Həyatda ən əsas və vacib bacarıq — xoşbəxt olmağı bacarmaqdır.
Budur, hər gün üzərində işləməyə dəyər olan bir neçə bacarıq:
Hissləri tam şəkildə qəbul etmək və yaşamaq:
Xoşbəxtlik mənfi emosiyaların olmaması demək deyil. Bütün duyğuları bastırmadan qəbul etməyi və yaşamağı öyrənmək vacibdir. Nə hiss etdiyindən uzaqlaşma.
Minnətdarlıq — bir çox qapının qızıl açarıdır:
Həyatında sahib olduqlarını, uğurlarını, sağlamlığını, yaxınlarını və imkanlarını qiymətləndirmək və onlara görə minnətdar olmaq həm xoşbəxtlik, həm də uğurun əsas amillərindən biridir.
Yaratmaq, qurmaq və dünyaya töhfə vermək — yəni özünə də:
Yaradıcı olmaq, başqalarının həyatına müsbət təsir göstərmək, kömək etmək və dəyişiklik yaratmaq həm özünə inamı, həm də daxili sevinc hissini gücləndirir.
Sosial əlaqələr:
Ailə və dostlarla güclü və dəstəkləyici münasibətlər daxili xoşbəxtliyin əsas mənbələrindəndir. Onlarla vaxt keçirmək və dəstəklərini hiss etmək çox vacibdir.
Şüurluluq və sadə sevinclər:
Anı yaşa və xırda şeylərdə sevinc tap — dadlı yemək, xoş qoxu, sevdiklərinin qucağı, rahat bir mühit, sevdiyin musiqi. Gülümsə! Bu, çox vacibdir.
Müsbət düşüncə:
Yaxşıya fokuslan, uğursuzluqlardan dərs al və həyatını daha yaxşıya doğru dəyişdirmək gücünə inan.
Ülviyyə Mahmud


