Artıq 55 ildir ki, amerikalı aktrisa Meril Strip Kann Film Festivalında iştirak edir. Bu il, Fransız Rivierası - Côte d'Azurda iştirak etməsinin xüsusi səbəbi var idi: o, parlaq karyerasına görə Qızıl Palma budağına layiq görülmüşdür. Son 50 ildə, Meril Strip saysız -hesabsız mükafatlar əldə etmişdi. 21 dəfə “Oskar” mükafatı laureatı olmuş və üç dəfə bu möhtəşəm heykəlciyi əldə etmişdir. Amerika Film İnstitutunun tarixi boyunca, Oskar mükafatlarının sayına görə yalnız Katharine Hepburn Meril Stripi qabaqlaya bilib. Hepburn artıq həyatda deyil, ona görə də Srtip onun rekordunu yeniləyə bilər. Yeri gəlmişkən, digər mükafatlarda Stripin rəqibi yoxdur: o 33 Qızıl Qlobus nominasiyasına layiq görülmüş, onlardan 8 – ni və həmçinin, fəxri Cecil B.DeMille Award mükafatını qazanmışdır. Bundan başqa, o, beynəlxalq film festivallarında bir sıra mükafatlar almışdır.
Meril, bu illər ərzində, Kann Film Festivalında Palme d'Or – a layiq görülmüsünüz. Bu cür məşhurluq sizin üçün hansı mənanı kəsb edir?
Bu mükafata artıq layiq görülmüş şəxslərin yanında dayanaraq mən, qürur, təvəzökarlıq və böyük həyəcan hissləri keçirirəm. Festivalın açılışı zamanı mən ən müxtəlif emosiyalar yaşamışdım: sevinc və kədər, nortalji və minnətdarlıq. Festivalın açılış mərasimində böyük ekranlarda öz filmlərindən hissələr, özünü 20, 30, 40, 50 yaşlarında və beləliklə bu gün gəlib çıxdığım günədək görən zaman göz yaşlarımı tutmaq çətin oldu. Tamaşaçılarının göz yaşları isə məni daha da kövrəltdi. Mükafatlar – mənim üçün böyük şərəfdir və mən işimə verilən bu cür yüksək dəyərdən dolayı minnətdaram. Lakin mənim üçün sevdiyim işlə məşğul olmaq və tamaşaçıları sevindirmək bundan da vacibdir.
Bu cür hərtərəfli aktrisa olmağa necə müvəffəq olursunuz?
Hər zaman özümə meydan oxumağa çalışıram, bu isə bir rolda ilişib qalmamaq deməkdir. “Dəmir ledi” – də Marqaret Tetçer və “Meşənin dərinliklərində” – də ifritə rolunu oynamaq – bir aktrisa kimi inkişaf üçün tamamilə fərqli tərcübələrdir. Demək olar ki, yarım əsrdir ki, ekranlara çıxaraq özümü və başqalarını bezdirməmək üçün daim öz üzərimdə işləməli oluram.
Böyük ekranda ilk uğurunuz 1978 – ci ildə Robert De Niro ilə birlikdə rol aldığınız “Maral ovçusu” filmi ilə oldu...
Bu, həyatımın ən gözəl zamanlarından biri idi. Personaja daha da dərinlik vermək üçün, öz rolumun replikalarını özüm yazmışdım. O zamanlar, aktrisalar çox da söz demək ixtiyarına malik deyildilər. Ssenaridə dəyişikliklərin edilməsinə təkid etmək haqqında isə söz də gedə bilməzdi. Eyni zamanda, mənim üçün öz aktryor müstəqilliyimi nümayiş etdirmək çox vacib idi. Mən hər zaman hesab etmişəm ki, öz həqiqiliyi və çətinliklərinə baxmayaraq, qadın hekayələri kişi qəhrəmanlıq hekayələri qədər diqqətə layiqdir. Bu gün qadınlar, kinematoqrafiyanın diqqət mərkəzindədir, onlara bir çox filmlər həsr edilir. O zamanlar isə, hər şey super ulduz – kişilərin ətrafında dönür, qadınlar isə yalnız ikinci dərəcəli rollarda oynayırdılar. Filmlər kişilər tərəfindən çəkilir, bu isə, onların istəkləri, məqsədləri və perspektivlərini əks etdirirdi. “İblis Prada geyinir” filmində Miranda Pristli rolunu canlandırarkən, ilk dəfə özümü kişilərlə bərabər hiss etdim. Mənim üçün kino – hər şeydən öncə magiyadır. Həyatımı sehrili kino aləmində yaşadığıma və onun yaradılmasında tövhələr verdiyimə görə taleyimə minnətdaram.
Əksər tamaşaçılar sizi əfsənəvi “Afrikadan” filmindən tanıyır.Bu film, ən yaxşı qadın rolu daxil olmaqla 11 “Oskar” mükafatına layiq görülmüşdür. Bu filmdən ən sevdiyiniz parçalar hansılardır?
Bu möhtəşəm epopeya idi və Sidni Pollak – iş birliyinə hər zamana razı olduğum rejissordur – nə istədiyini, hara getdiyini və layihənin uğurlu olması üçün nələrin lazım olduğunu dəqiq bilən təcrübəli ustaddır. Xatırlayıram ki, biz Afrikada səyahət etdikdə, bizi, begemot kimi mütəlif təhlükəli vəhşi heyvanlarla rastlaşa biləcəyimiz haqqında xəbərdarlıq etmişdilər. Afrikada aslanlar da yaşayır, lakin yerli qanunvericilik onları film çəkilişində istifadə etməyi qadağan edir, bu səbəbdən də bizim aslanlar Kaliforniyadan gətirilmişdir. Aslanla çəkilən səhnələr zamanı mənə xəbərdarlıq etmişdilər ki, heyvan bağlı olacaqdır. Lakin son dubl zamanı, o gözlənilməz şəkildə çıxdı və mənə həddindən artıq yaxınlaşdı. Bu məni şoka salmışdı – rejissor isə məhz bu səhnəni ədəbiləşdirmək istəyirdi.
"The Devil wears Prada", 2006
Məsələn “Zülmətdə bir çığırtı” filmindəki personajınız kimi, bir neçə çox dərdli rolların öhdəsindən gəlmisiniz. Bu cür mürəkkəb obrazları ifa etmək üçün necə hazırlaşırsınız?
Uşaq ölümündə günahlandırılan ana obrazını yaradaraq mən, personajın psixikasının dərinliyinə vardım və onun vəziyyətinin nüanslarını anladım. Bu cür rollarada mən, adətən ən tənha və müdafiəsiz anlarda qəhrəmanlarımın kövrək tərəflərini araşdırmağa çalışıram. Bu cür yanaşma onların gələcək fəaliyyətlərinə bəraət qazandırmağıma, onların motivləri və sadə xeyir və şər kateqoriyalarına meydan oxuyan mürəkkəb insanlıq naturasını anlamağıma kömək edir. Bu rol mənə 1989 -cu ildə Kann Film Festivalında Ən Yaşı Qadın Rolu mükafatı qazandırdı. Sonradan, qorxulu adlarına rəğmən “Dibsizliyin uçurumundan açıqcalar” və “Ölüm ona yaraşır” kimi komediyaları seçdim. Bu dəyişikliyi qəsdən etdim. Drama kimi komediya da öz problemlərini irəli sürür, lakin komediyalar qadınlar haqqıda olan stereotiplərə meydan oxumağıma və qadınların da kişilər kimi yumoristik, qeyri – adi və çox tərəfli olduğunu göstərməyimə imkan verdi.
“İblis Prada geyinir” filmindən Miranda və “Mamma Mia!” filmindən Donna kimi personajlarda sizi nə cəlb etdi?
Dəb jurnalının dominant redaktoru rolunu ifa etmək inanılmaz dərəcədə xoş idi. Lakin, mən düşünmürəm ki, hər kəs Miranda Pristlinin xasiyyətini anlayıb. Bir çoxları onu kəskin hesab edirdi. Bu bir təzad olsa da, insanlar adətən inadkar qadınları sevmir. Çox az insan onun həqiqi vəziyyəti, üzərinə düşən məsuliyyət, mövcud maliyyə məsələləri haqqında verməli olan qərarlar barədə düşünür. Bir yanlış addım hər şeyi təhlükə altına sala bilər. Söhbət yalnız onun işi və statusundan getmir. Bu cür qadını soyuq və daş qəlbli adlandırmaq asandır, lakin onun rolunun incəliklərini və üzləşdiyi çətinlikləri anlamaq daha çətindir. “Mamma Mia!” – dakı Donnaya gəldik də isə, mənim öncəki rolumu nəzərə alaraq bu personajın mənə təklif edilməsi çox təəcübverici oldu. Burada taleyimi gördüm, belə ki, mən hər zaman müğənni olmaq istəmişdim, baxmayaraq ki, heç vaxt bununla professional olaraq məşğul olmamışam. Bu rol sayəsində tamaşaçılar qarşısında “The Winner Takes It All” mahnısını ifa etmək imkanım oldu və beləliklə, öz əzəli arzumu yerinə yetirdim. İnana bilmirdim ki, əyləncəm üçün mənə ödəniş edilirdi. Rol seçərkən, insanlığın müxtəlif sərhədlərinə qərq olmaq istəyimə əsaslanıram.
Müsahibələrinizdə tez – tez gənc ikən xarici görünüşünüzdən narahatlığınızı vurğulayırsınız...
Məktəbdə oxuyarkən özümü qətiyyətsiz və görkəmsiz hesab edirdim. Böyüküdən sonra da bu məni tərk etməmişdi. Bunu ən çox prodüser Dino De Laurentislə görüşdə hiss etmişdim. Onun oğlu, atasının “Kinq - Konq” filmində çəkilməyimi istəyirdi. Prodüserin Manhettanda yerləşən ofisində görüş zamanı De Laurentis mənə baxdı və italyanca dedi: “Necə də çirkindir!”. O düşünürdü ki, mən anlamayacam. Cavabında isə, mən həmin dildə, ona, onu məyus etdiyimə görə təəssüfləndiyimi bildirdim. Bu an mənim üçün dönüş nöqtəsi oldu – mən anladım ki, mən hər zaman özümü müdafiə edə bilərəm və edəcəm də. Gənc ikən burnumdan çox utanırdım, lakin sonralar heç vaxt əməliyyat etməyəcəyimə və rejissorlara öz filmlərində mənim üçün ən yaxşı rakursları tapmağa imkan verəcəyimə qərar verdim.
Xarici görünüşünüzdən narahatlığınıza rəğmən, nə sizi aktryorluq sənətini seçmənizə vadar etdi?
Məktəbin son siniflərində aldığım teatr dərsləri, mənim özümə əminliyimi əsaslı şəkildə artırdı. Yel drama məktəbinə qəbul olduqda, hüquq sahəsinə keçməyi planlaşdırırdım. Xoşbəxtlikdən hüquq sahəsinə sənədlərimi verməyə gecikdim deyə, təhsilimi aktyorluq məktəbində davam etdirməli oldum. İşlərin belə getməsi daha da yaxşı oldu, çünki bir müddət sonra Robert De Niro və Con Kazale kimi aktyorlarla işləmək imkanım oldu.
Bir dəfə siz, qorxunun insanlar üçün ən böyük motivasiya olduğunu demişdiniz. Siz nədən qorxursunuz?
Qorxu özünü qoruma instinktinin inkişaf etdirilməsinə kömək edir. Lakin aktyor hər zaman karyerasının bitəcəyi anı gözləyir. Bu cür hallar, siz gənc ikən masanızda pis ssenarilər olduqda da ola bilər. Siz bu ssenariləri oxuyursunuz və düşünürsünüz: “Başqa heçnə təklif etməyəcəklər deyə, görəsən bu rolları oynamalı olacam?” Çox vaxt düşünürlər ki, aktrisanın qırx yaşı tamam olduqdan sonra o daha çox çətinliklərlə üzləşir. Qırx yaşını keçmiş qadınlar adətən biçimsiz qoca rollarında oynayırlar. Qırx yaşım tamam olanda, mən də hüznə qərq oldum. O zamanlar mənə ifritə rolunu ifa etməli olduğum üç layihə təklif olunduğunu xatırlayıram. Düşündüm: “Budur! Hər şey bitdi!” Amma elə deyil, hər şey hələ də davam edir.
Hər bir rol yeni hekayələr anlatmaq və tamaşaçılarla əlaqə qurmağın unikal yoludur.
"Mamma Mia!", 2008
- Valideynləri, onun adını anası və nənəsinin şərəfinə Maria Louise qoymuşdular. Bu iki adın birləşməsi “Meril” adını əmələ gətirmişdir. Atası onu bu adla çağırmağı sevirdi.
- 12 yaşından başlayaraq, Srtip, ABŞ – ın ən yaxşı müəllimlərindən biri olan Estelle Liebling ilə vokal dərsləri almağa başladı. O opera müğənnisi olmaq istəyirdi.
- Bernards Məktəbində təhsil alarkən, o, Mountaineer – lərin cheerleader – i olmuş və son sinifdə buraxılış gecəsinin kraliçası tituluna layiq görülmüşdür.
- Universtitet illərinin sonunda gələcək ulduz, Çexov, Şekspir, Strindbeq və Şou – nun əsərləri də daxil olmaqla 40 – dan artıq əsas rol ifa etmişdir.
- İlk film debütü 1977 – ci ildə “Yulia” filmində olmuşdur.
- 2014 – cü ildə Louell – də Massaçusets Universtitetində iki stipendiya təsis etdi: İngilis dili əsaslı ixtisaslar üçün Meril Strip tərəfindən bəxş edilmiş stipendiya və onun Vassardakı otaq yoldaşının şəfərinə adlandırılmış riyaziyyat əsaslı ixtisaslar üçün Joan Hertzberg stipendiyası.
- 1978 – ci ildə o, heykəltəraş Don Qrummer ilə ailə həyatı qurdu.
- Don və Merilin 4 övladı var: Henri (1979), Meri “Mamie” (1983), Qreys (1986) və Luiza (1991). Onlar övladlarını paparazzilərdən gizlədirdilər. Ötən ilin oktyabrında cütlük, altı il bundan öncə rəsmi olaraq ayrıldıqlarını etiraf etdi.