NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Four Seasons Hotel Baku”: 10 illiyini qeyd edir

Four Seasons Hotel Baku-nun qapılarını ilk qonaqlarına açdığı 3 sentyabr tarixindən 10 il ötür.

“Keçən 10 ilə və Bakıda qazandığımız nailiyyətlərə baxaraq, mən bütün bu illər boyu bizim otelimizi daha da müstəsna edən insanları və yerli istedadlı işçiləri təbrik etmək istəyirəm. Ölkənin mədəniyyətini və adət-ənənələrini önə çəkərək, o, məşhur Four Seasons Hotels & Resorts xidməti və Azərbaycan qonaqpərvərliyi arasında mükəmməl bir körpüyə çevrilmişdir” Baş Menecer, Bob Suri bildirdi.

Four Seasons Hotel Baku sizi il dönümü münasibətilə eksklüziv bayram elementləri ilə xüsusi hazırlanmış bir aylıq səyahətə dəvət edir.

“Lalique” İkonik Parçaların Sərgisi
Bizim otellərimiz bütün dünyada gözqamaşdıran çiçək kompazisiyaları ilə məşhurdur və “Four Seasons Hotel Baku”-da istisna deyil. İl dönümünü yüksək ruhda qeyd etmək üçün biz 1888-ci ildə tanınmış şüşə istehsalçısı və zərgər Rene Lalique tərəfindən əsası qoyulmuş məşhur şüşə istehsalçısı “Lalique” markası ilə əməkdaşlıq etdik. Bu marka məşhur vazaları da daxil olmaqla, daha çox şüşə sənəti ilə tanınır. “Lalique” ikonik parçaların sərgisi zamanı çiçəkçimiz, Anastasia çiçəklərdən ibarət əsərlərini nümayiş etdirərək ilin müxtəlif fəsillərini təqdim edəcək.


Ziyafət Ruhlu Günorta Çayı
“Moser” markası ilə olan əməkdaşlıq və onun Azərbaycan üçün məhdud sayda hazırlanmış əl işi kolleksiyası təqdim ediləcək. Ziyafət ruhlu günorta çayı müxtəlif yerli çay və kulinariya ləzzətləri ilə otelin ənənəvi musiqi ilə əlaqəsi nümayiş olunur- Muğam və Muğam mərkəzi, məşhur muğam ifaçılarının və zəngin musiqi alətlərinin kolleksiyası, oteldən bir neçə addımlıq məsafədə yerləşir.


Qurman Pizzaları Guşəsi
Ziyafətimizi yaradıcılıq yeməkləri vasitəsilə nümayiş etdirmək üçün Baş Aşpaz Renato Rizzi iki həftəlik Qurman Pizza Guşəsini təqdim edəcək. Zafferanonun məxsusi sobasından siz üç yeni pizza növünün dadına baxa bilərsiniz: dilimlənmiş truffleli "Bascaiola", hisə verilmiş qızılbalıqlı "Mar Kaspio" və vegetarian pizza günü keçirmək qərarına gəlsəniz, "Calzone all'Ortolana".


Keçmişəaparan İşgüzar Nahar
Həftə içi nahar zamanı otelimizə baş çəkmək üçün unikal imkan yaradaraq Zafferano Restoranına işgüzar naharlarımızn şöhrətini yenidən qaytarırıq. "Lalique" parçalarından ibarət gözəl lobbi sərgisindən keçin, sonra menyumuzdan seçim edərək öz naharınızı hazırlayın.


Şirniyyat Şefi Suraj Karmakarın İl Dönümü Deserti
Şirniyyat şefi Suraj Karmakar, desert güşələrindəki təcrübələrinə baxmayaraq öz səyahətini davam etdirir, sentyabr ayında isə o, sizi xüsusi olaraq yaradılmış İl Dönümü Desert Guşəsindən həzz almağa dəvət edir. Bu məxsusi unikal desert Azərbaycanın regionlarının birində təbii şəkildə yetişdirilən qaragilədən hazırlanır. İstifadə olunan lavanda bizim “Eyvan Terras” Bağçamızdandır, reseptə əlavə edilən acı şokolad isə yalnız ilin bu mövsümündə məhdud sayda yığılan 65% “Valrhona” şokolad kuverturudur.

Şərab sadəcə bir dad yox, həm də xatirədir.
“Four Seasons Hotel Baku” və Meysəri Şərabçılığın davamlı əməkdaşlığının bir hissəsi olaraq məhdud sayda “Məxməri” premium quru qırmızı şərabını təqdim edirik. "Carignan" və "Grenache" üzümləri ilə hazırlanmış mürəkkəb qarışım damaqda ilk növbədə yaşıl qoz və qırmızı qarağatın dadını yayır. Azərbaycan şərabı evə getdikdən sonra da uzun müddət xatırlanacaq bir daddır.


“Bentley's Bar”-da “Macallan” təcrübəsi
Payız mövsümünə qədəm qoyaraq, "Macallan" viski brendi ilə eksklüziv əməkdaşlıqla "Bentley's Bar"-ın qapılarını yenidən açırıq. Bizim kiçik klub tipli salonumuzda viski və siqar köhnə və ya yeni dostlarla görüşlərinizə daha zəngin təcrübə gətirəcək.


“Paillettes d’Ambre” Şamının Sehri
"Jaleh Spa" təkliflərimiz arasında yeni təqdim edilən "marocMaroc" markasının "Paillettes d’Ambre" masaj şamının ətri ilə bədəninizi və ruhunuzu qidaıandırın. Rifah, həzz və məhsuldarlığı mükəmməl şəkildə birləşdirən lüks brend, "marocMaroc" şairanə atmosferdə ənənəvi Mərakeş gözəlliyinin toxunuşlarından danışır. Sentyabr ayı ərzində sensor masajı sifariş edin və 30 dəqiqəlik əlavə ödənişsiz prosedurdan həzz alın.


Sizin Özəl İllüstrasiyanız
İncəsənət və Azərbaycan istedadlarını önə çəkmək bizim səyahətimizin bir hissəsi olduğu üçün, illüstrasiyaları vasitəsilə bizi otelimizin gözəl və gizli guşələrinə aparan yerli illüstratorla işlədik. Daha çox şey görmək və sənət əsərini telefonunuzda divar kağızı kimi istifadə etmək üçün bizi Instagram-da izləyin.

Yerli Butikdə Alış-veriş Təcrübəsi
Bizim konsyerj komandası butik alış-veriş turu hazırlayarkən şəhərimizin gizli xəzinələrini çox diqqətlə seçmişlər. Tarixin və müasirliyin qovuşduğu Bakını kəşf edin və Azərbaycandan dəbli xatirələri evinizə aparmağa kömək edən gənc yerli dizaynerlərlə tanış olun.

Bakıda Daha Uzun Yay
İdeal hava şəraitindən yararlanın və Xəzər dənizinin mavi sularının sahilində sahil emblemli "Four Seasons Hotel Baku" ilə səyahətinizi sentyabr ayına uzadın. 3 gecə qalmaq üçün bron edin və otaq qiymətimizdə 15% endirimdən yararlanın.
Yuxarıdakı təkliflər sentyabr ayı boyunca qüvvədədir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


Daha çox məlumat və rezervasiya üçün aşağıdakı telefon və email ilə əlaqə saxlaya bilərsiniz:
+99412 4042424
[email protected]