NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Seaya: Azərbaycanda ilk milli rezervasiya xidməti

2023-cü ildə Azərbaycan, Sea Breeze Resort-un yer aldığı ilk yerli onlayn daşınmaz əmlak icarəsi xidmətinin istifadəyə verilməsinin şahidi oldu. Bu xidmət, istirahət şəhərində öz texnologiyalarını effektiv şəkildə sınayıb tətbiq edərək qısa zaman ərzində məşhurlaşdı.

Yayadək Seaya.az ölkənin kirayə əmlak bazarında öz işlərini genişləndirməyə başladı. Hal – hazırda, Bakıda və Azərbaycanın digər görməli yerlərində rahatlıqla əmlak tapmaq və rezervasiya etmək mümkündür.
Yerli mütəxəssislərdən və qlobal təcrübəyə malik yüksək ixtisaslı kadrlardan ibarət dinamik Azərbaycan komandası, bu müfəssəl həll yolunu bütün otelçilik sektoru üçün işləyib hazırlanmışdır. Seaya komandası öz böyük təcrübəsinə əsaslanaraq yerli xüsusiyyətləri beynəlxalq auditoriyaya çatdıran və bu yolda bütün yerli tələbləri ödəyən üstün rezervasiya xidməti yaratmışdır.

Sürətli texnoloji inkişaf dövründə, əlverişlik və rahatlığın hər şeydən üstün olduğu zamanda, Seaya.az yeni yanaşma təqdim etdi. Platforma həm professionallar, həm də həvəskarlar üçün əmlakın idarə edilməsi alətlərinə malik mərkəzləşmiş onlayn rezervasiya xidmətini özündə ehtiva edir. Bu cür yenilik, səyahəti daha asan və etibarlı edərək, Azərbaycan turizmində inqilabın yaranmasını vəd edir.

Qlobal trendlərlə ayaqlaşan Seaya.az qonaqlara və sakinlərə yüksək keyfiyyətli və rahat bir - başa rezervasiya vasitəsi təqdim etmək məqsədi daşıyır. Əmlak sahibləri üçün bu alət, müştəri bazasının genişləndirilməsinə və əmlak və gəlirlərinin effektiv idarə edilməsinə şərit yaradır.

Seaya.az - ı təsisat komandası fəal şəkildə bütün ölkəni öz platforması çərçivəsində inteqrasiya edir. Eyni zamanda, onlar, milli kirayə biznesini növbəti səviyyəyə qaldırmaq üçün təkmilləşdirmələr və yeni texnoloji həllər üzərində işləyirlər. Onların həvəsi və mükəmməlliyə sadiqliyi Azərbaycanda turizm təcrübələri üçün parlaq gələcək vəd edir.

Seaya.az texnologiyanın ənənə ilə qovuşduğu və keyfiyyətin standarta çevrildiyi yerdir.