NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Özünü qəbul et!

Saat - OMEGA, DE VILLE TRÉSOR kolleksiyası
@​​​glampire_baku

İstənilən duyğu, əgər səmimidirsə, qeyri-ixtiyaridir.


Mark Tven

Çoxumuz uşaqlıqdan təbii mənfi emosiyalarımızı görməzlikdən gəlməyi, gizlətməyi və onları boğmağı öyrədildiyimizi xatırlayırıq. Yaşadığımız bu hisslərin pis olduğunu və bizi də pis etdiyini, onlardan utanmağı və onların üzə çıxmasına izn verməməyimizi deyirdilər. Axı necə?


Buna dəyərmi? Biz öz hisslərimizi artıq uşaqlıqdan iqnor etməyi, onların varlığını inkar etməyi öyrənirik, çünki bizi bu cür proqramlaşdırırlar: müsbət olmayan hər bir şeyi biruzə verməyin ayıb olduğunu aşılayıblar. Amma məhz bu emosiyalar çox güclü olurlar, düşündüyümüzdən daha güclü. Bizi nə qədər çəkindirsələr də, onlar üzə çıxmağa, özlərini bəyan etməyə can atırlar. Çox vaxt bu və ya digər formada özlərini göstərərək qalib gəlirlər. Bəzən sağlam, bəzən isə sağlam olmayan, hətta zəhərli formada.

Öz emosiyalarını dərk etmək və idarə etmək – ən vacib bacarıqlardan biridir, bunu özümüz də bilməliyik, uşaqlarımıza da öyrətməliyik. Eqonuzu basdıraraq əsl problemlərinizi görə bilsəniz və hisslərinizi ifadə edə bilsəniz, desəniz ki: «Mən bunu hiss edirəm, xeyr, bundan utanmıram, bu vəziyyətimi dəyişməyə çalışacağam, amma bu mənim içimdədir və bu – mənim bir hissəmdir, sakitləşib qəbul edə bilsəniz, o zaman “o”nu qəbul etdiyimiz üçün içimizdə böyüməsi öz-özünə dayanacaq. Bu sizin davranışınızı dəyişəcək, həyatda uğur qazana biləcəksiniz, ətraf mühitlə sağlam münasibət quracaqsınız, neqativ nəticələrdən qaçınaraq disbalansın və daxili problemlərin öhdəsindən gələ biləcəksiniz.

İstənilən güclü emosiya hərəkətə keçmə şansımızı artırır. Qəzəb qəlbinizdə yığılan hər şeyi səmimiyyətlə söyləməyə məcbur edəcək. Qorxu sizə təhlükədən qaçmağı və “özünə zərər vermə” funksiyasını açaraq vəziyyətdən çıxmağı öyrədəcək. Və nəhayət, sevgi yeni hər şeyin mənbəyidir, hətta özünüzün də…

Hansısa güclü hissi yaşamış insanın gözümüzün önündə necə gözəlləşdiyini və daha da cavanlaşdığını görmək heyrətamiz deyilmi? Bununla təbiət bizə insanın öz emosiyalarından enerji alaraq hiss edə, inkişaf edə bildiyini və etməli olduğunu, bunun uzun sürən gəncliyə, uğura aparan yol olduğunu göstərir.

Ülviyyə Mahmud,
Baş redaktor