NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Party Guide

Partini “şirin və ədviyyatlı” etmək istəyirsənsə aşağıdakı bələdçidən istifadə et.

Nə qədər məşhur olmağından və nə geyindiyindən asılı olmayaraq, görünüşündə mütləq xüsusi bir şey olmalıdır. Danışmadan öncə səni təqdim edən zinət əşyaları. Kim olduğunu, bu dünyadan nə gözlədiyini pıçıldayan detallar. Hamımız 90-cı və 2000-ci illərin o parıltılı, qalmaqallı dövrünü xatırlayırıq — və etiraf edək, bir az da darıxırıq. O zamanlar hər bir görüntünün 90% - ni zinət əşyarları təşkil edirdi.

Zaman keçdi və bu gün qaydalar dəyişməyib, onlar sadəcə yeniləb. Yüksək zərgərlik və incə zinət əşyaları arasında maraqlı bir müharibə getdiyi üçün uyğunlaşdırmaq artıq çətinləşib.

İstər improvizasiya et, istərsə də hər şeyi özün qurub hazırla – bu, daha çox qiymətləndirilir.
İnsanlar bunu sənin şəxsiyyətinin bir hissəsi kimi qəbul edirlər.

Mühakimə dövrü bitdiyinə görə, heç kim başqasını fərqli tərzə üstünlük verdiyinə görə qınamır. Fərdi və əvəzolunmaz üslub məmnuniyyətlə qarşılanır. Bu o demək deyil ki, mühakimə (tənqid, sərt münasibət) yoxdursa, deməli dəbdəbə də yoxdur — sərtlik və ifadəliliyinə görə bu ab -havanın yeri görünür. Elə aksesuarlar və zinət əşyaları var ki, sənə parti ruhu bəxş edəcək və getdiyin hər tədbirdə səninlə birlikdə parlayacaq.

Bandanalar

00 – lara qayıdış. Badanalar həm baş aksesuarı, həm də top kimi istifadə oluna bilər. Yumru sırğalar, dodaq parladıcısı və günəş eynəkləri bu görünüşü tamamlayacaqdır. İç, rəqs et, bu yeri lərzəyə gətir!

  •  
  •  
  •  
  •  
/

Mikro çantalar.


Daxil olarkən bunu zərif və cazibədar şəkildə et. Ən əsas ipucu – sanki qışqıraraq özünü nümayiş etdirən – çantadır. Bu, ya kult vintaj bir model, ya da daha da yaxşısı, mini plastik bir klatç ola bilər –bu partinin ulduzunun və bütün qəlbləri fəth edənin kim olduğunu göstərəcəkdir. Uyğun çanta daşımaq, sanki qeyri-rəsmi bir qələbə kubokunu əldən buraxmamaq kimidir.

  •  
  •  
  •  
  •  
  •  
/

Çokerlər.

Başqa bir izaha ehtiyac yoxdur. Çokersiz parti olmur.

  •  
  •  
  •  
  •  
  •  
/

İki qat saat.

Bir neçə parti üçün zamanı olmayan, lakin bütün partilərdə iştirak edərək hərəsində 15 dəqiqə vaxt keçirənlər üçün. Görünüşünü və iştirakını daha eksklüziv təqdim etmək üçün – bu trend sənin partinə çevrilə bilər. Yaxşısı budur ki, saatını “ikiqat - üçqat” edəsən. Onları müxtəlif qollarında istifadə etsən daha dəbli görünərsən. Vaxtın nə qədər dəqiq göstərildiyini heç kim bilmir. Amma ikinci saatın yalan danışmaz — ən azı yoxlamaq fürsətin həmişə səninlədir. Seçimini et və zamanın ritmini ikiqat yaşa!

  •  
  •  
  •  
  •  
/

Kovboy kəmərləri

Sərt, cinayətkar kovboy tərzi heç vaxt qadağan edilə bilməz. Bu, üslubu sadə “vanil”dan uzaq olanlara aiddir.
Əgər partiyə sərt giriş edirsənsə, sonra hovuzda yumşaq üzə bilərsən, rəqs meydanının kraliçası ola, velosiped sürə, ya da macəra dolu gəzintiyə çıxa bilərsən.
Heç vaxt bundan daha gənc olmayasan, amma kiçik bir parti heç kəsə ziyan verməz. Daha çox əylən, risk et və özünə inan!

  •  
  •  
  •  
  •  
  •  
/