“Visa” şirkəti “WoWoman” və “Nargis” jurnalının tərəfdaşlığı ilə “She's next” qlobal kampaniyası çərçivəsində Azәrbaycanda qadın sahibkarlar üçün ödәnişsiz onlayn tәhsil proqramına start verir.
Qlobal təşəbbüs kiçik biznes sahibələri və öz işini açmağı planlaşdıran xanımlar üçün nəzərdə tutulur. Bu proqram, biznesin planlaşdırılması və hüquqi aspektlərindən tutmuş marketinq və işçi heyətinin idarə edilməsinədək müxtəlif sahələrdə qadın sahibkarların bilik və bacarıqlarını artırmağa yönəlir.
Proqram çərçivəsində təşkil olunacaq 8 vebinarda tanınmış sahibkarlar və biznes təlimçiləri nəzəri və praktiki biliklәrini paylaşacaq, öz təcrübələrini bölüşəcək, çətinliklər və onların öhdəsindən gəlmək yolları haqda danışacaqlar, bu da sizə oxşar səhvləri etməməyə kömək edəcək, eləcə də sizi biznes layihələrinizdə ən cəsarətli addımlar atmağa ruhlandıracaq.
Arzu edən hər kəs proqramda iştirak etməyə dəvət olunur!
Vebinarın cədvəli və mövzuları:
Biznesin başlanğıcında qorxu hissinə necə güc gələk 24.04
Fandreyzinq: biznesi açmaq üçün vəsaiti haradan cəlb edək 01.05
Danışıqların aparılması qaydaları və özünə güvənin açarı 08.05
Onlayn məkanda biznesi necə inkişaf edək 15.05
Rəqəmsal marketinq və sosial şəbəkələr 22.05
İşgüzar fəaliyyətin hüquqi aspektləri 29.05
Böhran zamanı necə hərəkət edək 05.06
Emosional zəka – komandanın idarə edilməsində uğur amili 12.06
Proqramda iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək və qapalı Facebook qrupuna daxil olmaq lazımdır.
Qeydiyyat üçün keçid: https://bit.ly/shesnextregister
Facebook qrupuna keçid: http://bit.ly/shesnextazgroup
Keçirilmә formatı:
● 24 aprel – 12 iyun tarixləri arasında 8 vebinar;
● hər bir vebinarın müddəti: 2 saatadək;
● vebinarlar ZOOM platforması vasitəsilə keçirilir;
● vebinarlara qoşulmaq üçün keçidlər sizin qeydiyyat zamanı göstərilmiş elektron poçt ünvanına göndəriləcək.
Proqram çərçivəsində nәlәri әldә edәcәksiniz:
● nəzəri biliklər və ekspertlərin real təcrübəsini əks etdirən praktiki misallar ilə dolğun 8 pulsuz təlim vebinarı;
● hər bir vebinar daxilində “sual-cavab” sessiyası zamanı ekspertlərə öz biznes ideyanız haqqında suallar vermək imkanı
● vebinarların video yazılarına təkrar baxmaq imkanı;
● təşəbbüskar sahibkar xanımlarla tanışlıq sizin üçün ilham, motivasiya və gələcək üçün faydalı əlaqələr mənbəyi olacaq;
● proqramın uğurla başa vurulması barədə sertifikat.
Qlobal təşəbbüs çərçivəsində Nargis və Visa şirkəti güclü qadınların uğur və ilhamlandırıcı hekayələrini paylaşacaq. Biz də hər kəsi #ShesNextbyVisa həşteqi altında öz hekayələrinizi bizimlə bölüşməyə dəvət edirik.