. Qara Badge – də mühərrik gücü 591 at gücü təşkil edir, sürətlər qutusu isə sürət və sürücülük ruhunu hiss etmək istəyənlər üçün daha sürətli və kəskin dəyişmə üçün tənzimlənib, rahatlıq bəxş edir. Rahatlıqdan söz açdıqda - Ghost II seriyasının unikallığını axtaran, amma istisna dəb – dəbə istəyən müştərilər, daha geniş interyerə malik Ghost Extended II seriyasına üstünlük verə bilərlər.

Rolls – Royce hər zaman fərdiliyə üstünlük verib. Bespoke xidməti sürücülərə tamamilə öz zövqləri və istəklərinə uyğun avtomobil yaratmağa imkan verir. 44000 – dən çox rəng və interyer üçün özünəməxsus metarialların seçimi sərhədsizdir. Müştərilərə avtomobili həqiqi bir incəsənət əsərinə çevirmək və onu öz vizyonlarına uyğun yaratmaq üçün tam azadlıq verilir.

Doğrudan da, bu, çox da uzaq bir həqiqət deyil – hər bir Rolls-Royce, şübhəsiz ki, avtomobil sənətinin bir şah əsəridir!