NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Londonda Aida Mahmudovanın “Liminality” sərgisinin açılışı

Londonda Gazelli Art House-da Aida Mahmudovanın “Liminallıq” adlı debüt fərdi sərgisinin açılışı baş tutdu.

A.Mahmudova sürətlə müasirləşən ölkəsinin unudulmuş və əlçatmaz guşələrindən bəhs edərək incəsənətdən bu misilsiz mühitdə mövcud olmaq və yaşamaq üçün stabillik hissini ifadə etmək məqsədilə istifadə edir. İncəsənət sərhəd tanımır və rəssama fərqli kommunikasiya üsullarından istifadə etmək imkanı verir.

Rəssam məkan anlayışını dərindən araşdırır. Mahmudova bunu belə izah edir: "Biz məkandayıq, paralel dünyalarda mövcudluğumuzu saxlayırıq və məkan bizin daxilimizdədir". Məkan reallıq və illüziyalar haqqında təsəvvürləri formalaşdıraraq insanın maddi və ya mənəvi olduğu yer ola bilər. Mark Ojenin "yersizlik" konsepsiyasında insan münasibətlərinin insan qavrayışları ilə kəsişmə nöqtəsi kimi keçid və ya hüdudların kandarında olmaq ideyası qismən nəzərdən keçirilir.

Mahmudova şəxsi və ictimai, yer və yersizlik, məkan və məkansızlıq ideyalarının qarşılaşdırılması ilə məşğuldur. Mark Ojenin yersizlik konsepsiyası keçid ideyasını araşdırır, məkansızlıq ziddiyyətli "ev" və mənsubiyyət hissinə əks gələrək "yuva qurmaq" ideyasını inkar edir. Bu məkan hər kəs üçün bərabər şəkildə yad olsa da, kimsə özünü burda "nisbətən rahat" hiss edə bilər.

Mahmudova sərhədlər və ya əksliklərin qarşılaşması, hüdudların aşılmasını işıqlandıraraq keçidin baş verdiyi və istiqamətin itirildiyi məkanları araşdırır. Əsası Arnold Van Gennep tərəfindən qoyulmuş keçid mərasimləri (1909) insan həyatının üçmərhələli keçiddən ibarət olduğunu ifadə edir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

.

Sərgi 14 may tarixinə qədər davam edəcək.