SIRĞA VƏ ÜZÜK BVLGARI SERPENTI VIPER,
BİLƏRZİK BVLGARI SERPENTI HJ TUBOLARE
Hər kəsin öz həqiqəti var və hər şeydə bir həqiqət var. Uşaqlıqdan mən həmişə inanmışam ki, insanların sənə necə davranmasını istəyirsənsə, elə də davranmalısan. Lakin, insanlar anlamırlar ki, yaxşılıq etdikləri insan mütləq eynisini onlara qaytarmır. İnsanlar vəziyyətləri fərqli qəbul edirlər. Bir insana yaxşı niyyət kimi görünə bilən bir şey, digəri tərəfindən zəiflik kimi qəbul edilə bilər. Düşüncənizi genişləndirmək, tam mənzərəni görməyə və başqalarının nöqteyi-nəzərini anlamağa çalışmaq vacibdir. Həmişə özünüzü başqalarının yerinə qoyun, onların davranışlarını başa düşməyə çalışın, hətta bu, öz həyat qaydalarınıza zidd olsa belə. Xeyr, başqasının etdiyi səhvə görə səhv davranmamalısınız, amma insanları bağışlamazdan əvvəl həmişə problemin kökünü anlamağa çalışmalısınız.
MƏNİM SADƏ VƏ GÜNDƏLİK HƏYAT QAYDALARIM:
1. Həyat qısadır, zövq alın.
2. Yalnız bir həqiqət var, amma hər kəsin
öz versiyası var.
3. İnsanlar hiss etdiklərini göstərirlər.
4. Problemləri əvvəl özünüz həll etməyə çalışın,
sonra kömək istəyin.
5. Zaman bizim ən dəyərli varlığımızdır.
6. Əmin deyilsinizsə, susun.
7. Həmişə vədlərinizə əməl etməyə çalışın.
8. Səhv etmək – tamamilə normaldır.
9. Dürüstlük və qürur eyni şey deyil.
10. Daim inkişaf edin.
11. Sevdiyiniz işlə məşğul olun.
12. İnsanların çoxu pis deyil, sadəcə axmaqdır.
13. Öz yolunuzu kəşf edin.
Ülviyyə Mahmud,
baş redaktor