NARGIS
Ru En
NARGIS MAGAZINE
She’s Next

Nəzrin Ağarzayeva

Stock Concept Store -un həmtəsisçisi

Nəzrinin dəb sahəsinə olan həvəsi Birləşmiş Ştatlarda mübadilə proqramında iştirakı zamanı yaranmışdır. O, burada incəsənət menecmenti üzrə təhsil almışdır. 2016 – cı ildə Nəzrin, özünün geyim brendinin təsis etmiş və 2019 – cu ildə Anar Scandar və Səidə Nazirova ilə birlikdə Stock – u açmışdır. Stock əvvəlcə öz dizaynları üçün ayrılmış məkan kimi yaranan, tezliklə isə yerli brendlər üçün inkişaf edən və çiçəklənən bir konsept mağazasına çevrilmişdir. Sahibkarlıq fəaliyyəti ilə yanaşı o, Four Seasons Hotel – də İctimayyətlə Əlaqələr direktoru olaraq çalışır.

Gününüzə necə başlayırsız?
Mən hər zaman günümə üz qulluğu, şəxsi gigiyena və səhər yeməyi ilə başlayıram. Pilates günlərimdə saat 6 – da oyanır, 7 – də məşq edir və sonra səhər yeməyimi yeyirəm. Və təbii ki, kofesız olmaz.

Biznesdən öyrəndiyiniz ən vacib qayda hansıdır?
İnsanlarla effektiv ünsiyyətin qurulmasının nə dərəcədə labüd olduğunu anladım. Komanda işi zamanı bir – birini anlamaq və açıq ünsiyyətin saxlanılması çox əhəmiyyətlidir.

Sahəsinizi seçərkən hər hansı bir brenddən ilham aldınızmı?
Mən bir çox brenddən ilham almışam – onların fəlsəfəsindən, estetikasından və meydana çıxdığı dövrlərdən. Məndə həqiqətən dərin iz buraxan dizaynerlərdən biri Yves Saint Laurent-dir; onun qadınlıq vizyonu zamansız və heyrətləndiricidir. Və təbii ki, Four Seasons-dan da ilham alıram. Siz sadəcə onun loqosuna baxın – o, adın arxasındakı zərifliyi və mənanı necə gözəl şəkildə əks etdirir.

Daha vacib olan nədir – istedad yoxsa əzmkarlıq?
Hər iki xüsusiyyət eyni dərəcədə zəruridir. Çalışqanlıq olmasa istedad bir heçdir.

Hər bir sahibkarın oxumalı olduğu kitab hansıdır?
Paulin Braunun “Estetik zəka” kitabı. Bu kitabda müəllif, brenddə estetikanın vacibliyini izah edir və onun inkişaf etdirilməsi üçün zəruri tövsiyələr verir.

Yaxşı sahibkarı pisdən fərqləndirən nədir?
Düşünürəm ki, bu təcrübəli və təcrübəsiz arasında olan fərqdir. Hər kəs yanlış addımlar atır, önəmli olan onlardan nəticə çıxarmaq və yola davam etməkdir.

Dəb sənayesində uğurlu biznesin qurulması üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?
Zövq, detallara olan diqqət və bazara dərindən hakim olmaq. Siz çatışmayan amilləri müəyyən etmək və yeniliklər təklif etmək bacarığına malik olmalısınız.

Gözəl zövq fikrinizcə nədir?
Bu, insanın görünüşünün onun həqiqi özünü əks etdirdiyi zamandır. Burada surətini çıxarmaq yox, şəxsi təcrübə, maraqlar və mədəniyyət vasitəsilə üslubu ifadə etmək önəmlidir.

Başqa hansı biznes məqsədinə doğru irəliləyirsiniz?
Başlanğıcda konkret biznes məqsədimiz yox idi – sadəcə bir fikrimiz var idi. Biz öz vizyonu olan dizaynerlər idik. Zamanla 20-30 dizayneri bir araya gətirdik. Amma ilk gündən Stock-u təkcə dizayn konsepti kimi yox, bir icma kimi görmüşük.

2025-ci ildə Visa və Birbank Biznes birgə “Uğur hekayəni yarat” adlı təhsil və müsabiqə proqramına start verir. Proqram iştirakçıları əsas biznes bacarıqlarını əldə edəcək, təcrübəli mentorların dəstəyini alacaqlar və proqramın sonunda öz bizneslərini inkişaf etdirmək üçün pul mükafatı uğrunda yarışmaq imkanı qazanacaqlar. Müsabiqənin ümumi mükafat fondu 60,000 azn təşkil edir.

Müraciətlər 10 İyun, 2025 (bu tarix daxil olmaqla) proqramın vebsəhifəsi vasitəsi ilə təqdim edilə bilər: https://shesnext.emergingeurope.org/az/