NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

Məhdud Sayda Emma Roberts x Kiko Milano KolleksİyasI

Məhdud buraxılış Emma Roberts x KIKO MILANO kolleksiyasını - Emma Robertsin unikal üslubuna və onun ikonik makiyaj görünüşünə həsr olunmuş kapsul seriyasını təqdim edirik. Kolleksiya xanım Robertsin şəxsi çamadanından götürülmüş 13 vacib əşyadan ibarətdir. Bu kapsulda onun parlaq və dolğun rəng çalarlı çılpaq (nude) dəri fomulları birləşir.

Emma Roberts üslubu

Dəri hazırlıqları
Gözaltı dərini Çoxistifadəli Göz Patçiləri ilə hamarlaşdırın və dodaqlarınıza ani hamarlıq və nəmlik effekti vermək üçün tərkibində hialuron turşusu və nar ekstraktı olan vanil qoxulu Scrub-a-Licious dodaq serumu tətbiq edin.

Üz üçün baza
Parlaq bir bitişlə təbii dəri — məqsədi budur. Əvvəlcə Glow Getter Serum & Primer serum və praymerini tətbiq edin - aktiv maddələr kompleksini təqdim etdiyi sübut edilmiş, dəriyə qulluq faydaları və parlaq makiyaj təmin edən çəkisiz hibrid – o, qısamüddətli və uzunmüddətli işıqlandırıcı təsirə malikdir. 28 günlük gündəlik istifadədən sonra təbii parlaqlığı +19%-ə qədər artıran Nasturtium Çiçəyi Ekstraktı və White Artemisia kimi aktiv maddələr dəsti sayəsində dərinizi parlaqlıqla doldurun*.

Daha sonra qüsursuz dəri üçün qüsurları gizlətmək və ya üz tonunu bərabərləşdirmək Glow-n-Seek Liquid Concealer & Foundation konsiler və tonal kremindən istifadə edin. Bu vasitənin tərkibinə 7 günlük mütəmadi istifadədən sonra dərinin nəmlənmə səviyyəsini 7,8% və 28 günlük mütəmadi istifadədən sonra dərinin nəmlənmə səviyyəsini 21,1% artırmağa qadir olan nəmləndirici maddələr daxildir*. Yüngül, təbii parıltı üçün tonal kremin və bazanın faydalarını özündə birləşdirir.

Üzün hamarlaşdırılması üçün təbii kontur effekti yaradan və yaxşı qarışan Glow Sculpt Liquid Bronzer maye bronzerindən istifadə edin. Yanaqların rəngini artırmaq üçün dodaqlar və yanaqlar üçün krem və pudralı Blush Buddies Lip and Cheek Palitrasından istifadə oluna bilər.

Çılpaq (nude) gözlər
Nudinfinity Eyeshadow Palette ilə torpaq və çəhrayı tonları birləşdirən möhtəşəm çılpaq göz görünüşü yaradın - Yağ kimi hamar tutqun və gel kimi metal teksturalı 16 çaların hər biri həddindən artıq dolğunluq təmin edir.

Daha sonra rəngi vurğulamaq üçün uzun müddət qalıcı, zəngin, kremli rəng təmin edən, asanlıqla qarışan və ani rəng bəhrəsini verən çox funksiyalı stilus qələm 3-ü 1-də 3-in-1 Eyes Multitasker istifadə edin. Onu göz layneri kimi dəqiq tətbiq edin və ya Emma kimi yumşaq dumanlı göz üçün ləkələyin - seçim sizindir.

Kiprikləri vurğulamaq üçün Maxi Mod tuşunun Espresso Brown və ya Cherry Lacquer yeni rənglərindən birini seçin. Hər iki çalar universaldır və göz rənginizi vurğulayacaq. Maxi Mod effekti hamıya məlumdur: mini elastomer aplikatoru sayəsində kremşəkilli formulanı toplaşma effekti yaratmadan hətta ən qısa kirpiklərə də paylaya bilərsiniz. Maksimum həcmdən (200%-ə qədər* artım) və 10 saata qədər* uzunmüddətli effektivlikdən, üstəgəl arqan yağı, şisandra giləmeyvə və alfa ekstraktı ilə maksimum faydasından həzz alın.

Son olaraq laminatlaşdırılmış görünüş üçün bitki zülalı keratin və vitamin B5 ilə zənginləşdirilmiş Lamin-Eyes Liquid Brow Wax maye qaş mumu tətbiq edin.

Dolğun və ya çılpaq (nude) dodaqlar: seçimi özünüz edin
Qarşıdakı gündən asılı olaraq dodaq görünüşünüzü təyin edin - sadə nyud ya da özünüz haqda bildirmək üçün tünd qırmızı seçərdiniz?

Minalı effekt əldə etmək üçün tərkibində vitaminlər, minerallar və omeqa 3 və 6 ilə zəngin olan və dərini 12 saata qədər nəmləndirən küncüt toxumu ekstraktı olan Juicy Kiss Lip Stylo dodaq boyasından istifadə edin*.

Güclü dodaq görünüşü yaratmaq üçün KIKO MILANO-nun ikonik, 16 saat saxlama qabiliyyəti ilə intensiv rəng parıltısına malik olan Unlimited Double Touch seçin. Parıldadıcı boya Emma Robertsin sevimli çalarlarını əks etdirən yeni məhdud sayda rənglərlə mövcuddur. Sadə neytral ton və ya zəngin, tünd qırmızı rəng seçməyinizdən asılı olmayaraq, onun uzunmüddətli, qarışmayan teksturası maksimum təsir təmin edir.

Bütün bunları sevimli əşyalarınızı saxlamaq üçün mükəmməl olan All I Need Make Up makyaj üçün orqanayzerinizə yerləşdirin.

*klinik instrumental tədqiqat

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Kolleksiyanın yaradılması Kampaniyası
Emma Roberts x KIKO MILANO məhdud buraxılış kolleksiyası üçün yeni kampaniya Benn Northover tərəfindən idarə olunan Mateusz Sitek tərəfindən çəkilib, pərdəarxası görüntülər Simone Riqamonti tərəfindən aparılıb. Təcrübəsi haqqında danışan xanım Roberts deyir: "Öz obrazımdan ilhamlanaraq kapsul yaratmaq yeniyetməlikdən bəri arzum idi! Kampaniya onu həqiqətən həyata keçirdi! Özümü heç vaxt isti, torpaq nude və parlaq qırmızı dodaq boyası ilə hiss etdiyim kimi hiss etmirəm. Ümid edirəm ki, digər insanlar da kapsuldakı əşyalardan istifadə edərək öz görünüşlərini yaratmaq və paylaşmaq üçün ilham alacaqlar!"

Emma Roberts x KIKO MILANO məhdud buraxılış kolleksiyası Iyunun 3-dən etibarən KIKO mağazalarında və kikocosmetics.com saytında satışdadı