Bodrum, 16 iyul 2025 – ci il
Nargis jurnalının lüks redaktoru Bvlgari Hotels & Resort -un dəvəti ilə Bodrumu ziyarət etdi və Bodrum kurortunda eksklüziv Bvlgari Resort and Mansions Bodrum residensiyaları layihəsi çərçivəsində ilk tamamlanmış villanı görmək fürsəti oldu.
Layihə, tikinti, energetika, dağ – mədən və turizm sahəsində aparıcı Türk konglomeratı hesab olunan Cengiz Holding -in idarə heyətinin sədri Mehmet Cengiz tərəfindən təsis edilmiş AHEN şirkəti tərəfindən işlənib hazırlanmışdı. Layihələndirmə işlərini məşhur memarlıq bürosu olan ACPV ARCHITECTS Antonio Citterio Patricia Viel yerinə yetirmişdir.
Bodrum sahilinin iki ən möhtəşəm buxtası arasında yerləşən kompleks, 60 hektardan böyük olan inanılmaz yarımadada yerləşir. Aralıq dənizi üslubunda salınmış 68 hektarlıq bağ terraslarını əhatə edəcək kurortda dəniz və təpəliklər boyunca 3–6 yataq otağı olan 101 Bvlgari brendli villa inşa olunacaq.
Hər şey Bvlgari yaradıcılıq evinin müasir zəriflik və yüksək yaşam tərzinə dair baxışını əks etdirmək, eyni zamanda təhlükəsiz, zərif və davamlı beynəlxalq icma yaratmaq məqsədilə layihələndirilib.
Buranın landşaftı xüsusi diqqətə layiqdir. Jurnalistlərin səfəri zamanı təqdim edilmiş maketdə hər bir villanın landşafta necə uyğunlaşdırıldığını müşahidə etmək mümkün idi: dənizdən baxış zamanı vizual təsiri minimuma endirmək və təbii panoramanın bütövlüyünü qorumaq məqsədilə binaların dam örtükləri yerli bitki örtüyü ilə qapanıb.
Memarlıq həlli son dərəcədə estetikdir və Bvlgari-nin davamlı inkişafa və orijinal yaşam tərzinə sarsılmaz sadiqliyindən xəbər verir.
Təyin edilmiş yerdə qonaqları Bvlgari Hotels & Resort nümayəndələri, AHEN şirkətinin nümayəndələri qarşlamış, hər bir qonağa hazır villa təqdim edilmiş, sonda isə gecə Bvlgari Hotels & Resort - un bütün otel və residensiyalarının şef aşpazı tərəfindən hazırlanmış möhtəşəm axşam yeməyi ilə yekunlaşmışdır.
Özəl ziyarətlər üçün açıq olan ilk tamamlanmış villa Aralıq dənizi zərifliyinin mahiyyətini özündə əks etdirir. Sakit dəb dəbə pərəstişkarları bu incəsənət nümunəsini dəyərləndirəcək. Altı yataq otaqlı iki mərtəbəli residensiyanın “səhnə” piləkənləri və iki mərtəbə hündürlüyündə olan qonaq otağı undulmaz təsir buraxacaq, həmçinin döşəmədən tavanadək uzanan panoramik pəncərələr, Molteni&C | Dada Engineered – dən olan açıq mətbəxli geniş yemək otağı, Technogym avadanlığı ilə təchiz edilmiş fitnes zal və massaj otağı qonaqların ixtiyarına verilir. İnteryer ACPV ARCHITECTS memarlıq bürosu tərəfindən seçilmiş simvolik mebellərlə bəzədilib, onlar arasında Maxalto, B&B Italia, Flexform və dekorativ işıqlar Flos, FontanaArte, Aggio və Oluce yer almışdır. Altai xalçaları və xüsusi hazırlanmış təmir işləri Bvlgari-nin seçkin keyfiyyətə və müasir İtaliya dizaynına sadiqliyini vurğulayır.
İnteryerlərdə mədəni irsə ehtiram əlaməti olaraq Mübin Orxon, Ergin İnan və Devrim Erbil kimi tanınmış sənətkarların əsərlərindən ibarət incəliklə seçilmiş müasir türk incəsənəti kolleksiyası təqdim olunur. Bura həmçinin XVIII əsrə aid nadir Anadolu kilimi və tarixi Florensiya “Cantagalli” sənət emalatxanasına məxsus İznik üslubunda vintaj keramika nümunələri aiddir.
Baxımlı bağ bir başa şəxsi terraslı sakit çimərliyə qədər uzanır. Möhtəşəm 16 metrlik “infinity” (sonsuz) hovuz açıq məkanın tonunu müəyyən edir, zövqlə tərtib olunmuş, kaminli və yemək zonalı qonaq otağı isə istirahət üçün ideal şərait yaradır. Aralıq dənizi bitkiləri və tam panoramalı mənzərələrlə əhatələnmiş bu məkan insana təcrid olunmuşluq hissi və incə zövqlə yoğrulmuş bir sakitlik bəxş edir.
Yüksək mükafatlara layiq görülmüş Crachnell şirkətinin cavabdeh olduğu əsas planın lanfşaft dizaynı yarımadanın xüsusi ekosistemindən irəli gəlir. Bərpa yönümlü yanaşma yerli bitki örtüyünə ziyan vurmadan gəzinti yolları və su ehtiyatlarından səmərəli istifadə həlləri ilə bir vəhdətdə təcəssüm tapır. Bu, gələcəkdə inkişaf etməyə davam edəcək dayanıqlı bir təbiət məkanı formalaşdırır.
Ekoloji yanaşma hər detalda öz əksini tapır. Fasadlar travertin və qumdaşı ilə üzlənmiş, yüksək səmərəli pəncərələr isə optimal istilik izolyasiyasını təmin edir. İnteryerlər yerli karxanadan əldə olunan Denizli travertini ilə, vanna otaqları isə Perla Rocca kvarsiti ilə işlənmişdir. Burada həmçinin Axor, Antonio Lupi, Kaldewei, Geberit və Duravit kimi tanınmış markalara məxsus avadanlıqlar quraşdırılıb. Tikinti zamanı çıxarılan daşlar yenidən ətraf landşafta inteqrasiya olunaraq bioçeşidliliyin və ekoloji tarazlığın qorunmasına töhfə verir.
Məkanın ümumi konsepsiyasına uyğun olaraq qabaqcıl sistemlər — iqlimə nəzarət və işıqlandırma həlləri harmonik şəkildə inteqrasiya edilib. Məsuliyyətli işi və işıq dizaynı ilə tanınan aparıcı türk studiyası ZKLD tərəfindən hazırlanmış işıqlandırma isti və yumşaq tonlara əsaslanır. Bu işıqlar materialların təbii quruluşunu ön plana çıxarır, eyni zamanda ətraf landşaftın təbii harmoniyasını pozmur.
Bvlgari-yə məxsus 101 mülkün sahəsi 850-dən 2800 kvadratmetrə qədər dəyişir. Bu mülklərin terraslarının və hər birindən dənizə açılan panoramik mənzərə görünür.
Eksklüziv yaşayış kompleksi özündə italyan zərifliyi ilə Aralıq dənizinin mədəni irsinin vəhdətini təcəssüm etdirir.
Villa sakinləri gələcək Bvlgari Resort Bodrum kurortunun üstünlüklərindən imtiyazlı şəkildə yararlana biləcəklər. Bu imkanlara məşhur Il Ristorante – Niko Romito, yapon mətbəxinə məxsus Hōseki, sahilboyu yerləşən La Spiaggia restoranı və Aralıq dənizi mətbəxi üzrə ixtisaslaşmış, əsasən dəniz məhsullarına yönəlmiş digər məkanlar daxildir. Eləcə də, sahil boyunca yerləşən və özəl qayıq körpüsü olan ikonik Bvlgari Bar ziyarətçilərə xidmət göstərəcək. Sahəsi 2200 kvadratmetr olan spa mərkəzi isə wellness fəlsəfəsini dərin və əhatəli şəkildə təqdim edir. Burada hiperbarik terapiya, bədən üçün quru flotasiyalı müalicələr və Himalay duzlu sauna kimi yenilikçi prosedurlar təklif olunur.
İki özəl klub və mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş dəniz panoramalı amfiteatr sakinlərin ixtiyarına verilir. Həmçinin, onlara, hər bir istəyi öncədən təxmin edən əmlakın idarə edilməsi üçün fərdi xidmətlər təklif olunur.
Bu villanı təqdim etməklə Bvlgari yaradıcılıq evi sahil boyu həyatının yeni bir ikonunu ərsəyə gətirir – memarlıq sənəti, ekoloji dizayn və İtaliya qonapərvərlik sənətinin Aralıq dənizinin tam qəlbində vəhdət təkşil etdiyi yerdir.
Bvlgari Hotels & Resorts haqqında
Qeyd etmək yerinə düşər ki, bu layihənin hər bir nümayəndəsi ilə şəxsən ünsiyyətdə olduqdan sonra əminliklə demək olar: bu, öz növündə unikal bir layihədir. Layihə həm ətraf mühitlə harmoniyada yerləşən möhtəşəm lokasiyanı, həm ACPV Architects Antonio Citterio Patricia Viel memarlıq bürosunun təqdim etdiyi parlaq və müasir italyan memarlığı ilə ənənəvi dizaynın vəhdətini, həm də Bvlgari brendinin daim fərqləndiyi yüksək keyfiyyətə verilən diqqətlə təmin olunan xidmət səviyyəsini özündə birləşdirir. Məhz bu əsas elementlər Bvlgari Hotels & Resorts kolleksiyasını səciyyələndirən əsas xüsusiyyətlərdir.
Şəbəkənin mülkləri Vahid bir kosepsiyada birləşmişdir: interyerin dizaynı yerli ənənələrlə bağlı, hər bir detal isə tam mənada zənginliyə ehtiram kimi, ən incə diqqətlə və yüksək dəqiqliklə yaradılmışdır.
Bvlgari Hotels & Resorts kolleksiyası öz əksini unikal dizaynda, müasir İtaliya mətbəxində və dəb dəbəli spada tapan Bvlgari - yə xas olan cəsarətli İtaliya tərzi ilə seçilir. Bütün bunlar, zamana tabe olmayan dəb dəbə və İtaliyanın möhtəşəm zərgərlik irsi olan Bvlgari brendinin həyəcanverici ruhunu ötürür.
Bvlgari Hotels & Resorts kolleksiyasına Milan, London, Bali, Pekin, Dubay, Şanxay, Paris, həmçinin bu yaxınlarda açılmış Roma və Tokioda olan əmlaklar daxildir. 2026 – cı ildən 2023 – cu ilədək, Mayami, Bodrum, Maldiv adaları, Keyv – Key və Əbu Dabidə də daha beş otel və kurortlar ərsəyə gələcəkdir.
Bvlgari haqqında
LVMH Group – a daxil olan Bvlgari şirkəti 1884 – cü ildə Romada təsis edilmişdir.
Cəmi bir neçə onillik ərzində bu brend zərif ustalığı, vizioner dizaynı və cəsarətli rəng çalarlarının ahəngi sayəsində dünyanın dörd bir yanında yüksək zərgərlik sənətinin möhtəşəm Roma sənətkarlığı və italyan həyat tərzinin simvolu kimi şöhrət qazanmışdır.
Brendin təsis edildiyi gündən bəri onun DNT - sinə nüfuz etmiş yenilikci baxışı beynəlxaq uğurun əldə edilməsinə səbəb oldu və uğur şirkətə zərif zərgərlik məmulatları və yüksək səviyyəli saatlardan tutmuş aksesuarlar və ətirlərə qədər lüks məhsul və xidmətlərin qlobal və çoxşaxəli tədarükçüsünə çevrilməyə imkan verib. Bununla yanaşı, brend dünyanın ən eksklüziv alış-veriş məkanlarında geniş butik və otellər şəbəkəsi ilə də təmsil olunur.
Xeyriyyəçi təşkilatlarla çoxsaylı əməkdaşlıqlardan da göründüyü kimi, Bvlgari yaradıcı evi dayanaqlı gələcək naminə yeniliklərə açıqdır. Bu da, onun sosial və ekoloji məsuliyyətində və təbiətə və cəmiyyətə verdiyi tövhələrdə təzahür edir.
AHEN şirkəti haqqında
AHEN şirkəti, öz innovasiyaları ilə tanınan aparıcı sənaye şirkəti olan Cengiz Holding – in idarə heyətinin sədri cənab Mehmet Cingiz tərəfindən təsis edimişdir. Cengiz Holding və Ahen şirkətlərində 50 000 – dən çox əməkdaş çalışır, milli rifaha və əsas strateji məhsulların istehsalına böyük tövhə verir. Şirkətlər ekoloji dayanıqlıq prisiplərinə ciddi əməl edərək tikinti, dağ – mədən sənayesi və otel biznesinə sərmayə qoyur. Bu öhdəliklərə uyğun olaraq AHEN Bvlgari Resort & Mansions Bodrum layihəsinə sərmayə qoyur və ən yüksək dəqiqlik və detallara xüsusi həssaslıqla rəhbərlik edilir.