
KIKO MILANO xəyallardan ilhamlanan Dreamphoria Kolleksiyasını təqdim edir. Maye formalar və həssas teksturalar sərhəd tanımayan bir dünyanı əks etdirən sürreal rənglər və formalarla qarışır və birləşir.
Kolleksiyanın hibrid kompozisiyalarında rəng dəriyə qulluq keyfiyyətləri ilə birləşdirir və toxunuşda sizi təəccübləndirir: yumşaqlıq hissi yaradan ipək kimi hamar mayelər və həssas teksturalar.
Dərini təravətləndirmək və təmizləmək üçün zeytun yağı ilə zənginləşdirilmiş Daily Remind Təmizləyici, eləcə də ultra qulluq keyfiyyətinə malik həssas formullu dodaqları nəmləndirən və əlavə parıltı bəxş edən 3D Hydra Lip Oil Limited Edition dodaq yağı ilə başlayaraq Dreamphoria görüntüsü yaradın.
Üzünüzə əsas kimi Cloud Feel Hydra Face Primer tətbiq edin və dəriyə qulluq və makiyaj üçün hibrid krem olan EE Cream Base Energy Enhancing Skin Tint ilə davam edin. Glow Up Beautifier ilə effekti artırın, dərini şəffaf-orta dərəcədə örtərək hamarlaşdırın və işıqlandırın. Tonal kremin üzərinə və ya altına tətbiq etmək üçün Silky Caress Üz Fırçasından istifadə edin. Əlavə işıqlandırma effekti üçün Heavenly Skin Blush və ya Color Reveal pH Blush ənliyindən və All in Glow 3-ü 1-də İşıltısından istifadə edərək, üzünüzə yumşaq, yüngül rəng bəxş edin.
Gözləriniz üçün Cloud Whisper Göz Kölgəsi Palitrasından tutqun rəngləri və mirvari çalarları sınaqdan keçirin, onların hər biri parlaq, mikro-məxməri həssas teksturaya malikdir. Ümumi parıltısız görünüş üçün Forever Matte Duet Göz Kölgəsindən istifadə edərək rəngi daha da vurğulayın və Mad About Black Stretching Mascara tuşu ilə tamamlayın. Fluffy Fusion Brow Pomade ilə qaşlarınızı sabitləyin.
Shapechanger Satin dodaq boyası ilə makiyajı tamamlayın. Bu, orta-yüksək örtük qatına malik bərk-maye teksturalı dodaq boyasıdır. Əvvəlcə Edge of Reason Lip Liner dodaq layneri ilə dodaq konturunuzu müəyyənləşdirin və əlavə parlaqlıq üçün 3D Hydra Lip Gloss Limited Edition dodaq parıltısı çəkin. Əhvalınıza uyğun rəng üçün dodaq boyası yerinə Tint Me Softly Mousse dodaq musundqan istifadə edə bilərsiniz.
10 Apreldən etibarən mağazalarda əldə edə biləcəyiniz KIKO MILANO Dreamphoria kolleksiyası ilə fantaziyalarınızı reallaşdırmağın və gözəlliyinizi dəyişdirməyin vaxtıdır.