İşıq sferası
Bu planetdə var olmaq üçün, 8,14 milyard insan içindən iki insanın — valideynlərinizin — bir-birini tapması lazım idi.
Valideynlərinizin valideynləri də bir-birini tapmalı idi (nənə və babalarınız) — və bu, sizdən əvvəl yaşamış hər kəsi əhatə edir. Nə qədər nəsillər, talelər və xarakterlər bu dünyada yaşayıb, yolları kəsişib ki, bu gün siz mövcud olasınız. Siz bir möcüzəsiniz, magiyanın mövcud olduğunun sübutusunuz: ruhunuz işıqdan bir top kimidir, tıpkı hər bir insanın ruhu kimi. Həmişə, həmişə xatırlayın ki, siz nə birindən üstün, nə də aşağısınız. Günəşi görə bildiyiniz, küləyi hiss edə bildiyiniz üçün içinizdə dərin bir minnətdarlıq hissi yaşayın. Kim olmaqlarından asılı olmayaraq, bütün əcdadlarınızı sevin və hörmət edin — hər biri sizin içinizdə yaşayır. Və ən sonda — bacardığınızın ən yaxşısını verin, həyatın sizə verdiklərini qəbul edin və yaşaya bildiyiniz qədər dolu yaşayın.
Ülviyyə Mahmud


