
Kamilla Məmmədzadə hələ 15 yaşı olmasına baxmayaraq, musiqidə, dəbdə və təhsildə bir sıra uğurlara imza atıb. O, ölkəmizi nüfuzlu beynəlxalq səhnələrdə təmsil edir və, parlaq çıxışları ilə izləyiciləri valeh edərək artıq bir çox mükafata layiq görülüb. Bu müsahibədə biz onun yolu və uğurlarına ilham verən həvəsi haqqında danışacayıq.
“Kamilla by Yes Couture” brendinin yaradarkən ilham mənbəyiniz nə olub?
“Kamilla by Yes Couture” brendi uşaq yaşlarımdan dəbə qarşı olan həvəsimin və Yes Couture ilə olan əməkdaşlığımın nəticəsidir. Dəb dünyası uşaqlıdan məni məftun edirdi və mən, dizayn və moda nümayişlərində aktiv iştirak edirdim. Ən böyük arzum öz şəxsi brendimi yaratmaq idi. Bu xəyalımı gerçəkləşdirmək üçün Yes Couture komandasına qoşuldum və biz, birlikdə bu brendin əsasını qoyduq. Mənə göstəridiyi dəyərli dəstəyə görə Yes Couture təsisçisi Yeganə Sadixovaya, xüsusən minnətdaram.
Dəb sahəsində gələcək əməkdaşlıq planlarınız varmı?
Planlarıma qlobal miqyasda tanınan brendlərlə və moda dünyasının nüfuzlu simaları ilə əməkdaşlıq daxildir. Əsərlərimi beynəlxalq səviyyədə təqdim etməyi arzulayıram. Əsas məqsədlərimdən biri, Kann Film Festivalı, Qızıl Qlobus Mükafatları və Venesiya Film Festivalı kimi nüfuzlu tədbirlərdə tanınmış şəxslərin bizim dizaynlarımızı geyindiyini görməkdir.
Bu yaxınlarda, Dubayda keçirilmiş “Global Miss Union” tədbirində Grand Prix qalibi olmuşdunuz. Bu nailiyyətiniz karyeranıza və modaya yanaşma tərzinizə necə təsir edib?
“Global Miss Union” tədbirində Grand Prix qalibi olmağım möhtəşəm uğur və böyük ilham mənbəyim olmuşdur. Bu mükafat mənə irəliləmək və yeni layihələrdə iştirak etmək üçün motivasiya verdi. Gələcəkdə, daha böyük dəb və musiqi layihələrində iştirak etməyi və Azərbaycanı beynəlxalq platformalarda təmsil etməyi planlaşdırıram.
Owlypia Beynəlxalq Müsabiqəsində iştirakınız yaradıcılıq və intellektual inkişafla bağlı baxışlarınızı necə formalaşdırdı?
Kembricdə keçirilmiş Owlypia Beynəlxalq Müsabiqəsində iki gümüş medal qazanmağım və Azərbaycanı təmsil etməyim mötəbər təcrübə olmuşdur. Bu təcrübə yaradıcılıq və intellektual inkişafın nə qədər vacib olduğunu bir daha göstərdi. Uğurun yalnız moda və musiqi sahəsi ilə məhdudlaşmadığını, akademik sahədə də zirvəyə çata biləcəyimi sübut etdi. Gələcəkdə həm moda, həm də təhsil sahəsində daha böyük nailiyyətlər qazanmağı, bilik və bacarıqlarımı daim genişləndirməyi qarşıma məqsəd qoymuşam.
Beynəlxalq musiqiçilər tərəfindən bəstələnmiş mahnıları ifa etmək təcrübəniz haqqında danışa bilərsinizmi?
Mən musiqi və dəb sahəsini aktiv şəkildə təqib edir, bununla yanaşı hər iki sahədə təhsilimi davam etdirirəm. Əsasən, beynəlxalq musiqiçilər tərəfindən bəstələnmiş mahnıları ifa edirəm, bunların bir çoxunu YouTube kanalımda (Kamilla Mamedzade) tapa bilərsiniz. Həmçinin, Azərbaycanın xalq artisti Fidan Haciyevanın rəhbərliyi altında opera dərsləri alıram.
Musiqi karyeram 2017 – ci ildə uşaqlar arasında keçirilən ən yaxşı model müsabiqəsində “Princessa” mükafatını qazanmağımla başladı. İki il sonra, 2019 – cu ildə özümün “Helping You” mahnımı təqdim edərək musiqi dünyasında debüt etdim.
Eyni ildə Zima layihəsi çərçivəsində Heydər Əliyev Sarayında keçirilmiş uşaq musiqi festivalında həmkarımla “Meduza” mahnısını ifa etmişdik. 2021 – ci ildə “Golden Palm Awards” tərəfindən verilən "Professional Child Singer" mükafatına layiq görülmüşəm, eyni ildə Türkiyədə “Ən yaxşı uşaq ifaçı” nominasiyasında qalib olmuşam. Mənə 'Uğurlu Uşaq Müğənnisi' mükafatı təqdim olundu, bu mükafat Global Woman Awards tərəfindən təqdim edilmişdi. Həmin il başqa bir mühüm nailiyyət də qazandım – Expo 2020 Dubay sərgisi çərçivəsində keçirilən beynəlxalq mədəniyyət və istedad festivalında birinci oldum. Mənim yolum 2023-cü ildə 'Ən Yaxşı Uşaq Müğənnisi' mükafatını Golden People Awards tərəfindən aldıqdan sonra davam etdi. 2024-cü ildə isə 'Ən Yaxşı Uşaq Müğənnisi' mükafatını Millionaire Concept tərəfindən qazandım.
Musiqi karyeranızı dəb və akademik işlərinizlə necə balanslaşdırırsınız?
Mənim üçün dəb və musiqi bir – birini mükəmməl şəkildə tamamlayan iki incəsənət sahəsidir. Bundan başqa, hər iki sahədə effektiv fəaliyyət göstərmək üçün zamanımı doğru idarə etməyə çalışıram. 2021 – ci ildə, Neva Fashion – da "Kamilla’s Magic World" adlı dəb nümayişim oldu. Sonradan, eyni ildə Antalyada keçirilmiş Golden Star Kids müsabiqəsində əsas mükafata layiq görüldüm. Həmin il, Zəfər günü münsaibəti ilə vətənpərvətlik simvoluna çevrilmiş “Xarı bül - bül” və “Azərbaycan Türkiyə” mahnılarını ifa etdim.
Gələcəkdə dəb dizayneri olmaqla yanaşı daha böyük musiqi layihələrində iştirak etməyi planlaşdırıram.
22 Fevral tarixində, Bakıda Simurq Akademiyasında iki dəb nümayişi keçirmisiniz. Bu gecənin ən yaddaqalan anları hansılar olub?
Bu təbdir mənim üçün xüsusilə əlamətdar idi, çünki bu, dəb sahəsində təhsilimi davam etdirərkən təşkil etdiyim ilk böyük dəb nümayişi idi. Mən iki müxtəlif şou təşkil etdim. Şouda çoxlu sayda müxtəlif qonaqlar iştirak etdiyindən təşkilati işlər böyük məsuliyyət tələb edirdi. Tədbirin ən yadda qalan anlarından dəb və sənətin vəhdəti olan, şou və rəqs performasını deyə bilərəm. Bu təcəssüm tamaşçılar tərəfindən yüksək dəyərləndirildi və tədbir böyük uğurla sonlandı. Mən, həmçinin, SIMOORG akademiyasının rəhbəri və təsisçisi Hədiyə Talıbovaya bu cür möhtəşəm təbdirim təşkil edilməsinə görə böyük minnətdarlığımı bildirmək istəyirəm.
Əldə etdiyiniz nailiyyətlərinizə nəzər salaraq, cari layiləriniz haqqında və yaxın gələcək üçün olan planlarınız haqqında məlumat verə bilərsinizmi?
Mən beynəlxalq səviyyədə həm moda, həm də musiqi sahələrində daha böyük uğurlar əldə etmək və öz üzərimdə çalışmaq üçün daim səy göstərirəm. Ən böyük məqsədim, Azərbaycana dünya səhnəsində təmsil edəcək unikal layihələr hazırlamaq və uzunmüddətli, yaddaqalan təsir buraxmaqdır.
Əsas hədəflərimdən biri beynəlxalq moda həftələrində iştirak etməkdir. Paris, London və digər əsas moda paytaxtlarında kolleksiyalarımı təqdim etməyi planlaşdırıram. Bundan əlavə, 8-10 aprel tarixlərində Qətər, Dohada keçiriləcək moda tədbirində iştirak etməyi nəzərdə tuturam. Sonra, 28 may - 4 iyun tarixlərində SIMOORG Academy və ClassA Fashion School tərəfindən təşkil edilən MILAN’25 beynəlxalq moda sertifikat proqramına qatılacağam.