NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Dolce&Gabbana. Sicilian Addiction

Dolce&Gabbana ikonik dizaynları ilə 30 ildən çoxdur ki, əbədi olaraq sevilən modellər yaradır. Gözəçarpan naxışlar, zərif bəzəklər və çiçək detalları hər mövsümdə çox bəyənilən geyim və aksessuarları bəzəyir. Bəbir, krujeva və doğma Siciliya yarandığı gündən etibarən dünyanın ən sevimli moda evlərindən birinin simvoluna çevrilib.


Əbədi üslubu ilə seçilən Siciliya çantası ənənə və innovasiya arasında davamlı dialoq vasitəsilə ifadə olunan simvolik Dolce&Gabbana kimliyini vurğulayır. Əhəmiyyətli cizgiləri ilə seçilən çanta uzun və praktiki çiyin qayışı ilə təchiz olunub ki, bu da onun istifadəsini daha funksional edir.

Dolce&Gabbana bəbir printli dəridən hazırlanmış kiçik Siciliya çantası brendin imza üslubunu yeni həyata aşılamaq üçün yenidən hazırlanaraq ecazkar formada şərh edilib. Bəbir printli cilalanmış dəridən hazırlanan çantanın ön hissəsində qızılı rəng metal loqo detalı mövcuddur. Həmçinin modelin rahat üst tutacağı və tənzimlənən kəməri də mövcuddur.


Daban hissəsində DG loqolu aplikasiyası ilə seçilən Dolce&Gabbana brendinə məxsus bəbir printli dəri ayaqqabılar ikonik görünüşə malikdir. 90 mm daban hündürlüyü olan ayaqqabılar şık görünüşlə yanaşı rahatlığı da təmin edir.



Bəhs olunan çanta və ayaqqabı modelləri 2023 yaz-yay kolleksiyasının təqdimatında da nümayiş olunub. Belə ki, brend 2023 yaz-yay dəb şousu üçün ikonik kolleksiyalarına yeni həyat verməyə qərar verib. Brendin tarixində əvəzolunmaz rolu olan Siciliya kolleksiyası da bu seçimin ayrılmaz parçası olub. Dəbsevər xanımların qarderobunda hər zaman öz yerini tutan Siciliya kolleksiyası yenidən şərh edilmiş formada qəlbləri fəth edib.


Brendin DNT-sində olan kreativlik yaradılan modellərin bir çox zövqə xitab etməsi və hər bir qadının ehtiyaclarını ödəmək üçün zaman və məkanı üstələməsinə şərait yaradır. Həqiqətən, bu kolleksiya universal bir dildə danışır və hər bir qadına unikal obraz bəxş etməyi uğurla bacarır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/