NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

“Go Green” Ekoloji sərgi

NARGIS Nəşriyyat evi “Go Green” adlı ekoloji sərgisini təqdim edib

  •  
  •  
  •  
/

Oktyabrın 12-də Bakı Dəniz Vağzalının binasında NARGIS Nəşriyyat evinin “Go Green” adlı ənənəvi ekoloji sərgisinin açılışı olub.

Sərginin əsas məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin çirklənməsi problemlərinə, xüsusən də məişət tullantılarının artırılması probleminə cəlb etməkdir. Sərgi Azərbaycanın tanınmış heykəltaraşları və rəssamları tərəfindən yaradılmış doqquz əsərdən ibarətdir və müasir ekoloji problemlərə incəsənət vasitəsilə nəzər salmağa çağırır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Açılışda nazirlik, idarə və şirkətlərin nümayəndələri, NARGIS-in tərəfdaşları və dostları iştirak ediblər.

NARGIS jurnalın icraçı direktoru Müjgan Qafarzadə qonaqları salamlayaraq bildirib ki, bu il sərgi yeni formatda keçirilir. Bu ilin may ayından etibarən NARGIS tərəfdaşları və ASAN könüllüləri ilə birlikdə Bakının müxtəlif rayonlarında bir sıra təmizlik aksiyaları həyata keçirib. Toplanan tullantıların bir hissəsi rəssamlar tərəfindən sərgidə olan əsərləri yaratmaq üçün istifadə edilib. Tədbirdə nümayiş olunan videoçarxda qurğuların yaradılması zamanı çəkilmiş kadrlar yer alıb. Daha sonra Azərbaycan Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov çıxış edərək, planetimizə mənfi təsirlərin ildən-ilə artdığını qeyd etməklə tədbirin aktuallığını vurğulayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

“EkoSfera” sosial-ekoloji mərkəzinin rəhbəri, Elm və Təhsil Nazirliyi yanında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə hər il keçirilən bu tədbirin mərkəzin şagirdlərinə necə təsir etdiyindən danışıb; onlar layihədə fəal iştirak edir və ətraf mühitin problemlərinin işıqlandırılması prosesinə yaradıcı şəkildə yanaşırlar. Tədbirdə həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin çıxışı baş tutub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Sərgi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Asan könüllüləri”, Port of Baku və “BakuBus” şirkətinin dəstəyi ilə təşkil olunub. Sərginin sponsorları Pasha Holding, Baku Steel Company, Azərişıq, AzVirt, Improtex Motors, Azərbaycan Hava Yolları və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyidir.

Layihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşdırılması və inkişafına yönəlmiş maarifləndirici ustad dərslərinin keçirilməsi planlaşdırılır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Sərgi noyabrın 30-dək davam edəcək.