NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Red Club x Cartier 2023 Gənc Lider Mükafatı (Young Leader Award 2023) üçün qeydiyyatı açıq elan etdi

Red Club x Cartier məmnuniyyətlə elan edir: 18 oktyabr 2022-ci il - 31 yanvar 2023-cü il tarixləri arasında keçiriləcək 2023 Lider Mükafatı (Young Leader Award 2023) üçün müraciətlər qəbul edilir.

Hər il keçirilən beynəlxalq Gənc Lider Mükafatı proqramı RED CLUB x Cartier qlobal sahibkarlar birliyi tərəfindən 2021-ci ildə yaradılmışdır və yarandığı gündən bir məqsədi vardır - gənc sahibkarların sosial əhəmiyyətli təşəbbüslərini dəstəkləmək. Bu ilin əsas mövzusu “Bettering lives” - həyatın yaxşılaşdırılması - daha əlçatan, inklüziv və effektiv səhiyyə təmin edə biləcək həllər tapmaq məqsədi daşıyır.


RED CLUB x Cartier unikal cəmiyyəti bütün dünyada qlobal düşüncəli və sosial məsuliyyətli sahibkarları bir araya gətirir. Əvvəlcə Paris, Milan və Londonu əhatə edən cəmiyyət 2021-ci ildə Moskva və Tokioya qədər genişləndi, 2022-ci ildə Sidney, Barselona, Sinqapur, Dubay, Taybey və Şimali Amerika da ona qoşuldu.


2023-cü ilin aprelində mükafata layiq dörd iddiaçının adı məlum olacaq, qalib isə gələn ilin iyununda Nyu-Yorkda keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək. Qalib 50.000 avro qrant və layihə üçün geniş miqyaslı PR dəstəyi alacaq.

O, mükafatın tərəfdaşları olan Corctaun və Hovard Universitetlərindən fərdi mentorluq proqramını, həmçinin RED CLUB x Cartier-dən xüsusi təlim və mentorluq sessiyalarını tamamlaya biləcək. Digər iştirakçılar 10 000 avro mükafat alacaqlar.


İştirakçılar üçün tələblər:
-Namizədin yaşı: 20-40 yaş.
-Ərizənin təşəbbüskarı - impakt-biznes/qeyri-kommersiya təşkilatında lider mövqe tutan təsisçisi və ya sahibi.
-İddiaçının qurumunun əsas məqsədi – fiziki və psixi sağlamlıq problemlərinin həlli, əhalinin diqqətdən kənarda qalmış qruplarının tibbi yardıma çıxış imkanlarının genişləndirilməsi.
-Şirkətin inkişafı və böyüməsinin ilkin mərhələsi: 1 ildən 7 ilə qədər lisenziyalı/qeydiyyatdan keçmiş fəaliyyət.
-Məhsulun/xidmətin yaradılmasından bəri ən azı 5000 son istifadəçi.
-Xarici maliyyələşdirmə - 1 milyon dollardan az olmamalıdır.
-İngilis dili biliyi səviyyəsi B2-dən aşağı olmamalıdır.


İştirak etmək üçün bu linkə daxil olaraq müraciət edə bilərsiniz: https://apply.redclubcartier.com/submit


Ətraflı məlumatı bu linklərdən ala bilərsiniz: RED CLUB x Cartier и Cartier Women’s Initiative