NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

Fitnes 101: Qrup məşqləri

World Class Baku – da keçirilən fitness üzrə qrup məşqləri, müxtəlif fiziki hazırlıq və maraqlara uyğunlaşdırılmış geniş seçim variantları təqdim edir. Əgər siz ürək – damar sisteminin sağlamlığının qeydinə qalmaq, gücünüzü və elastikliyinizi artırmaq və ya sadəcə formada olmaq istəyirsinizsə sizin üçün məşqlər təqdim edə bilərik. Aşağıda qeyd edilmiş müxtəlif növ qrup məşqləri ilə tanış ola bilərsiniz:

1. Kardio məşqlər
Ürək və ağ ciyərinin fəaliyyətini yaxşılaşdırır
Aerob dözümlülüyü artırır və kalori yandırır
Nümunə olaraq addım aerobikası, Zumba və trenajorda velosiped sürməyi göstərmək olar


2. Güc məşqləri
Əsas əzələləri gücləndirir və ümumi gücü artırır
Buraya qantellər, bodi – balet və s.ilə məşqlər daxildir.

3. Düşüncə və bədən məşqləri
Diqqətinizi elastiklik, rahatlanma və ümumi vəziyyətə cəmləyir
Yoqa, pilates və elastiklik məşqləri bədən və düşüncənin harmoniyasına səbəb olur.


4. Qarışıq məşqlər
Hərtərəfli məşq üçün kardio ilə güc məşqlərini qarışdırın
Rəgarənglik və balanslaşdırılmış fitness məşqləri axtaranlar üçün idealdır

Niyə fitness üzrə qrup məşqlərini seçməlisiniz?

Motivasiya və Sosiallaşma
Digər iştirakçılardan dəstək və təşviq alın
Qarşılıqlı ünsiyyət sayəsində əhvalınızı yaxşılaşdırın və stressi azaldın


Müxətliflik və peşəkar rəhbərlik
İdmanı maraqlı etmək üçün müxtəlif məşq stillərini öyrənin
Texnikanın yaxşılaşdırılması və zədələrin qarşısının alınması üçün peşəkar təlimatları alın


Effektivlik və intensivlik
Maksimal kalori itkisi üçün nəzərdə tutulmuş yüksək energetik məşqləri sınaqdan keçirin
Strukturlaşdırılmış, və zamanla məhdudlaşdırılmış məşqlər vasitəsi ilə öz fitness – məqsədlərinizə effektiv şəkildə çatın.


Rahatlıq və öhdəlik
Gündəlik həyatınıza tam uyğunlaşan planlaşdırılmış seanlardan həzz alın
Məşqlərə daim gələrək məsuliyyətli və motivasiya dolu olun.

Düzgün sinfin seçilməsi
Fitness məqsədlərinizə, məşq üstünlüklərinə və bacarıq səviyyənizə uyğun sinfi seçin
Sizin üçün ən uyğun sinfin seçilməsi üçün məşqçi ilə məsləhətləşin

World Class Baku – da Nargis komandasına qoşulun

Hər bir fitnes sevər üçün hazırlanmış, eksklüziv qrup fitnes proqramları ilə tanış olun
Qrup fitnesinin üstünlüklərini hiss edin və sağlam və xoşbəxt gələcəyinizə doğru irəliləyin

Fitnesdə yeni və ya təcürbəli ftnes sevər olmağınızdan asılı olmayaraq, qrup fitnesinin hər kəs üçün xüsusi bir təklifi var. Elə bu gün World Class Baku – ya qoşulun və qrup məşqlərinin sizi dəyişmə gücünü hiss edin. Sizin sağlam həyat tərzinə qoşulmaq üçün yolunuz buradan başlayır!

Top of Form

Bottom of Form