NARGIS
Ru En
NARGIS MAGAZINE
HADİSƏLƏR

Dubay İqtisadiyyat və Turizm Departamenti Azərbaycanda ən qabaqcıl turizm imkanlarını nümayiş etdirir

Bakıda keçirilən əlamətdar tədbirdə Dubay İqtisadiyyat və Turizm Departamenti (DET) 2023-cü ildə Azərbaycandan olan ziyarətçi sayının rekord həddə çatdığını açıqlayıb. Belə ki, ötən illə müqayisədə azərbaycanlı turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım (69%) qeyd olunub. Bu artım tempi 2024-cü ildə də davam edir, çünki ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan gələn ziyarətçilərin sayında 62% artım müşahidə olunub. Bu isə Dubayın cəlbediciliyinin artdığını göstərir. Dubay və Bakı arasında birbaşa hava əlaqəsinin gücləndirilməsi isə iki şəhər arasında əlaqələri daha da möhkəmləndirir.

Dubaya beynəlxalq turist axını artmaqda davam edir. 2023-cü ildə Dubay 17,15 milyon əcnəbi ziyarətçini qəbul edərək yeni rekorda imza atmışdır. Bu yüksəliş meyli 2024-cü ildə də davam etmişdir — yanvar-iyun ayları arasında şəhəri ziyarət edən beynəlxalq turist sayı 9,31 milyon təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

"Azərbaycan Dubay üçün yüksək perspektivli bir bazar kimi formalaşır. 2023-cü ildə azərbaycanlı turistlərin sayında nəzərəçarpacaq dərəcədə artımın (69%) olması və bu rəqəmin davamlı şəkildə artması bizi məmnun edir. Bu irəliləyiş bölgələrimiz arasında əlaqələrin dərinləşməsini göstərir və Dubayın ümumdünya turizm məkanı kimi mövqeyini bir daha təsdiqləyir. Turizm infrastrukturunun inkişafı və unikal təcrübələr təqdim etmək üzrə göstərdiyimiz səylər nəticəsində Azərbaycandan olan ziyarətçilərimiz Dubayda öz vaxtlarını unudulmaz, rahat və təhlükəsiz şəkildə keçirə bilir". Bu sözləri Dubayın İqtisadiyyat və Turizm Departamentinin (DET) Asiya-Sakit Okean bölgəsində Beynəlxalq Əməliyyatlar üzrə Bölgə Direktoru Şahab Şayan bildirib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Dubayın görkəmli nailiyyətləri beynəlxalq səviyyədə də məşhurdur. Belə ki, 2024-cü ilin əvvəlində şəhər Tripadvisor Travellers' Choice Awards tərəfindən ən yaxşı turizm istiqamətləri siyahısında ardıcıl üçüncü dəfə birinci yerə layiq görülmüşdür.

Dubay yeni attraksionlar açmaqla və dünyanın hər yerindən turistləri cəlb edən müxtəlif tədbirlərə ev sahibliyi etməklə, ümumdünya istirahət və əyləncə mərkəzi kimi nüfuzunu artırmağa davam edir. Ən son mühüm hadisələrdən biri Dubai Parks and Resorts-da dünyaca məşhur Real Madrid futbol klubunun dəstəyi ilə fəaliyyət göstərən "Real Madrid World" tematik parkının açılışı olmuşdur. Bu, ötən ilin oktyabrında DET və Real Madrid futbol klubunun arasında imzalanmaqla hər iki təşkilatın inkişafı üçün yeni perspektivlər vəd edən və Dubayın "D33" iqtisadi inkişaf proqramının məqsədlərinə cavab verən uzunmüddətli saziş sayəsində mümkün olmuşdur.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Dubayın kulinariya ənənələri şəhərin turizm strategiyasında həmçinin həlledici rol oynayır. Şəhər "Yaxın Şərq və Şimali Afrikanın 50 ən yaxşı restoranı" kimi nüfuzlu reytinqlərdə tez-tez yer alan restoranları ilə ümumdünya kulinariya mərkəzi kimi tanınır. 2022-ci ildən başlayaraq Dubayın artıq öz "Mişlen Bələdçisi" var. Nəşrin üçüncü buraxılışı iyul ayında işıq üzü görmüşdür. Bu yay mövsümündə şəhər hər il keçirilən ənənəvi Dubai Summer Surprises alış-veriş festivalına ev sahibliyi etmişdir (28 iyun - 1 sentyabr). Tədbir çərçivəsində 100-dən çox mehmanxana 12 yaşdan kiçik uşaqlara pulsuz qalmaq, yemək yemək və attraksionlardan istifadə etmək imkanı verən "Kids Go Free" kampaniyasında iştirak etmişdir. Dubai Shopping Festival (13 dekabr - 19 yanvar) daxil olmaqla, Dubai Summer Surprises və il boyu keçirilən digər tədbir və festivallarla yanaşı şəhərin müxtəlif ticarət mərkəzlərində və digər alış-veriş məkanlarında pərakəndə satış və təklif kampaniyaları təqdim olunur.

2024-cü ilin BƏƏ-də Davamlılıq İli elan olduğunu nəzərə alaraq, Dubay davamlı inkişafa sadiq qalır. Bu məzmunda turizm sektoru və mehmanxana təsərrüfatı müxtəlif proqram və layihələr vasitəsilə mühüm rol oynayır. Diqqətçəkən təşəbbüslərdən biri "Dubai Can" layihəsi çərçivəsində həyata keçirilən "Refill for Life" kampaniyasıdır. 2022-ci ildən icrasına başlanılmış bu layihə nəticəsində 23 milyon ədəddən çox 500 ml-lik plastik qabın istifadəsinə qənaət olunmuşdur. "Dubay Reef" layihəsinin məqsədi isə bölgədə balıq ehtiyatları və dəniz biomüxtəlifliyinin həcmini artırmaqla dünyanın ən böyük dəniz rifi yaratmaqdır.