NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

NARGIS Uşaq Festivalında

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Mərkəzində NARGIS jurnalının fəal iştirak etdiyi uşaq festivalı keçirildi.

Festival çərçivəsində parkın ərazisində müxtəlif əyləncəli və maarifləndirici proqramlar təqdim olunmuşdu. Mini-turnirlər, interaktiv oyunlar, müxtəlif müsabiqələr - hər bir uşaq istəyinə uyğun fəaliyyət seçə, asudə vaxtını təkcə həyəcanlı deyil, həm də maarifləndirici keçirə bildi. Bu xeyirxah təşəbbüs cəmiyyətin diqqətini xoşbəxt və sağlam uşaqlığın təmin edilməsi, uşaqların təhsil alması, ölkənin layiqli vətəndaşı kimi formalaşması məsələlərinə yönəltmək məqsədi daşıyırdı.

“NARGIS” nəşriyyat evi Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə "From Waste to Art" mövzusu ilə çıxış etdi. NARGIS jurnalı Azərbaycanda hər il ekoloji təşəbbüslər həyata keçirən, ekoloji brendləri dəstəkləyən, təbii resurslara qənaət edən və ətraf mühitə məsuliyyətli münasibəti təbliğ edən yeganə nəşrdir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Uşaqları istifadə olunmuş plastik şüşələrdən hazırlanmış maskot qarşılayırdı və onları şənləndirirdi. Təşkil olunmuş iki master-klasda isə müxtəlif yaşda olan uşaqlar istifadə edilmiş şüşələrdən bəzəklər, eləcə də dekorativ element kimi istifadə edilə bilən kağız çiçəklər hazırladılar.

Yaxınlıqda Ekologiya Nazirliyinin çadırı yerləşirdi, burada da uşaqlar vaxtlarını maarifləndirici və əyləncəli keçirdilər: rəsm çəkdilər, işlənmiş batareyaları geri qaytarmağın niyə bu qədər vacib olduğunu, tullantıların düzgün çeşidlənməsini öyrəndilər, ən kiçiklər üçün isə pazl yığılması təşkil edilmişdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Festival Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilib.