Bu il dünyanın ən qədim zərgərlik evi olan Garrard öz möhtəşəm tarixində əlamətdar bir mərhələni – 290 illik yubileyini qeyd edir. Sənərkarlığın, yaradıcılığın və krallıq ənənələrinin simvoluna çevrilmiş bu ev “Sarsılmaz irs, parlaq tarix” adlı layihə ilə yubileyini tarixə çevirir. Layihə Garrard evinin zəngin arxivlərinə eksklüziv baxış təqdim edir, burada brendin şöhrət qazandıran yenilikləri və zərgərlik inciləri öz əksini tapır.

1735-ci ildən bəri Garrard mükəmməlliyə xidmət şüarına sadiq qalıb. Bura həm şahzadə Albertin kraliça Viktoriyaya toy ərəfəsində hədiyyə etdiyi sapfir və brilliant broş, həm də bir zamanlar Uels şahzadəsi Diananın, bu gün isə Uels şahzadəsi Ketrinin barmağında parlayan əfsanəvi sapfir nişan üzüyü daxildir. Demək olar ki, üç əsrdir ki, Garrard zərgərlik evi həm kral məhəbbət hekayələrinin, həm də tarixi hadisələrin ayrılmaz hissəsinə çevrilib. Şirkət ənənələri qorumaqla yanaşı, dizayn və sənətkarlıqda sərhədləri daim aşmağa cəsarət edib.

Garrard – ın rəhbəri Coan Milner belə deyir:
“Dünyanın ən qədim zərgərlik evi olmaqla yanaşı, üç əsrə yaxın tarixə malik Britaniya şirkəti kimi fəaliyyət göstərmək – bu, doğrudan da böyük nailiyyətdir. Garrard irsi Britaniya tarixinin ayrılmaz hissəsinə çevrilib və bu gün də burada çalışan hər kəs üçün qürur mənbəyidir. Bu yubiley təkcə keçmişə ehtiram deyil, həm də gələcək nəsillər üçün yaradıcılığımızın davamı olmaq öhdəliyidir.”

Brendin kreativ direktoru Sara Prentis isə əlavə edir:
“Hər bir Garrard əsəri bizim zəngin keçmişimizdən doğur, bu gün üçün yaradılır və gələcək nəsillər üçün dəyərli mirasa çevrilir. Bizim dizaynlarımız və sənətkarlığımız əsrlərlə sınaqdan çıxmış texnikaları yenilikçi baxışla birləşdirərək Garrard ruhunu əbədiləşdirir.”

1735-ci ildə Corc Uiks tərəfindən əsası qoyulan Garrard, 1843-cü ildə kraliça Viktoriya dövründə ilk rəsmi Saray Zərgəri təyin olunub. Elə o vaxtdan bu ev “Franj” tiarasından tutmuş “Cullinan I” brilliantının çərçivəsinə qədər bir çox əfsanəvi zərgərlik şahəsərlərinə imza atıb.
Bu gün də Garrard ənənəvi ustalığı yeniliklə birləşdirir – transformasiya olunan bəzəklər yaradır, hətta milyardlarla il yaşı olan meteoritləri zərgərlikdə istifadə edərək “dəyərli” anlayışına yeni mənalar gətirir.
Garrard-ın fəlsəfəsinin əsasını davamlı inkişaf və məsuliyyət prinsipləri təşkil edir. Brend etik tədarük və ekoloji standartlara sadiqliyinə görə yüksək zərgərlik sənayesində “Butterfly Mark” nişanına layiq görülən ilk evlərdən biri olub. Bu, həm də Garrard-ın Kral Sarayının rəsmi tədarükçüsü kimi daşıdığı mənəvi borcu – yalnız bu günün deyil, gələcək nəsillərin də rifahına xidmət missiyasını əks etdirir.
Üç əsrlik yubileyə doğru addımlayan Garrard irsi Mayferdəki tarixi flaqman butikinə və dünyanın müxtəlif guşələrindəki eksklüziv məkanlara yayılaraq inkişafını davam etdirir.
Bakıda Garrard zinət əşyaları “Royal Collection” butikində (28 May küçəsi, 4 ünvanında) təqdim olunur.
Əlaqə telefonu: +994 (12) 498-00-53
Brendin Azərbaycandakı rəsmi distribütoru “Italdizain” şirkətidir – britaniyanın zərgərlik mükəmməlliyinin və estetik ruhunun ölkəmizdə təmsilçisi. Brend və kolleksiyalar haqqında daha ətraflı məlumat üçün:
https://italdizain.az/en/brands/garrard


