NARGIS
Ru En
NARGIS MAGAZINE

"Graff" butikində əfsanəvi "Butterfly" kolleksiyasının 50 illiyi qeyd olunur.

Məşhur zərgərlik evi "Graff" bənzərsiz təbii brilyantlar və ən yüksək keyfiyyətə malik rəngarəng qiymətli daşlarla bəzədilmiş eksklüziv zinət əşyalarının ərsəyə gətirilməsi sayəsində şöhrət qazanıb. Lakin brend bütün dünyada zərgərlik sənətinə dəyər verənlərin könlünü yalnız bununla fəth etməyib. "Graff" dizaynerləri orijinal, seçilən zinət əşyaları formalarını ərsəyə gətirir. "Graff" Evinin simvoluna çevrilmiş "Butterfly" kolleksiyası – dünyanın hər yerində minlərlə müştərinin sevimlisinə çevrilmiş parıldayan kəpənək bunlar arasında xüsusi yer tutur. 2025-ci ildə bu əfsanəvi kolleksiya öz 50 illik yubileyini qeyd edir.

2025-ci ilin may ayının sonunda Bakıda, 28 May küçəsində yerləşən "Graff" butikində jurnalist və influenserlər "Butterfly" və "Graff" Evinin digər məhsulları ilə tanış olublar. Bütün dünyada "Graff" butikləri üçün xarakterik olan zərif və səmimi ab-havalı mühitdə qonaqları brendin, onun əfsanəvi zərgərlik şedevrlərinin tarixi və əlbəttə ki, təbii eleqantlıq, qadın zərafəti, təbiətin özünün bəxş etdiyi inkişaf və çevrilmə qabiliyyətinin simvolları olan möhtəşəm "kəpənəklər" haqqında çıxış gözləyirdi.

"Butterfly" kolleksiyasının ilk zinət əşyaları – brilyantlarla bəzədilmiş zərif kulonlar 1975-ci ildə ərsəyə gətirilib. O vaxtdan bəri kolleksiya bir neçə dəfə genişləndirilmiş, həmçinin 2013-cü ildə ərsəyə gətirilmiş füsunkar brilyant broş kimi yüksək zərgərlik sənəti nümunələri kolleksiyaya əlavə edilmişdir. Kolleksiyaya həmçinin sanki havada süzərkən bir saniyəlik donub qalıbmışcasına qanadları açılmış kəpənək motivli saat daxildir.

Bu gün kolleksiya iki əsas istiqamətdə təqdim olunur: kəpənəyin stilizə edilmiş aydın xətlərinin vurğulandığı minimalist "Butterfly Silhouette" və daha ifadəli, tamamilə brilyantlarla örtülmüş zinət əşyası olan "Pavé Butterfly". Kolleksiyaya üzüklər, kulonlar, kolye, zəncirli bilərziklər və kafflar, pusetlər (mismarşəkilli sırğalar), asma bəzəkli sırğalar daxildir.

"Graff" butikinin qonaqları brendin sehrini, həqiqətən, hiss edə, dünyanın aparıcı zərgərlik evlərindən birinin bənzərsiz məhsullarına, onun irsinin canlı təcəssümünə, dizayner və zərgərlərinin ustalıq və qüsursuz zövqünə toxuna bilib.

28 May küçəsində yerləşən butikdəki kokteyl görüşünə qədər bir çox jurnalist və influenserlər əmin idi ki, "Graff" müstəsna dərəcədə yüksəkkeyfiyyətli, "luxury" seqmentinə məxsus ən dəyərli səviyyədə, çox az sayda insan üçün əlçatan olan zinət əşyalarının istehsalı üzrə ixtisaslaşıb. Əfsanəvi brendin bütün müştərilərinə, o cümlədən "Core" seqmentindən zərgərlik məmulatlarını seçənlərə diqqət və hörmətlə yanaşdığını görmək onlar üçün daha da xoş idi. "Butterfly" kimi kolleksiyalar "Graff"ı yeniliyə, həqiqətən, açıq olan, böyük zərgərlik evlərinin ustalıq ənənələrini və irsini layiqincə qiymətləndirməyə qadir gənc, ambisiyalı auditoriyaya yaxınlaşdırır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

"Butterfly" kolleksiyası və brendin digər zərgərlik şedevrləri ilə daha yaxından tanış olmaq üçün sizi 28 May küçəsində yerləşən "Graff" butikinə baş çəkməyə dəvət edirik.

"Graff" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan rəsmi saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/graff

"Italdizain" şirkəti haqqında

"Italdizain" şirkəti 1996-cı ildə İtaliya mətbəx mebellərinin Azərbaycan bazarına tədarükü ilə məşğul olan kommersiya təşkilatı qismində təsis edilmişdir. Öz fəaliyyəti müddətində o, yeni istiqamətlər yaratmış və biznesini genişləndirmişdir. Hazırda "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Graff" haqqında

"Graff" zərgərlik-saat evi "Brilyantlar kralı" kimi məşhur olan Lorens Qraff tərəfindən 1960-cı ildə Londonda təsis edilib. Şirkət öz qüsursuz nüfuzunu müstəsna parlaqlıq və nadirliyə malik böyük brilyantların, o cümlədən "fancy diamonds" kateqoriyasına aid rəngli brilyantların, eləcə də zümrüd, rubin, sapfir kimi digər qiymətli daşların seçilməsi və kəsilməsi sahəsindəki xüsusi ekspertliyi sayəsində qazanıb və möhkəmləndirib. Bu bənzərsiz xəzinələr arasında 302,37 karatlıq "Graff Lesedi La Rona" – GIA tərəfindən bu vaxta qədər sertifikatlaşdırılanlar arasında ən yüksək saflığa və rəngə malik ən böyük brilyanta, həmçinin kvadrat versiyada "emerald" kəsimli ən böyük brilyanta rast gəlmək mümkündür. "Graff" evinə məxsus digər məşhur daşlara nümunə olaraq aşağıdakıları qeyd etmək olar: "The Lesotho Promise", "The Delaire Sunrise", "The Graff Venus", "The Wittelsbach-Graff", "The Graff Perfection", "The Graff Pink" və "The Golden Empress".

Şirkət bu günə qədər ailə biznesi olaraq qalmaqdadır; hazırda ona baş icraçı direktor Fransua Qraff rəhbərlik edir. Dünyada "Graff" Evinin 70-dən çox monobrend butiki mövcuddur, onun zinət əşyalarını festivalların, mükafatlandırma mərasimlərinin və xeyriyyə ballarının qırmızı xalçalarında addımlayarkən taxmaq üçün birincidərəcəli ulduzlar seçir. "Graff" zinət əşyaları, o cümlədən "high jewelry" (yüksək zərgərlik sənəti) məhsulları və məşhur nişan üzükləri "Graff" Evinin Londonda yerləşən xüsusi emalatxanalarında hazırlanır.