NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

La Femme... (Mən kiməm?)

Libas - Gözəl Yaşam Mərkəzi
İnci Atelier
Lamia Majidova
Gozelov Eshqin

Mən suyam, həyat verəcək qədər yumşaq... və hər şeyi məhv edə biləcək qədər də güclüyəm.


Mən atəşəm - isidirəm; mənsiz soyuqdur və sağ qalmaq belə mümkün deyil. Əgər məni alovlandırmağa qadirsənsə, hər bir halda mənim yanımda həyatda qala bilərsən. Mən bu atəşi şiddətli yangınlara belə çevirə bilərəm.


Mən havayam, təravətliyəm, çirklənmə ilə mübarizə aparmağa hazıram; tornado xəbərdarlığı olmayacağı təqdirdə, səni yüksəklərə uçurmaq üçün buradayam.


Mən yer üzüyəm, mənim həyat yaratmaq gücüm var, ona görədir ki, mən güclü, əxlaqlı, saf, mülayim, xeyirxah, anlayışlı, zərif, sadə, sevgi dolu və gözəl olmalıyam. Mən həmçinin yağış və ya açıq günəşli səma yaratmağa da qadirəm və bu, hər zaman sizdən aldığım enerjinin qarşılığıdır.


Ülviyyə Mahmud,
baş redaktor


“Love me if you dare" filmini mütləq izlə!
Bu ay mənim La Femme ikonam və ilham mənbəyim nəhayət ki, üz qabığımızdadır. Marion Cotillard, həqiqətən pərəstiş etdiyim qadındır. Onun möhtəşəm performanslarını mütləq görməlisiniz, çünki bu fransız xanım heç kimə bənzəmir.