NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Royal Collection" butikində "Montblanc" guşəsinin açılışı

11 iyun 2025-ci ildə 28 May küçəsi, ev 4 ünvanında yerləşən "Royal Collection" butikində lüks sinfinə mənsub qüsursuz yazı alətləri və aksesuarlarına dəyər verən hər kəs üçün əhəmiyyətli hadisə baş verib: qonaqlar "Montblanc" brendinin guşəsinin açılışına həsr olunmuş təmtəraqlı tədbirə yığışıblar. Bu brend öz etalon pero qələmləri, dəri aksesuarları, qüsursuz hazırlanma keyfiyyətinə malik dəbli İsveçrə saatları ilə məşhurdur.
Dəvət edilən hər kəs nəinki markanın yeni klassik kolleksiyalarının qüsursuz keyfiyyətini qiymətləndirərək onları nəzərdən keçirmək, həm də "Montblanc"ın əlyazma mədəniyyətinə hörmət və kalliqrafiya sənətinə heyranlıq fəlsəfəsi ilə tanış olmaq fürsəti əldə edib.

Guşənin açılışında "Montblanc"ın nümayəndəsi Jonas Weber-Heyn və "Italdizain" şirkətinin baş icraçı direktoru Mariya Şişova çıxış ediblər. Jonas səmimi qarşılama üçün "Italdizain" komandasına təşəkkür edib, əməkdaşlığın vacibliyini qeyd edib, Mariya isə yeni butikin brendin pərəstişkarlarının ən yaxşı yazı alətlərini kəşf edə və kalliqrafiya sənətindən ilham ala biləcəyi bir məkan olduğunu vurğulayıb.

Proqramın əsas hissəsi – peşəkar qrafoloq Larisa Drıqvalın iştirakı sayəsində qonaqlar elə həmin gecədə bənzərsiz təcrübə əldə etmək imkanına nail olublar. O, yazıda gizlənən emosional cəhətləri və individual xüsusiyyətləri ortaya çıxararaq arzulayan hər kəsə öz şəxsiyyətinin dərinliyinə nəzər yetirməyə kömək edib. Ən qədim zamanlardan bəri əlyazma məktublar özünü ifadə etməyin ən parlaq, eyni zamanda əlçatan formalarından biri olmuşdur. "Montblanc" fəlsəfəsinin özəyində bu incəsənətin dəstəklənməsi dayanır.

Qonaqların əla əhvali-ruhiyyəsi və gecənin müsbət enerjisi DJ In Her Room (Nəzrin Məmmədova) kompozisiyalarından dəstək alıb.

Sizi Azərbaycan, Bakı, 28 May küçəsi, 4 ünvanında yerləşən "Royal Collection" butikinə baş çəkməyə və "Montblanc" brendi ilə şəxsən tanış olmağa dəvət edirik. Əlaqə nömrəsi: +994 (12) 498-00-53.
"Montblanc" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan rəsmi saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/montblanc

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

"Italdizain" şirkəti haqqında

"Italdizain" şirkəti 1996-cı ildə İtaliya mətbəx mebellərinin Azərbaycan bazarına tədarükü ilə məşğul olan kommersiya təşkilatı qismində təsis edilmişdir. Öz fəaliyyəti müddətində o, yeni istiqamətlər yaratmış və biznesini genişləndirmişdir. Hazırda "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Montblanc" şirkəti haqqında

Beynəlxalq "Montblanc" brendi 1906-cı ildə Hamburqda (Almaniya) yüksəkkeyfiyyətli yazı alətlərinin istehsalçısı kimi təsis edilib. Alp dağlarının ən yüksək zirvəsi – qarlı Monblanı (4806 m) simvolizə edən dairəvikənarlı, altıguşəli ağ ulduz markanın bu gün bütün dünyada məşhur olan embleminə 1913-ci ildə çevrildi. Brendin kultlaşmış predmeti və "Montblanc" keyfiyyətinin simvolu ilk dəfə 1924-cü ildə buraxılmış "Meisterstück" pero qələmidir. Hər bir "Montblanc" perosu 585 və ya 750 əyarlı qızıldan hazırlanır, daha sonra əl ilə cilalanır və individual qravürləmə ilə bəzədilir.

XXI əsrdə öz yüzilliyini qeyd etmiş şirkət daim inkişaf edərək əvvəlki kimi eleqantlığın, qüsursuz ustalığın, ənənə və innovasiyaların simvolu olaraq qalmağa davam edir. Yazı alətlərinə – pero qələmlərə və mexaniki karandaşlara – illər ərzində dəridən və yüksəktexnologiyalı materiallardan hazırlanmış aksesuarlar, o cümlədən brendin İtaliya və İsveçrədə yerləşən xüsusi emalatxanalarında istehsal edilən bəzək əşyaları və mexaniki saatlar əlavə edilib. Bundan əlavə, "Montblanc" parfümeriya məhsulları istehsal edir, həmçinin əlyazma sənətinin qorunması və inkişafına kömək edən müasir elektron cihazlar hazırlayır.

1993-cü ildən etibarən şirkət dünyaca məşhur "Richemont Group" lüks holdinqinin tərkibinə daxildir. Daha əvvəl "Prada" və "Givenchy"də fəaliyyət göstərmiş məşhur dizayner Marko Tamozetta 2021-ci ildə "Montblanc"ın kreativ direktoru oldu.