NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

BULGARİ ilə xəyallar gerçəkləşir

Bakıda ideya müəllifi Ülviyyə Mahmudun olduğu "BULGARI: ARZULAR GERÇƏKLƏŞİR”
sənədli filminin premyerası keçirilib.

Bu ilin may ayında “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmud öz komandası ilə birlikdə İtaliyanın “Bulgari” zərgərlik və saat evinin dəvəti ilə Roma və Toskana şəhərlərinə 4 günlük qastrol səfərinə çıxıb. 40 ildən artıqdır ki, Bulgari evinin dəyərlərinə və qiymətli daşlara olan sevgisinə sadiq qalan zərgərlik sənayesinin əfsanəsi və Bulgari brendinin kreativ direktoru Lucia Silvestri ilə keçirilən görüş, ən sirli guşələrdə aparılan çəkilişlər və Bulgari masterlərinin zərgərlik məmulatları yaratdıqları atelyeyə ziyarət 45 dəqiqəlik "BULGARI: ARZULAR GERÇƏKLƏŞİR” sənədli filminin yaradılmasına səbəb olub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Filmin təntənəli təqdimatı dekabrın 13-də “Space_____________13” incəsənət mərkəzində baş tutub. Şərq və Qərb sənətlərinin sintezini əks etdirən, özünəməxsus dekorativ elementləri olan, nəbati və həndəsi motivlərdə işlənmiş bu tarixi Mudéjar binası vaxtilə İran əsilli neftçiyə məxsus olub. Sovet dövründə bina milliləşdirilib və Azərbaycanın müstəqilliyi ilə yenidən şəxsi mülkiyyətə çevrilib. Daha sonra bina Ülviyyə Mahmud tərəfindən memarlıq elementlərinin əksəriyyətini və binanın ümumi görkəmini ilkin formada saxlayaraq bərpa edilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Parlaq, təmiz daşlar və Bulgari məhsullarının italyan üslublu həyat dolu və eleqant dizaynı hələ 60-cı illərdə elitanın və kino ulduzlarının qəlbini fəth etmişdi. Elizabeth Taylor, Audrey Hepburn, Ingrid Bergman, Grace Kelly və bir çox başqa ulduz xanımlar bu məhsullara qarşı dərin maraq bəsləmişdilər. Bulgari zinət aksesuarları həmçinin 40-dan çox filmdə nümayiş etdirilmişdir. Brendin uzun və əyləncəli tarixçəsi var ki, onun haqqında danışmaq həm maraqlı, həm də ki vacibdir. Lakin, təbii ki, bir film bütün bu sehri göstərmək üçün kifayət edə bilməz.

Əgər siz nə vaxtsa yüksək zərgərlik əsərlərinin necə yarandığı ilə maraqlanmısınızsa, "BULGARI: ARZULAR GERÇƏKLƏŞİR” sənədli filmi əsl sizlikdir! Bu film zərgərlik məmulatlarının hazırlanmasının sirlərini və təfərrüatlarını açır, ustaların incə işini göstərir və "niyə Bulgari ulduzların sevimli brendidir, niyə hərrac evləri Bulgari məhsullarını bu qədər sevir?” kimi suallara cavab axtarır. Bu filmi izləyərək siz tamamilə fərqli bir dünyaya səyahət edəcək və Bulgari zinət aksesuarlarına yeni baxışla nəzər yetirəcəksiniz.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Filmin ərsəyə gəlməsinə Romanın qədim küçə və meydanları, Bulgari ailəsinin marşrutları üzrə səyahəti, ilk muzey butikinə baş çəkmələri, brendin 140 illik tarixi, dünya miqyasında şöhrəti, dolce vita erası haqqında hekayələr və, əlbəttə ki, Bulgari möhtəşəm aksesuarları ilham olub.
Ulviyyə işə Bulgari-nin əsas ilham mənbəyi olan Roma küçələrində dolaşaraq, brendin sevimli zərgərlik və saat kolleksiyaları olan B.Zero1, Divas' Dream, Octo, Lucea ilə Kolizey, Panteon, Karakalla hamamları və memarlıq nümunələri və eləcə də Roma səkiləri və hətta bu Sonsuz şəhəri aydınladan xüsusi işıq arasındakı paralelləri izləyərək başlamışdı. Yeni film Bulgari-nin ən məşhur “Serpenti” kolleksiyası, eləcə də Bulgari-nin vizit kartı və müəllifi üçün çox əziz olan köhnə sikkələrlə dizayn edilmiş kolleksiyası haqqında da məlumat verir. Premyera münasibətilə Bakıya Bulgari-yə xas olan çoxrəngli üslubda qiymətli daşlarla bəzədilmiş yeni Monete boyunbağısı gətirilib.

Filmin nümayişindən əvvəl Bakıya xüsusi dəvətlə gəlmiş Bulgari şirkətinin regional direktoru Jan-Kristof Kattin çıxış edib. O, belə deyib: “Bu filmdə Ülviyyə Bulgari dünyasının özünəməxsus nöqteyi-nəzərini paylaşıb. Biz bir neçə il əvvəl tanış olduq və xarakterlərimizin oxşarlığını, ortaq dəyərlərimizi dərhal hiss etdik. Gözəlliyə və zərafətə olan meylimiz, mədəni və ailəvi ənənələrə sadiqliyimiz və eyni zamanda cəsarətli yeniliklər, parlaq yaradıcılıq və yüksək həyat sevinci bizi birləşdirən dəyərlər sırasındadır. Və ümid edirik ki, siz də bütün bunları filmimizdə hiss edə bilmisiniz. Əməkdaşlığımızın başlamasından son dərəcə həyəcanlıyıq və 2023-cü ildə sizlərə yeni maraqlı layihələr təqdim etməyi ümid edirik”.

Bulgari evi hər zaman güclü, parlaq və istedadlı qadınlardan ilham alıb. Ülviyyə Mahmudun xeyriyyəçilik fəaliyyəti, çoxsaylı təşəbbüs və layihələri, insanlarla əlaqə qurmaq bacarığı Bulgari-ni Ülviyyəni Azərbaycandakı rəsmi səfiri olaraq elan etməyə sövq edib.

Ülviyyə Mahmud da öz növbəsində bütün iştirakçılara öz təşəkkürünü bildirib. Təqdimat üçün o, diqqəti Bulgari zinət aksesuarlarından - dekorativ sənətin şah əsərlərindən - yayındırmayan qara bir paltar seçib. Onun taxdığı sirli saat Bulgari-nin divalar qalaktikasının rəhbəri Elizabeth Taylor üçün “Kleopatra” filminin çəkilişləri zamanı yaradılmış bir parçanın prototipidir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Vaxt ayırdığınız üçün hamınıza təşəkkür etmək istəyirəm, çünki bu, bizim sahib olduğumuz ən dəyərli şeydir. Bura girərkən gözlərinizi görəndə, sevgi və qayğınızı anındaca hiss etdim”, - deyə Ülviyyə Mahmud belə bildirib. O, rejissor və operator Samir Tahirov, ssenari müəllifi Rüfət Həmzəyev, layihənin koordinatoru Nigar Qəhrəmanova, redaktor Qafar Məhərrəmov, kolorist Ravil Əsgərov, illüstrator Kənan Şeyxzamanlı başda olmaqla Azərbaycanın istedadlı gənclərindən ibarət olan çəkiliş qrupunun xidmətlərini də qeyd edib. Onların birgə işi nəticəsində beynəlxalq standartlara cavab verən və Kann kinofestivalında nümayiş etdirilməyə belə layiq olan bir film ərsəyə gəlib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Əhəmiyyətli hadisə Ülviyyənin anası Nərgiz Paşayevanın, eləcə də onun adını daşıyan NARGIS jurnalının ad günü və Space______13 platformasının rəsmi açılışı ilə üst-üstə düşüb. Lucia Silvestri də dekabrın 13-də öz ad gününü qeyd edib. Qonaqlar gecənin sahibəsini gözəl premyera və yeni prestijli missiya ilə əlaqədar təbrik ediblər və Ülviyyə NARGIS jurnalının kollektivi ilə birlikdə ad günü tortunun üzərindəki şamları üfürərkən ona uğurlar arzulayıblar.

İtalyan üslublu şənlikdə qonaqlara Bulgari stəkanlarında aperol və popkorn təqdim edilib. Tədbir DJ @Nicolasmun-un musiqilərinin müşayiəti ilə keçirilib. Əyləncəli lotereyada bu vaxta qədər çox az sayda insanın olduğu Bulgari ailəsinə məxsus şəxsi mülklərində hazırlanmış şərab və zeytun yağları oynanılıb. Ülviyyə Mahmud onların qonağı olub və çəkdiyi kadrlar sayəsində bütün qonaqlar da - Bulgari sənətinin və rəngli daşların həvəskarları və biliciləri - zehnən oraya səyahət edə biliblər.