NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Презентация коллекции Lalique “Empreinte Animale”

“Lalique”in "Empreinte Animale" kolleksiyasının təqdimatının qısa icmalı.

Fransanın “Lalique” brendi tərəfindən təmsil olunan “İtaldizain” İçərişəhərin tarixi hissəsində yerləşən “Baku Photography” məkanında təqdimat mərasimi keçirib. Tədbirdə bir sıra nəfis əl işi, kristal qab-qacaq və dekorasiyadan ibarət “Empreinte Animale” kolleksiyası nümayiş etdirilib.
Qala gecəsində “Lalique” brendinin nümayəndəsi Claire Beruard, “Italdizain” rəhbərliyi və işçiləri, jurnalistlər və salon müştəriləri iştirak edib. Burada, tropik flora və büllur fasadlarda əks olunmuş solğun işıq parıltı və kölgələr əmələ gətirir, məkanın hər küncü sirli cəngəllikləri xatırladırdı. Beləliklə, tədbirdə iştirak edən qonaqlar sehrli bir dünyaya yolçuluğa çıxmış oldu.

"Empreinte Animale" kolleksiyası savannaları idarə edən əzəmətli hökmdarlardan tutmuş cəngəllik sakinlərinə qədər bütün vəhşi təbiəti və heyvanlar aləmini əks etdirir. Bu kolleksiyanın hər bir elementi sanki öz hekayəsini danışır. “Pantera” vazası panteranın ovunu mükəmməl şəkildə təsvir edir, “Tül bayquş” şamdanı isə gecə quşu kimi tanınan Virciniya Bayquşundan ilhamlanaraq hazırlanıb. İzləyiciləri tropik meşənin dərinliklərinə qərq edən "İlan kasası"nda ovunu gözləyən pitonun ağacın ətrafına möhkəm sarılması əks olunub. “Bacchantes” və “Mossi” kimi ikonik dizaynlar Amazonun yaşıl meşələrinin yenidən təsviridir, eyni zamanda “Croco”, “Plumes” və “Tortue” vazaları isə “Lalique” qravüraçılarının misilsiz əl qabiliyyətinin bariz nümunələridir. Ağlasığmaz dəqiqliklə kristaldan hazırlanmış bu parçaları təbiətin möcüzələrinə həsr olunmuş şah əsərləri kimi qiymətləndirmək olar.

“Empreinte Animale” kolleksiyasına məxsus bu unikal sənət əsərlərini Bakıda yerləşən “Ambiance Boutique”də nəzərdən keçirə və əldə edə bilərsiniz.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

İSTİNAD:

“LALIQUE” HAQQINDA:
19-cu əsrin sonlarında Rene Lalik tərəfindən əsası qoyulan “House of Lalique” öz macərasına Parisdə zərgər emalatxanası kimi başlamışdır. Renenin fərqli üslubu və innovativ dizaynları onu öz dövrünün aparıcı zərgəri kimi tanıdaraq, tez bir zamanda insanlar tərəfindən sevilməsinə səbəb oldu. İlkin uğurlarını əldə etməsindən bir müddət sonra Renenin kristal sənətinə qarşı olan əsl sevgisi “Art Nouveau” və “Art Deco” hərəkatlarının simvoluna çevrilmiş bir sıra dekorativ əşyaların, ətirlərin və incəsənət nümunələrinin yaradılmasına gətirib çıxarmışdı. Bu gün “Lalique”, dünya miqyasında bir çox kolleksiyaçılar tərəfindən dəyər verilən müddətsiz şah əsərlərini yaradarkən ənənəvi üsulları müasir texnologiya ilə birləşdirməklə yaradıcısının mirasını qoruyub saxlayır.

“AMBIANCE BOUTIQUE” HAQQINDA:
“Ambiance” müxtəlif dizayn və üslublara malik, geniş çeşiddə qab-qacaq növləri və dekorlar təqdim edən butikdir. Burada siz ev əşyaları, masaların quraşdırılması, interyerin təmiri, həmçinin ideal hədiyyənin seçilməsi üçün vacib olan hər şeyi tapa bilərsiniz. Butik “Herend”, “Naviland”, “Wedgwood”, “Moser”, “Lalique”, “Greggio”, “DAUM”, “Robbe & Berking” və bu kimi bir sıra məşhur brendləri təqdim etməkdən qürur duyur.