NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Lalique" brendinin yeni "Iconics Rose Nebula" kolleksiyasında futurizm və antiklik

Fransanın məşhur, yüksək bədii şüşə brendi "Lalique" qədim yunan mifologiyasının səmavi süjetlərindən ilham alan 2024-cü il yaz/yay kolleksiyasını təqdim edib. Kolleksiyanın adı – "Iconics Rose Nebula" çəhrayı dumanlı buludlara istinad edir (νεφέλη, nephélē).

Beotiyada minilərin hökmdarı Atamantın həyat yoldaşı, buludlar ilahəsi Nefela nadir meteoroloji hadisənin təcəssümü hesab edilir. Səmavi tanrıların koqortasında Nefela Olimpin ən təvazökar və xeyirxah sakinlərindən biri hesab edilir. Zevs tərəfindən Heranın obrazı əsasında buluddan yaradılmış səmavi ilahə sədaqət, sülh, qonaqpərvərlik və səxavət nümunəsi hesab edilir.

Çəhrayı dumanın poetik və zərif effekti süni intellektdən istifadə sayəsində yeni kolleksiyanın məhsullarında öz əksini tapıb. Kolleksiyanın futuristik tərzi mifologiya və reallıq, incəsənət və texnologiya arasındakı sərhədləri yox edir.

  •  
  •  
  •  
  •  
  •  
/

Kolleksiyanın on iki məhsulu çoxölçülü məhsul effekti yaradan və onları art-obyekt statusuna yüksəldən kövrək çəhrayı örtüklə əhatələnib. Zaman və məkanda səyahət hissini gücləndirən kolleksiyanın genişmiqyaslı motivlərinə qədim yunan miflərinin personajları – ehtiraslı menadlar, nəcib panterlər, ecazkar quşlar daxildir.

Şüşəçi və zərgər Rene Lalik tərəfindən 1888-ci ildə əsası qoyulan brendin 136 illik tarixi boyunca onun usta və dizaynerlərini fərqləndirən amil formanın mükəmməlliyi uğrunda yorulmadan göstərdikləri səy, "Lalique" brendinin xüsusi estetikasının orijinallığını ötürən yeni, zərif çalarlar axtarışında rəng palitrasını araşdırmaları olub.
"Rose Nebula" kolleksiyasının zərif çəhrayı çalarının yaradılması üçün "Lalique" ustaları qiymətli metallardan, həmçinin sarı qızıldan istifadə edirlər. 12 məhsuldan hər biri təkrarolunmazdır: unikal çalar əfsanəvi brendin ustalarının şüşəüfürmə bacarığı, yüksək temperaturda alovla işlənmə üsulu və innovativ tərkibin əl ilə püskürdülməsi sayəsində əldə olunur. Temperaturun təsiri ilə qızıl hissəcikləri öz konsistensiyasını dəyişir və şəffaf büllur zərif və incə çəhrayı çalara bürünür.

Alicənab tərz, yüksəksəviyyəli əl işi, ənənələrə və brendin təkrarolunmaz estetikasına sadiqlik, innovativ texnologiyaların gözəlliyin xidmətinə təqdim olunması "Lalique" brendinin "Iconics Rose Nebula" kolleksiyasında bənzərsiz ustalıq və ali üslublu poeziya nümayiş etdirir. Şüşədən hazırlanmış bu kövrək sənət əsərlərində dövrlər arasındakı əlaqə incə, təravətli və aristokratik görünür.



"Lalique" brendinin Azərbaycandakı eksklüziv nümayəndəsi "Italdizain" şirkətidir.
Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 5A.
Əlaqə nömrəsi: +994 (12) 498-62-94
"Lalique" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/lalique.