NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

“Qara paltarlı qadın” tamaşasının qapalı premyerası

8 aprel tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında NARGIS nəşriyyat evinin dəstəyi ilə Maqsud İbrahimbəyovun eyniadlı romanı əsasında “Qara paltarlı qadın” tamaşasının qapalı premyerası keçirildi.



Teatrın foyesində qonaqlar sehrli atmosferlə qarşılaşdılar: qırmızı xalı, sönük qırmızı işıq, hər guşədə gözəl qızılgüllər, xoş klassik musiqi. Elan edilmiş Red Touch dress-kodu üzrə hər bir qonağın geyimində qırmızı element var idi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Nargis jurnalının baş redaktoru və İlham pərisi olan Ülviyyə Mahmudovanın rəhbərliyi altında keçirilən gecədə dövlət və mədəniyyət xadimləri, eləcə də biznes, mədəniyyət, sənət və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlin ən teatral hadisələrindən birinə təşrif buyuran simalar arasında Anna İbrahimbəyova, Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov, PASHA Holdingin rəhbəri Cəlal Qasımov, Brilyant Dadaşova, Cabir İmanov və başqaları yer alıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Qonaqları səhnədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru Aleksandr Şarovskiy və NARGIS nəşriyyat evinin direktoru Aytən Hüseynova salamlayıb.

Aleksandr Şarovski bu hadisəni bayram adlandıraraq Nargis jurnalı ilə səmimi münasibəti barədə bəhs edib: " Mənim NARGIS jurnalı ilə xüsusi münasibətim var. Bildiyiniz kimi, jurnal görkəmli teatral, elm xadimi, Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz Paşayevanın adını daşıyır. Biz Nərgiz xanımla birlikdə "Restoran final" tamaşasını hazırlamışıq. Təbii ki mən baş rolu - mənfi obrazı oynamışdım. Lakin bu rolu necəsə mənəviləşdirmək lazım idi. Bunun üçün arzulardakı qız peyda olmalı idi. Biz ətrafa baxırdıq və birdən bu rola tam uyğun gələn inanılmaz gözəllikdə bir qız gördük. Amma onun istəməməsinə baxmayaraq o, bu rolu çox istedadlı şəkildə oynadı. Gördüyüm kimi, zaman keçsə də o, yenə də gözəl və zərafətlidir. Bu gün isə o, NARGIS jurnalının baş redaktorudur”. Sonda rejissor nitqini "Yaşasın NARGIS jurnalı" sözləri ilə bitirib.

Rejissor nitqini «Yaşasın NARGIS jurnalı» sözləri ilə bitirib. NARGIS nəşriyyat evinin direktoru Aytən Hüseynova qonaqları ürəkdən salamlayaraq jurnalın fəaliyyəti barədə məlumat verib.

Tamaşada Azərbaycan xalq artistləri Məbud Məhərrəmov, Fuad Osmanov, əməkdar artistlər Həcər Ağayeva, Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Salman Bayramov, Yuriy Omelçenko və digərləri iştirak ediblər. Quruluşçu rejissor Azərbaycan xalq artisti Aleksandr Şarovskidir. Quruluşçu rəssam SSSR xalq rəssamı Tahir Salahov, kostyum üzrə rəssamlar Anna İbrahimbəyova və Olqa Abbasovadır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Sonda artistlər və rejissor səhnəyə gurultulu alqışlar altında çıxıblar. Onlara Adore şirkətindən hədiyyələr təqdim olunub.

Gecənin baş sponsoru Adore şirkəti idi.

Tamaşa Maqsud İbrahimbəyov və Tahir Salahov kimi iki dahi ustadın xatirəsinə həsr olunub.